Yuxarı

Aslan Məshədovun ölüm sirri

Aslan Məshədovun ölüm sirri

 

Çeçen gülləsi, yoxsa rus yalanı?

2005-ci ildə Çeçenistan prezidenti Aslan Məshədovun öldürülməsi əməliyyatından illər keçsə də, hələ də əməliyyat planı ilə bağlı müxtəlif fikirlər səslənir. 1997-ci ildə respublikaya rəhbəlik edən Aslan Məshədov hələ 1995-ci ildən federasiya daxilində axtarışda olub. Onun məhv edilməsinə yönəlik əməliyyat isə 2005-ci il 8 martda keçirilib. Cebhe.info xəbər verir ki, Qroznı rayonundakı “Tolstoy yurd” adlanan kənddə keçirilən əməliyyatda Rusiya xüsusi təyinatlılarına İlya Şbalkin rəhbərlik edib. Rusiya hökuməti əməliyyatın vacibliyini çeçenlərin genişmiqyaslı terror aktı hazırlığı ilə izah edib.

Aslan Məshədova qarşı əməliyyatdan əvvəl isə Rusiya xüsusi təyinatlıları hazırlıq əməliyyatı keçirib. Aslan Məshədovun olduğu ərazi və planları öyrənilib. Daha sonra yayılan məlumatlara gprə, Məshədovun olduğu bunker başdan-başa partlayıcılarla dolu olub.  Döyüş zamanı ağır yara alan Məshədov bu yaradan dünyasını dəyişib. Xəsarəti isə bunkerin qapısı partladılan zaman alıb. Daha sonra aparılan araşdırma nəticəsində ehtimal edilib ki, Aslan Məshədov partlayış nəticəsində aldığı xəsarətdən yox, güllə yarasından dünyasını dəyişib. Hətta həmin güllənin Məshədovun qohumu və mühafizəçisi Visxan Hacımuradovun tapançasından açıldığı da iddia edilib. Ancaq məhkəmədə mühafizəçi bu məlumatı inkar edib. Bəzi məlumatlara görə, istintaqın gedişində Hacımuradov vəziyyət gərginləşəcəyi və əsir düşmək təhlükəsi olacağı təqdirdə Məshədovu güllələmək barədə onun özündən tapşırıq aldığını deyib. Ancaq istintaqda dediyi iddia edilən bu sözləri məhkəmədə təsdiqləməyib. Əməliyyatdan sonra keçirilən genetik ekspertiza nəticəsində ödürülən şəxsin məhz Aslan Məshədov olduğu təsdiqlənib. Çeçenistanın indiki rəhbəri Ramzan Kadırov da Məshədovun mühafizəçi tərəfindən öldürülməsi versiyası üzərində dayanıb. Ancaq ehtimal edib ki, hadisə Hacımuradovun tapança ilə ehtiyatsız davranışı səbəbindən də baş verə bilərdi. Bunker çox darısqal olub, üstəlik də içəridə çox sayda partlayıcı maddə yeşikləri qoyulub. Hacımuradovun da təsadüfən açdığı atəşin prezidentə dəymək ehtimalının olduğu deyilib.

Məshədovun oğlu Anzor isə çeçenlərin atasını satmadığını deyib. Yəni, Rusiya xüsusi təyinatlıları onun yerini satın aldıqları çeçenlərdən yox, mobil əlaqə vasitəsilə öyrəniblər. Məshədovun oğlu da atasının Rusiya xüsusi təyinatlıları tərəfindən öldürüldüyünə əmindir. 9 mm kalibrli güllə Məshədovun cəsədində tapılmayıb, ancaq bunkerdə gilizin tapıldığı deyilib. Rusiya ordusunda da “Vektor” 9 mm-dən istifadə olunduğu təsdiqlənib.

Məshədovun ölümü ilə bağlı başqa versiyalar da var. Onlardan birinə görə, Məshədovu dinc danışıqlar zamanı güllələyiblər. Polşa prezidenti Məshədovun təhlükəsizliyinə zəmanət versə də, daha sonra onun Rusiya xüsusi təyinatlıları tərəfindən öldürüldüyünü deyib. Əməliyyatdan sonra prezident Putin xüsusi təyinatlıları bu münasibətlə təbrik edib. Əməliyyat iştirakçıları mükafatlandırılıb. Qafqaz Problemləri Komissiyasının rəhbəri Vladimir Katrenkonun sözlərinə görə, əməliyyat uğurlu olsa da, problemi kökündən həll etməyə qadir deyil. Bəzi Avropa liderləri də Məshədovun məhkəməsiz zərərsizləşdirilməsindən təəssüfünü ifadə edib.

Polşa prezidenti Aleksandr Çesko isə əməliyyatı “siyasi səhv” adlandırıb.

Xəzər





Həftənin ən çox oxunanları