Yuxarı

Bütün səfirlər geri çağırılır

Bütün səfirlər geri çağırılır

Ölkədə bənzəri olmayan ilk\\Amerikanın yeni seçilən prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan dərhal sonra Barak Obamanın bütün izlərini silməyə qərarlıdır. \\Cebhe.info xarici mətbuata istinadən bildirir ki, ilk növbədə 20 yanvardan etibarən Barak Obamanın dövründə işləyən bütün səfirlər geri çağırılacaq.\\“ New York Times” qəzetində yer alan xəbərə görə, artıq Trampın keçid hökuməti XİN rəhbərliyinə məktub göndərərək Obamanın dövründə göndərilən bütün səfirləri istisnasız olaraq geri çağırmaq tapşırığını verib. Bu təlimatı Amerika siyasətində indiyə qədər bənzəri olmayan təlimat hesab edilir.\\Çünki hakimiyyət dəyişkliyi zamanı səfirlərin istisnasız olaraq geri çağırılması təcrübəsi qeydə alınmayıb. Mütəxəssislərin fikrincə, təlimatın icrası gedişində bir çox ölkələrdə səfir problemi yaşanacaq. Səfir təyinatında Senatın təsdiqi lazım olduğuna görə bir ölkələrlə bağlı təyinat uzun zaman ala bilər.\\Xəzər





Həftənin ən çox oxunanları