Yuxarı

Rusiyadan Ermənistana “tərs sillə”

Rusiyadan Ermənistana “tərs sillə”

KTMT-yə rəhbərlik ermənilərə qismət olmadı\\Cümşüd Nuriyev: “Rusiya başa düşüb ki...”\\Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi rotasiya prinsiplərinə uyğun olaraq Ermənistan nümayəndəsinə verilməli idi. Ancaq ötən ilin oktyabr ayında Ermənistanda keçirilən KTMT-nin toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstə olduğu üçün iştirak etmədi və nəticədə Ermənistanın nümayəndəsi seçilə bilmədi. Və KTMT-yə rəhbərlik yenə də Rusiyalı nümayəndə Nikolay Bardyujaya həvalə olundu. KTMT-nin növbəti Sankt-Peterburqda keçirilən iclasına isə Belarus prezidenti Lukaşenko qatılmadı və yenə də ermənilər KTMT-yə rəhbərlik etmək şansı qazanmadılar.\\Nəticədə isə yenə də rusiyalı nümayəndə Bardyujanın səlahiyyətləri artırıldı. Ancaq sonradan Bardyuja bunun nizamnaməyə uyğun olmadığı üçün istefa verdi və KTMT-yə rəhbərlik müvəqqəti olaraq onun müavini Valeri Semernikov keçdi. Aprel ayında isə KTMT-nin növbəti iclası olacaq və yeni təşkilata yeni ölkə rəhbərlik edəcək. Rotasiya qaydalarına uyğun olaraq isə aprel ayında keçiriləcək iclasa KTMT-yə rəhbərlik Belarusiyaya keçəcək. Yəni Ermənistan KTMT-yə rəhbərlik etmək şansını itirdi.\\KTMT-yə rəhbərliyin Ermənistana keçməməsini dəyərləndirən rus politoloq Vadim Dubnov deyir ki, “Moskvanın bu vəzifəyə erməni hərbçisini təyin etməməsinin səbəbi aydın idi, çünki o, nəsə edə bilərdi. Bəzi konspiroloqlar hətta ehtimal edirlər ki, məsələylə bağlı Lukaşenko ilə müəyyən anlaşma olub və oyun oynanıb ki, erməni hərbçinin bu vəzifəyə təyini baş tutmasın. Çünki ermənilər KTMT-yə rəhbərlik etsə onlar bunda öz maraqları çərçivəsində istifadə edəcəklər. Rusiya hakimiyyəti də bundan qorxaraq məhz Ermənistanın KTMT-yə rəhbərlik etməsinin qarşısını alıb”.\\Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Cümşüd Nuriyev deyib ki, baş verənlər onu göstərir ki, artıq ruslar da “ağıllanıblar”:\\“Azərbaycanın və xüsusilə də medianın apardığı təbliğatın nəticəsidir ki, ermənilərim kim, necə bir məkrli qrup olduğunu hər kəs başa düşür. Qazaxıstan birmənalı şəkildə Azərbaycanın tərəfini saxlayır. Belarus və Qırğızıstan da Azərbaycanı birmənalı olaraq dəstəkləyir. Bu baxımdan da Rusiya meydanda tək qalıb və rus təhlükəsizlik xidmətləri o politoloqun əliylə məsələni gündəmə gətirir ki, Azərbaycan da bizimlədir. Amma Rusiya Ermənistana rəhbərliyi verməməkdə də haqlıdır. \\Çünki Ohanyan 366 alaya rəhbər gətiriləndən sonra həmin alay Xocalı soyqırımını törətdi. Bunu o zaman həm məxfi, həm də digər sənədlər biz sübut etmişik. Bütün hallarda əgər Rusiya həqiqətən də Ermənistana qarşı bu addımı atırsa tutduğu mövqedə haqlıdır. Əgər proseslər bu şəkildə davam edəcəksə o, zaman Azərbaycan gələcəkdə bu təşkilata girmək haqqında danışıqlara gedə bilər. KTMT-nin 7-ci maddəsində göstərilir ki, ancaq dövlətin öz ərazisinə müdaxilə edilərsə o zaman bu təşkilat ona müdaxilə edə bilər. \\Rusiya rəhbərliyi ermənilərə verməkdən ona görə qorxur ki, KTMT-nin 4-cü maddəsində transsərhəd bölgəsində qaçaqmalçılıq, narkoticarət bağlı mübarizə apara bilərlər. Ermənistan bundan o adla istifadə edə bilərlər ki, İrandan bura qaçaqmalçılıq yolu ilə narkotik keçirilir. Onsuz da dünyada da məlumdur ki, İrandan aparılan mallar Dağlıq Qarabağdan keçirilir. Bu baxımdan onlar Azərbaycanı fakt qarşısında qoya bilərlər. Təbii ki, Azərbaycan ordusu KTMT-yə qarşı vuruşmaq iqtidarında deyil. Rusiya bunu bildiyi üçün bu addımı atır. Amma nəzərə almaq lazımdır ki, həm Rusiya hakimiyyəti, həm də rus politoloqlar Azərbaycanın haqlı mövqeyini başa düşürlər”. \\Vilayət Muxtar





Həftənin ən çox oxunanları