Yuxarı

Putinə ölüm jesti

Putinə  ölüm  jesti

 

Masada insanı bir neçə dəqiqədə öldürən ən zəhərli balıq

Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya səfəri maraqlı anlarla yadda qalıb. Son 11 ildə ilk dəfə Yaponiyaya səfər edən Putin öncə baş nazir Sindzo Abenin doğma şəhəri Naqatoda qarşılanıb. Ancaq prezidentin təyyarəsi müəyyən qədər gecikdiyi üçün yapon baş nazir fürsətdən yararlanaraq bu şəhərdəki valideynlərinin məzarını ziyarət edib.

İki ölkə liderinin görüşünün keçiriləcəyi məkanda ciddi təhlükəzilk tədbirləri görülüb. Ancaq maraqlıdır ki, görüşdən əvvəl otaqlarda aparılan son axtarış işlərinin görüntülənməsinə imkan yaradılıb. Jurnalistlərə məlum olub ki, səfər zamanı Putinin şərəfinə verilən ziyafətin də menyusu ilginc olub. Belə ki, qeyri-rəsmi ziyafətdə qablaşdırılmış  mal əti və Fuqu balığı yer alıb.

Ququ qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare (bitkidən alınan tünd zəhər) adlı məhsuldan 25 dəfə, sianiddən isə 275 dəfə daha güclü tərkibə malikdir. Zəhər tənəffüs orqanlarında iflic yaradır, insan bir neçə dəqiqə ərzində dünyasını dəyişir. Bu balıqdan yalnız xüsusi lisenziyası olan aşpazlar istifadə edirlər və fuqunu hazırlaya bilərlər. Lakin bütün bunlara baxmayaraq hər il bu balıqdan ölən insanlar olur.

Xəzər





Həftənin ən çox oxunanları