Yuxarı

Türkiyədə terror xəbərdarlığı

Türkiyədə terror xəbərdarlığı

Hansı gizli məqsədə xidmət edir?

“Bir variant odur ki, həqiqətən, terrorçulaırn planlarıyla bağlı Fransa və ABŞ kəşfiyyatının əlində elə məlumatlar var, onlar vətəndaşları üçün narahatlıq keçirirlər. İkinci variant ondan ibarətdir ki, bu, qəsdən ortaya atılmış məsələdir, panika yaratmaq və Türkiyəni zəiflətmək."

Bu sözləri Cebhe.info-ya açıqlamasında, “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu xarici ölkə səfirliklərinin Türkiyə ilə bağlı öz vətəndaşlarına ünvanladığı xəbərdarlığa münasibət bildirərkən deyib. Xəbərdarlıqların Türkiyənin Yaxın Şərqdə aktiv fəaliyyəti ilə bağlı olduğunu deyən politoloqun sözlərinə görə, Qərb ölkələrinin bu fəaliyyəti Türkiyəyə yönələn addım kimi başa düşülə bilər.

"Guya Türkiyədə təhlükəsizliklə bağlı ciddi problemlər var və xarici vətəndaşları qoruya bilmirlər. Ona qalsa, bir çox ölkələrdə terror təhlükəsi var. Amma orada ABŞ-ın və Avropa ölkələrinin səfirlikləri tam fəaliyyət göstərir, belə  xəbərdarlıqlar da olmur. Məsələn, Qətər, Səudiyyə Ərəbistanı. Onlar da Suriya ilə yaxın məsafədə yerləşirlər. Bu mənada düşünürəm ki, kampaniya şəklində bu cür xəbərdarlıqların verilməsi müəyyən mənada həmin Qərb dövlətlərinin Türkiyə ilə maraqlanının kəsişməsini işarə edir. Görürük ki, Türkiyənin Suriya və İraqdakı fəallığı Amerikanı çox ciddi sürətdə narahat edir. Ona görə də Türkiyəni zəiflətmək, arxa plana atmaq üçün bəzən bu üsullardan da istifadə edirlər”.

Politoloq son zamanlar Türkiyə ilə Amerika arasında fikir ixlilafı əmələ gəlməsini əsas problem hesab edir: 

“ABŞ baş terrorçu Fətullah Güləni Türkiyəyə ekstradisiya etmir. Üstəlik kürdlərə dəstək verir. Bu da Türkiyədə narahatlıq doğurur. Türkiyə ilə Rusiyanın yaxınlaşması Amerikanı da narahat edir. Bu mənada ola bilər ki, ABŞ-da müxtəlif dairələr Türkiyəni zəiflətmək üçün ayrı-ayrı üsullardan istifadə etsin. Vətəndaşlara xəbərdarlıq etmək də, bu üsullardan biridir".

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti İstanbuldakı Amerika vətəndaşlarına xəbərdarlıq edib. Birləşmiş Ştatların İstanbuldakı baş konsulluğundan verilən yazılı açıqlamada mümkün terror təhlükəsi səbəbindən bu şəhərdəki amerikalılara İstanbulu tərk etmələri tövsiyə olunur. Məlumatda qeyd olunur ki, bu qərar təhlükəsizlik xidmətdən daxil olan məlumatdan sonra qəbul edilib. Bildirilir ki, ekstremist qruplaşmaların nümayəndələri İstanbulda ABŞ vətəndaşlarına hücum etməyə cəhd edəcəklər.

Məcid Həsənli





Həftənin ən çox oxunanları