Yuxarı

Avropada miqrant böhranı-islamafobiya güclənəcəkmi?

Avropada miqrant böhranı-islamafobiya güclənəcəkmi?

Avropa yArastun Orujluaxın tarixinin ən böyük fəlakətini - “miqrant böhranı”nı yaşayır.İslamafobiyanın genişlənməsi barədə bəyanatların artdığı indiki vaxtda yüz minlərlə müsəlmanın Avropaya üz tutması xeyli suallar doğurur. Bir sıra siyasi müşahidəçilər hesab edir ki, bu fakt islamafobiya barədə deyilənlərin reallıqdan uzaq olduğunu təsdiq edir. Ancaq Avropanın özündə də müsəlmanların miqrasiyasını bu qitənin gələcəyi üçün təhlükə hesab edənlər də var. Hətta bu yaxınlarda Suriyadan və İraqdan gələn qaçqınlar arsında 4 min nəfərə yaxın terrorçunun olması barədə informasiyalar da yayılmışdı.İlk günlər müsəlman miqrantların Avropa Birliyi ərazisinə buraxılmayacağı ehtimalı yüksək olsa da, sonradan həmin quruma daxil olan ölkələr müharibədən qaçqın düşmüş insanlara sığınacaq verməyə hazır olduqlarını bəyan etdilər. “Şərq-Qərb” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da hesab edir ki, bu yeni tendensiya deyil. Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıq və səfalətdən xilas olmaq üçün məhz Avropaya üz tutur. “Cümhuriyət” qəzetinə mövcud durumu şərh edən politoloqun fikirlərinə görə, belə durum həmişə olub və indi də var: “Bu nə miqrant axını ilə, nə Suriya müharibəsi ilə əlaqəlidir. Avropada mühacirlərə qarşı daim kapital meylləri olub. Müxtəlif illərdə mühacirlərin böyük əksəriyyəti Avropa dövlətlərinin ayırdığı sosial müavinətləri alır, orda yaşayır və bir sıra hallarda öz qaydalarını, öz mədəniyyətlərini onlara tətbiq etməyə çalışırlar. Təbii ki, bu da yerli əhalidə qıcıq yaradır. Bundan sonra da hansısa radikal siyasi cərəyanlar, partiyalar çalışır ki, bundan yararlansın.Məsələn, Fransada ana müxalifət partiyası daim bu amildən faydalanır. Daim Fransa seçkilərində 20 faizə qədər səs toplayıb. Yəni hər 5 nəfərdən biri bu partiyanı dəstəkləyir. Hansı ki, mahiyyət etibarı ilə faktiki olaraq faşist partiyasıdır. Bunun da səbəbi Fransada olan milyonlarla Əlcəzair, eləcə də digər ölkələrdən olan ərəblərdir. Fransa cəmiyyətinin radikal hissəsi bunu özlərinə təhlükə kimi qəbul edirlər”. Politoloqun fikrincə, Avropa çalışır ki, müsəlman ölkələrindən gəlmiş qaçqınlara öz qaydalarını tətbiq eləsin: “Mədəniyyətlər çox müxtəlifdir və heç bir halda heç bir əhali razı olmaz ki, kənardan gələn ona qaydalarını qəbul etdirsin. Bu, qeyri-mümkündür. Münaqişələr əsasən burdan qaynaqlanır”. Politoloq Türkiyədə həddindən artıq böyük miqrant sayının olduğunu da vurğulayıb: “Səudiyyə-Ərəbistanı və digər körfəz ərəb ölkələrinə gəlincə, onların daxili, miqrant və vətəndaşlıq siyasəti çox sərtdir. Əgər valideynlərin ayrı ölkədəndirsə, Səudiyyə-Ərəbistanında daimi yaşayış statusu almaq olmur. Çünki onların qanunu belədir. Onlar çalışırlar ki, öz ölkələrini qorusunlar.Digər tərəfdən düşünmürəm ki, miqrantlar Səudiyyə-Ərəbistanına getməyə həvəs göstərir. Buna  insanların dini baxışlarından tutmuş, bir çox amillər rol oynayır. Məsələn, mən heç bir halda SəudiyyəƏrəbistanında yaşamaq istəməzdim. Mühafizəkar ölkədir”. Yeganə Oqtayqızı    





Həftənin ən çox oxunanları