Yuxarı

“Mossad”dan şok açıqlama: Agentlərimiz Bakıya gedir

“Mossad”dan şok açıqlama: Agentlərimiz Bakıya gedir

Azərbaycanın təhlükəsizliyi İsrailə həvalə edilir.

Cebhe.info xəbər verir ki, İsrailin dövlət kəşfiyyat xidməti- “Mossad”ın rəhbəri Yosi Koen baş nazir Benyamin Netanyahunun dekabrın 13-də Azərbaycana baş tutacaq səfəri ilə bağlı açıqlama verib.

“Breakingisrailnews” nəşrinin suallarını cavablandıran Mossad rəhbəri bildirib ki, bu səfər strateji əhəmiyyətinə görə İsrail üçün çox mühüm əhəmiyyətə malikdir.

Son günlər İsrail iki ölkə arasında təhlükəsizlik sahəsində birgə əməkdaşlığa dair məsələ qaldırıb və ilkin danışqlar da bu mövzuda olub: “Ümid edirəm ki, hər iki ölkənin ən yüksək səlahiyyətli şəxsləri qarşılıqlı anlaşma barədə yekun bəyannamənin mətnini yaxın günlərdə imzalayacaq”-Koen belə deyib.

Bəyannamədə tərəflərin birgə  təhlükəsizliyə təhdid yaradan hallara qarşı mübarizədə əməkdaşlıq edilməsi nəzərdə tutur. İsrail Azərbaycanda müasir təhlükəsizlik sisteminin quraşdırılmasını və avadanlıqların göndərilməsini öz üzərinə götürür.

“Azərbaycan Təhlükəsizlik Xidmətinin əməkdaşları  ilə ilkin razılaşmaya əsasən, “Mossad” bu ölkə ilə terrorizmə və regional ekstremizmə  qarşı mübarizədə, çevrilişlərin qarşısının alınması və çoxtərəfli regional müttəfiq kimi  əməkdaşlıq edəcək. Bununla əlaqadar olaraq, tərəflər tcrübəli “Mossad” zabitlərinin Bakıda fəaliyyət göstərməsini  razılaşdırıblar. Həmçinin Təl- Əviv və Bakı arasında mövsümi olaraq, təhlükəsizlik məslələrinə dair birgə iclaslar keçiriləcək”- İsrail kəşfiyyatının rəhbəri belə açıqlama verib.

Hazıralanmış bəyannamənin məqsədi barədə suala cavabında isə Y.Koen bunun Azərbayacanın təhlükəsizliyi üçün  vacib olduğunu söyləyib: “Bu sənəd, sözsüz ki, xarici təhdidlərə qarşı Azərbaycanın təhlükəsizliyini artıracaq və hər iki ölkənin bölgədə maraqlarını təmin edəcək”. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları