Yuxarı

Amerika təkcə prezident seçmir

Amerika təkcə  prezident seçmir

 

Toyuqlara azadlıq, pornoaktyorlara prezervativ, biseksuallara vəzifə də səsvermədə

Amerikada bu gün tarixi gündür- növbəti prezident seçilir. Ancaq bu gün ölkədə təkcə prezident seçilmir. Ayrı-ayrı ştatlarda ən müxtəlif məsələlərlə bağlı xalqın rəyi öyrənilir. Yəni, bir seçkidə bir neçə məsələ üzrə rəy alınır. Cebhe.info xəbər verir ki, bu il ölkədəki 35 ştatda ümumilikdə 156 məsələ səsverməyə çıxarılıb. Göründüyü kimi, Klinton və Trampla yanaşı, amerikalılar üçün digər vacib məsələlər də var. Səsverməyə çıxarılan məsələlər arasında tütün məmulatlarına aksizin artırılmasından tutmuş ölüm hökmünün bərpasına qədər hər şey var.

Marixuanaya yaşıl işıq

Birdən-birə 9 ştatda marixuanann leqallaşdırılması məsələsi səsverməyə çıxarılıb. Tibbi məqsədlər üçün marixuanadan istifadə etmək istəyən ştatların sayı artır. Hətta bu mövzu ölkədəki prezident seçkiləri qədər məşhurdur. Arkanzas, Montana, Şimali Dakota, Florida ştatlarında xaşxaşdan tibbi məqsədlər üçün istifadəyə icazə verilə bilər.

Quldarlıq ləğv ediləcək

Səsverməyə çıxarılan başqa bir maraqlı məsələ evtanaziya və quldarlığın birdəfəlik ləğvidir. Quldarlığın ləğvi məsələsi Kolorado ştatında səsverməyə çıxarılıb. Məsələ burasındadır ki, bu ştatda hələ də qanunlarda qul əməyindən istifadəyə dair istisnalar qalmaqdadır. Burda ağır cinayət törədən şəxslərə cəza veriləndə onlardan qul kimi istifadə qanunla tənzimlənir. Bundan başqa Kolorado ştatının sakinləri evtanaziyaya da səs verə biləcəklər. “Şərəfli ölüm” adlanan bu layihədə xəstəlikdən dəhşətli ağrı çəkən insanların öz xahişlərinə əsasən öldürülməsi nəzərdə tutulur. Əgər səsvermədən müsbət nəticə çıxarsa, Kolorado ölkədə evtanaziyanı leqallaşdıran növbəti  ştat olacaq. Bu məsələ Kaliforniya, Oreqon, Vermont ştatlarında artıq qanuniləşdirilib.

51-ci ştat

Vaşinqton sakinlərini də bu seçkidə yenilik gözləyir. Belə ki, Kolumbiyanın federal dairəsi olan Vaşinqton adminstrativ dəyişikliyə “məruz qala bilər. Hazırda burda 650 min nəfər yaşayır. Bu, bir çox ştatlarda əhali sayından çoxdur. Əgər səsvermədən şəhər rəhbərliyinin arzusuna uyğun nəticə çıxsa, o zaman yeni ştatın konstitusiyası hazırlanacaq. Ad olaraq isə Yeni Kolumbiya təklif olunur. Bundan sonra şəhər rəhbərliyi Konqresə ştat statusunun tanınması ilə bağlı petisiya göndərəcək.

Biseksuallar vəzifəyə

Bir çox ştatlarda biseksualların rəhbər vəzifə tutmasına imkan verən layihələr də səsverməyə çıxarılacaq. Senatda Kaliforniyadan olan nümayəndə Kəmalə Harris belə iddiada olan ilk adamlardandır. Bu xanım hazırda ştatın baş prokurorudur.Əgər səsvermədən onun leyhinə qərar çıxarsa o, Amerika Senatında ilk hind əsilli nümayəndə olacaq. Ancaq ilklər bununla bitmir. Kəmalə Harris həm də afroamerikalıdır. Oreqona ştatının əhalisi isə öz bioseksuallığı haqqında açıqlama ilə çıxış edən ilk qubernator namizədi Keyt Brauna səs verəcək.

Pornoaktyorlara prezervativ

Kaliforniyada da seçicilərə olduqca maraqlı seçim təklif olunur. Burda qoruyucularla bağlı qanun layihəsinin qəbulu nəzərdə tutulur. Bu layihəyə görə böyüklər üçün filmlərin çəkilişi zamanı prezervativlərdən istifadə məcburi olacaq. Bununla yanaşı pornostudiya öz hesabına aktyorları tibbi müayinədən keçirməli və peyvənd etdirməlidir.

Milyonlar havada uçuşur

Ölkənin 3 böyük şəhərində San-Fransisko, Oklend və Olbanidə yüksək şəkər tərkibli içkilər üçün yeni vergilər tətbiq olunması nəzərdə tutulur. Təbii ki, əgər şəhər əhalisi bunun lehinə səs verərsə. Milyarder Maykl Blumber bu qanunun əsas tərəfdarı hesab olunur.  O, artıq bu layihənin qəbuluna 10 milyon dollar xərcləyib. İçki istehsalçıları isə qanunun qəbulunun əleyhinə kampaniyada 30 milyon dollarlarından keçiblər.

Quşlar da unudulmayıb

Daha bir qəribə məsələ Massaçusets ştatında səsverməyə çıxarılır. Bu ştatda qanunvericilik orqanın təmsilçiləri ev heyvanlarının saxlandığı durumdan çox narahatdırlar. Belə ki, yeni layihə səs alarsa, ev təsərrüfatlarında, fermalarda saxlanan heyvan və quşlara yatmaq, ayaqüstə durmaq, qanadlarını uzatmaq üçün şərait yaradılmalıdır. Buna əməl etməyənlər cəzalandırılacaq.

Xəzər





Həftənin ən çox oxunanları