Yuxarı

2 milyon insanı ölümdən xilas edən 3 qəhrəman

2 milyon insanı ölümdən xilas edən 3 qəhrəman

“Qaranlıq hovuza girdilər, bilirdilər ki, öləcəklər, amma qorxmurdular…”

26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verən qəza atom energetikası tarixində ən iri həcmli qəza kimi qeydə alındı. Faciəvi hadisə minlərlə insanın həyatına son qoydu, bir çox xəstəliklərin, xüsusilə də onkoloji xəstəliklərin yaranmasına səbəb oldu və ətraf mühitə ciddi zərər yetirdi.

25 min ölü, 70 min əlil

Çernobil hadisəsi bütün şəhəri xarabalığa çevirdi. Çernobıl qəzası nəticəsində yaranmış radioaktiv şüalanma Xirosima və Naqasakidəki şüalanmadan qat-qat güclü olmuşdu. Qəzanın səbəbləri kimi əsasən təcrübəsizlik göstərilirdi. Heyət bu qədər önəmli işə hazır deyilmiş Avadanlıqlar da təhlükə nəzərə alınaraq hazırlanmamışdı. Reaktor qeyri-qənaətbəxş konstruksiya edilmişdi. Qəza gecəsində cəmi 2 nəfərin öldüyü xəbəri yayılmışdı. Amma ölü sayı növbəti həftədən etibarən artmağa başladı- 28 nəfər. Ən dəhşətlisi isə radiasiyadan ölənlərin sayının daima artacağı idi. Nüvə hadisələrinin Beynəlxalq Şkalasına əsasən Çernobıl şüalanması ən maksimal – 7 balla qiymətləndirilib. Bu, insan həyatı üçün ən təhlükəli həddir. Sonrakı dövrlərdə 800 000 insan radiasiyaya məruz qaldı. Onlardan 25 min nəfəri həyatını itirdi, 70000 nəfər ömürlük əlil oldu. Qəza yerinə göndərilən briqadalar öz işləriin görürdülər, onlarda bu işin təhlükəsi barədə demək olar ki, məlumat yox idi. Bir neçə gün sonra isə bütün yanğınsöndürənlər vəfat etdi- ölüm bir addımlıqdaymış…

Avropa təhdid altında

Cebhe.info xəbər verir ki, partlayışdan cəmi 5 gün sonra sovet hakimiyyəti dəhşətli həqiqəti öyrəndi. 1 may 1986-cı ildə partlamış reaktorun aktiv zonasında hələ də alovlanma qalırdı. Orda 185 ton nüvə yanacağı vardı, nüvə reaksiyası isə dəhşətli sürətlə gedirdi. 185 ton nüvə materialı ilə yanaşı 5 milyon hallon (1 hallon 3,8 litrdir) su da vardı ki, bu su ehtiyatından elektrik stansiyasında istifadə olunurdu. Yanar nüvə reaktorunu bu sudan isə cəmi qalın bir beton plitə ayırırdı. Aktiv nüvə zonası bu plitəyə yaxınlaşmaqda idi. Əgər su ilə təmas baş tutsaydı, o zaman ikinci- daha böyük dəhşət baş verəcəkdi. Nəticədə Avropanın böyük bir hissəsi radioaktiv zəhərlənməyə məruz qala bilərdi. Avropa təhdid altında idi və özündən xəbərsiz. Həm də elə bir dəhşət ki, Çernobıl partlayışı onun yanında olduqca kiçik görünərdi.

2 milyon insanı gözləyən ölüm

Jurnalist Stiven Makqinti yazırdı ki, bu, özü ilə böyük bir nüvə partlayışı gətirə bilərdi: “Sovet fiziklərinin araşdırmasına görə, ordakı digər 3 reaktorda da partlayış mümkün idi. Kiyev bütünlüklə təhlükə altında idi, su təchizatı bütünlüklə sıradan çıxardı, 30 milyon insan susuz qalardı. Yüzilliklər boyu Şimali Ukrayna həyat üçün yararsız və təhlükəli ərazi kimi qalardı”. Asiya və Rusiya alimlərinin 2009-cu ildə apardığı araşdırmalar isə göstərdi ki, vəziyyət təxmin edildiyindən də dəhşətli ola bilərdi. Əgər sözügedən su reaktorla təmasa keçsəydi, o zaman yaranacaq partlayış Avropanın yarısını təhlükə altında qoyardı. Ukrayna və Rusiya yaxın 500 min ildə geridönməz nəticələrlə qarşılaşardı. Hadisə yerində işləyən ekspertlər bildirirdilər ki, üzən nüvə beton plitəni yandırıb tədricən suya yaxnlaşırmış. Vəziyyət kritik idi, təhlükə bir addımlıqdaydı. Mühəndislər dərhal fəaliyyətə başladılar. Qalan reaktorların gözlənilən partlayışının qarşısı alınmalı idi. Dördüncü reaktorun batan kameralarını açmaq üçün 3 nəfərin göndərilməsi qərara alındı. Onlar yanacaqdaşıyıcısına yaxınlaşaraq klapanları tapmalı və onları açmalı idilər. Su aktiv reaktor zonası ilə təmas gerçəkləşənə qədər ordan axıb qurtarmalı idi. Bu, milyonlarla insanın həyatını qurtaracaq yeganə plan idi. SSRİ və Avropanın 2 milyon insanını anlıq ölüm gözləyirdi. Milyonlarla insan ömürlük şikəst və xəstə olacaqdı. Plan yaxşı işlənmişdi, ancaq onu həyata keçirmək üçün kimi tapacaqdılar?

Ölümə könüllü gedən 3 nəfər

Kim öz həyatını riskə ataraq insanların həyatını könüllü xilas etməyə gedəcəkdi? Hamı bilirdi ki, planı icra edəcək adamlar ancaq onun icrası müddətində sağ qalmağa ümid edə bilərdilər, bundan artığına ümid etmək olmazdı. Nəhayət axtarılan 3 nəfər tapıldı. 3 kişi könüllü şəkildə kömək təklif etdi. Bilirdilər ki, bu, onların son işi ola bilər. Tam əminliklə son işləri olacaqdı. Böyük mühəndis, orta dərəcəli mühəndis və növbə rəisi könüllü olduqlarını bildirdi. Növbə rəisinin tapşırığı o idi ki, sualtı lampanı əlində saxlasın. Beləliklə, mühəndislər sualtı klapanları daha rahat və qısa müddətdə aça biləcəkdilər. Minlərlə insan həyatı beləliklə xilas olunacaqdı. Səhəri gün Çernobıl üçlüyü vəzifənin icrası üçün hazırlandı.

Ölüm hovuzu

Hovuza düşdülər. Onları orda ölüm gözləyirdi. Hövuzda tam səssizlik və qaranlıq hökm sürürdü. Növbə rəisi əlində fənər tutmuşdu. Ancaq o ərazini işıqlandırmağa kifayət etmirdi. Klapanları tapmaq göründüyü qədər də asan olmurdu. Onlar işlərini maksimum tez başa çatdırmaq istəyirdilər, hər dəqiqənin hökmü vardı. Hər dəqiqə izotoplar onların bədənini didib parçalayırdı. Ancaq onlar bu izotoplar öz işlərini yerinə yetirənə qədər qarşılarına qoyduqları vəzifəni icra etməli idilər. Klapanlar isə tapmaq heç cür mümkün olmurdu. İşıq da istənilən zaman sönə bilərdi, qaranlıq ölümə bərabər idi. İşıq doğrudan da söndü, amma sönməzdən əvvəl mühəndislərə ipucunu göstərdi. Mühəndislər klapanlara doğru aparan borunu sezdilər. Dərhal borunu gördükləri yerə üzdülər. Əlləri ilə borunu qaldırmağa çalışdılar. İşıq artıq sönmüşdü. İnsan orqanizminə qısa müddətdə təsir göstərəcək ionlaşmadan qorumaq üçün heç nəyə ümid etmək olmazdı. Milyonalrla insanı xilas etmək üçün isə bir neçə güclü hərəkətə ehtiyac vardı. Nəhayət, klapanları açmaq mümkün oldu. Hovuz sürətlə boşalmağa başladı.

Tarixin axışını dəyişdirən 3 qəhrəman

Artıq bu 3 nəfər öz işini görmüşdü. Milyonlarla insan həyatı xilas edilmişdi. AES rəhbərliyi, əsgərlər onları qəhrəman kimi qarşıladılar. Deyirdilər ki, orda əməlli-başlı coşqu yaşanıb, insanlar sevincdən atılıb-düşürdülər. Bir gün ərzində 5 milyon hallon radioaktiv su dördüncü reaktordan axıb qurtardı. İkinci partlayış təhlükəsi sovuşdu. Daha sonralar aparılan analizlərin nəticəsi göstərdi ki, əgər 3 qəhrəman olmasaydı, tarixin axışı dəyişəcəkdi. Söhbət milyonlarla insanın həyatından gedirdi.

Bir həftə sonra öldülər...

Səhəri gün hər 3 nəfərin səhhətində artıq şüalanmanın ilk əlamətləri özünü göstərməyə başladı. Bir neçə həftə sonra isə onların üçü də vəfat etdi. Cəsədləri tamamilə bağlı tabutlarda dəfn etdilər. Onların hətta cəsədləri belə şüa yaya bilərdi. Milyonlarla insanı ölümdən xilas edən bu qəhrəmanın adını isə hələ də çoxu bilmir- Aleksey Anannenko, Valeri Bespalov və Boris Baranov.





Həftənin ən çox oxunanları