Yuxarı

176 ölkədə FETÖ “imperiyası”

176 ölkədə FETÖ “imperiyası”

Prezident həyəcan təbili çaldı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fətullahçı terror təşkilatı FETÖ-nün 176 dövlətdə şəbəkələşdiyini açıqlayıb.

Təhsil, tikinti və digər sektorlar

da 7 mindən çox şirkəti, 176 ölkədə 500-ə yaxın məktəbi olan olan FETÖ-nün 150 milyard dollar maliyyə ehtiyatı var. FETÖ-yə məxsus şirkətlər, hazırlıq kursları, lisey, məktəb və dərnəklərin ümumi büdcəsi 150 milyard dollardır.

FETÖ və lideri Fətullah Gülənə bu qədər maliyyəni hansı gücün verməsinə gəlincə, əsas iddia ABŞ və Avropada fəaliyyət göstərən zəngin yəhudi iş adamları, şirkət və lobbisi ilə bağlıdır. Camaatın əsas maddi qaynağı ABŞ-da fəaliyyət göstərən “Harmony/Cosmos” yəhudi Təşkilatıdır. “Michael & Susan Dell” və “Gates” 2006-2007-ci illərdə sözügedən qurumun Gülənin şəxsi hesabına 200 milyon dollar pul köçrdüyünü bildirib. Amerikanın Texas ştatında FETÖ 71.000.000 və 261.000.000 dollar məbləğində iki fərqli təhsil proyekti həyata keçirib. Maraqlıdır ki, müxtəlif layihələrə milyonlarla dollar vəsait xərclədiyi halda FETÖ-nün bu fəaliyyəti ABŞ-ın Xəzinə Departamentinin sənədlərində yer almır. Üstəgəl camaat hər il orta hesabla ABŞ hökumətindən 30 milyon dollar yardım xarakterli pul alır. İndiyədək hökumətin FETÖ-nün hesabına 10 milyon dollara yaxın pul yatırdığı bildirilir.

Diplomatik pasportu olan müəllimlər

Hesabatlarda yer alan məlumatlara görə, Gülənin Orta Asiya, Azərbaycan və Türkiyədəki məktəblərinin müəllim və rəhbər heyəti CIA agentləridir və diplomatik pasportları var. Amerikalı mənbələr bu passportların CIA-nın təlimatı əsasında hazırlandığını iddia edirlər. Peşəkar kəşfiyyatçılar olan bu müəllim heyətinin əsas vəzifəsi camaatın sıralarına yeni üzvlər cəlb etməkdir. Hədəfə alınan şəxslər xüsusi sorğulardan keçirilir və hesabat ABŞ-a göndərilir.

“Papanın müqəddəs mafiyası”

“Gülən camaatı” “Opus Dei” və “Moon” kimi xristian-yəhudi təşkilatlarına oxşarlığı var. Hər 3 təriqəti biri-birinə dini-ideoloji oxşarlıq bağlayır. Hər 3 araşdırmaçılar tərəfindən masonik-sionist təriqət kimi qeyd olunur. “Opus Dei”nin başçısı Eşkirya, “Moon”un başçısı Mun və “Gülən camaatı”nın liderini biri-birinə həm də milli kimlikləri bağlayır. Hər üçünün yəhdilərə bağlılığı var. Erməni əsilli olduğu iddia olunsa da Fətullah Gülənin kökəni əsasən İspaniyada yaşayan səfərad yəhudilərindəndir. Hər üç təriqətinin fəaliyyət sahəsi də böyük dinlərin olduğu coğrafiyadır. Maraqlıdır ki, əsas təhsil sektorunda özlərini göstərən bu ideologiyalar bazarda özlərini biri-birlərinə rəqib hesab etmirlər. Təriqətlərin koordinasiya işinə yəhudi lobbisi və CIA baxır. “Moon” budizmin, “Opus dei” xristianlığın, “Gülən camaatı” isə islamın yeni, yəhudi qaydalarla yayılması üçün fəaliyyət göstərir. Hər üç təriqətin baxdığı istiqamət də eynidir: ABŞ.

CIA-nın “Yaşıl kəmər”i

Təriqətlərin əsas icrası CIA və yəhudi lobbisinin “Yaşıl kəmər” planını reallaşdırmaqdır.  “Opus Dei”nin 5 qitədə 475 universiteti, orta məktəb və 200 kolleci, 604 qəzet və jurnalı, 52 radio və telekanlı fəaliyyət göstərir. Siyasi, hərbi, polis, maliyyə və ticarət sektorlarında da təsirli fəaliyyəti var. 1 trilyon dollara yaxın büdcəsinin olduğu bildirilir.

İyerarxiya oxşarlığı

Təriqətlərdə dərəcə anlayışı var. Məsələn, “Opus Dei”nin I qrupu “Numerarid” adlandırılan üzvləri heç vaxt evlənmirlər. Ehtiyacları xaricində qazandıqları bütün pulları təriqətə xərcləyirlər. “Gülən camaatı”nda “İmam” adlandırılan “bacı” və “qardaş” adlandırlan üzvlər də evlənmirlər. Bu qrupa daxil olanlar ancaq evlərində yaşayırlar və təriqətə oradan xidmət edirlər, “Opus dei”də olduğu kimi. Ölkələr üzrə liderləri də bu qruplardan seçilir, hər ikisində də beləedir. “Opus Dei”nin II qrupu üzvləri “Sopranumerari”lər adlandırılır. Lakin evlənirlər və evlərində yaşamırlar. “Gülən camaatı”nda bu qrup üzvləri “şagird” və “kar” adlandırılır. Yalnız təriqət üzvü ilə evlənə bilərlər və aldıqları maaşın müəyyən hissəsini təriqətə verməlidirlər.

“Moon”, “Opus dei” və “Gülən camaatı” Vatikanın sionizmin hegemoniyasını gücləndirməyi, İslam və Buddizmi yox etməyi nəzərdə tutan “Dinlərarası dialoq” layihəsinin icraçılarıdır. 1991 və 1994-cü illərdə hər 3 təriqətin lideri ABŞ-da Vatikan adına konfrans keçiriblər. Sonuncu dəfə iki il əvvəl bir araya gəldikləri bildirilir. Üçünün ortaq xüsusiyyəti missioner fəaliyyəti ilə bağlıdır. ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatları CFR, NED, CSIS, o cümlədən CIA tərəfindən dəstəklənirlər. Təriqətlər CIA-nın məxfi sənədlərində “Papanın müqəddəs mafiyası” adlandırılır. Yəni dünyada cərəyan edən prosesləri istiqamətləndirən siyasi güclər tərəfindən idarə olunan “Moon” və “Opus dei” ilə yanaşı “Gülən camaatı” da möhkəmləndiyi dövlətləri anarxiyaya apara biləcək tipdən təhlükədir.

Nəzərə alsaq ki, “Gülən camaatı” 1990-cı illərdən Azərbaycanda şəbəkələnir və 30-a yaxın məktəbi, gizli fəaliyyət göstərən dərnək və şirkətləri var, ölkəmiz də bu yöndə gələcək təhlükədən sığortalanmayıb. O fakt da kifayətdir ki, Gülən məktəbinin məzunları siyasi, hərbi, təhlükəsizlik və digər dövlət orqanlarında vəzifə başındadırlar.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları