Yuxarı

Türkiyə Avropadan uzaqlaşır

Türkiyə  Avropadan  uzaqlaşır

Qitə təşkilatları mediaya basqılardan narahatdır
Fərhad Mehdiyev: “Türkiyə qırmızı xətti keçdi”
 
Avropa Parlamentinin sədri Martin Şults twitter hesabından verdiyi açıqlamada Türkiyədə "Cümhuriyet" qəzeti əməkdaşlarına qarşı bu səhər açılan PKK/KCK və FETÖ/PYD əməliyyatlarına dair həbslərin "fikir azadlığına münasibətdə qırmızı xətti" keçdiyini ifadə etdi.
Şults bu qərarın "siyasi" olduğunu bildirərək bunları yazıb: "Murat Sabuncunun və digər "Cümhuriyet"də işləyən jurnalistlərin həbs olunması söz azadlığına münasibətin qırmızı xəttini bir daha keçilməsi anlamına gəlir. "Cümhuriyet" qəzeti təkcə müstəqil bir qəzet deyil, eyni zamanda, ölkənin ən qədim dünyəvi qəzeti və respublikanın bir qurumudur. Dünən Türkiyənin baş naziri Binalı Yıldırım Avropa Parlamentinin sədri Martin Şultsun açıqlamasına reaksiya verib. Yıldırım "Avropa Parlamentində biri "Bu qəzetlə bağlı həbslər bizim qırmızı xəttimizdir..." Qardaşım, sənin xəttinə filan biz baxmırıq. Qırmızı xətti millət çəkər bizdə, millət. Sənin xəttinin nə hökmü var? Sənin xəttinin üzərinə bir xətt də biz çəkirik. Buraxın bu işləri" - deyə sərt cavab verib.
Məsələni Cebhe.info-ya şərh edən politoloq Fərhad Mehdiyev deyir ki, Ərdoğan hakimiyyəti bu tip addımlar atdıqca Türkiyəni Avropa İttifaqı yolundan uzaqlaşdırır. Onun sözlərinə görə, bu işlər hakimiyyətin daxili siyasətinə hesablanıb: “Əslində o dedi ki, Türkiyə bir daha qırmızı xətti keçdi. Demək istədi ki, Türkiyə o işi daha əvvəl də edib. Proqressiv ölkələr ölüm cəzasını ləğv ediblər. Avropa İnsan Haqları Konvensiyasının 6-cı protokolu bunu qadağan edir. Ondan əlavə, BMT-nin bu haqda Siyasi Hüquqlar Haqqında Paktın 2-ci protokolu var. Əlbəttə ki, Türkiyənin ölüm cəzasını geri gətirən bəyanatı Avropa İttifaqında, Avropa Şurasında xoş qarşılanmır. Bunun Türkiyə üçün hansı sanksiyalar ola biləcəyi sualına gəldikdə isə, bu çox ciddi bir sanksiya deyil hal-hazırda. Yəni, bilirsiz ki, Türkiyə 1950-ci illərdən bu yana Avropa İttifaqının üzvü olmaq istəyir. Türkiyə üzv ola bilmir. Çünki Türkiyə üzv ola bilmək üçün Avropa İttifaqının bütün üzvləri buna dair müsbət rəy verməlidir. Kimsə orda neqativ səs versə, onda Türkiyə ittifaqa girə bilməyəcək.
Türkiyənin bu cür bəyənatları, atdığı addımlar onu Avropa İttifaqının üzvlüyündən uzaqlaşdırır. Məsələn, ölüm cəzasını qəbul eləsə, Avropa İttifaqını yaddan çıxartsın. Amma hal-hazırda onsuz da Türkiyə ittifaqa üzvlüyü prioritet kimi nəzərdə tutmur. Xalq bunu istəyir. Xalqın əksər hissəsinin Avropada çox da gözü yoxdur. Ola bilsin, hökumətin propaqandası buna təsir edir. Artıq türklər özlərini avropalı hesab etmirlər. Türklər üçün Avropaya inteqrasiya artıq yüksək prioritetlərdən çıxıb. Türkiyə cəmiyyətri neçə illərdən bu yana “komplo teorisi” - yəni, bu işin arxasında filankəs dayanır, hər şeydə nəsə axtarmaq - ilə idarə olunur. Onlar hər şeyin arxasında Avropanın KİV-lərini axtarırlar, bu media tərəfindən xalqa aşılanan təsirdir. Onun üçün də, Türkiyə cəmiyyətinin Avropa istəyi azalıb. Ona görə də, Avropanın hər hansı sanksiyasının Türkiyənin daxili siyasətinə heç bir təsiri olmayacaq. Amma iqtisadi sanksiyalar tətbiq edilsəydi əgər, o başqa məsələ. Ancaq hal-hazırda Avropa İttifaqı Türkiyəyə bu bəyanatlara, addımlara görə hələ ki, iqtisadi sanksiya tətbiq etmək fikrində deyil.
Biz bilirik ki, məsələ Türkiyə ilə Avropa arasında Gürcüstan məsələsində, ixrac və eksport məsələlərində Türkiyənin lehinə olduqca müsbət hallar vardır və burada Türkiyənin milli gəlirinin müsbət təsiri vardır. Bu mərhələyə hələ çox var. Hələ olmayacaq. Bunlar siyasi bəyənatlardır. Bunlar hal-hazırda Ərdoğan hökumətinə qarşı Türkiyə müxalifətinin əlinə “kozır” verir. Yəni, bu o deməkdir ki, Avropa İttifaqına üzv olmaq üçün Kopenhagen kriteriyaları var. O kriteriyalar arasında bir şərt var ki, demokratiya, insan hüquqlarına hörmət hüququ üstünlüyüdür. Bu xüsusilə, CHP-yə “kozır” verir ki, Ərdoğan hökumətini tənqid eləsin ki, bax, sən Kopenhagen kriteriyalarında uzaqlaşmısan, səni üzvlükdən uzaqlaşdırıblar, yaxın buraxmayacaqlar, sən demokratik addımları çeynəyirsən, tələbləri pozursan və sair və ilaxır”.
Məcid Həsənli





Həftənin ən çox oxunanları