Yuxarı

İran siyasətində Rəfsəncanı boşluğu

İran siyasətində Rəfsəncanı boşluğu

İslahatçı qanad zəifləyəcək\\Natiq Miri: “İslahatçılar Rəfsəncanini əvəz edəcək lider ortaya çıxaracaq”\\İran siyasi elitası mühafizəkarlar və islahatçılar olmaqla iki qütbə bölünüb. Siyasi elitanın mühafizəkar qanadına Əli Xamyeni, digər islahatçılar qanadına isə bu günlərdə dünyasını dəyişən İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani rəhbərlik edirdi. Bir sıra siyasi şərhçilər hesab edir ki, islahatçıların lideri Rəfsancaninin ölümündən sonra İranın siyasi elitasında islahatçıların mövqeləri kifayət qədər zəifləyəcək. Ümumiyyətlə, Rəfsəncaninin ölümündən sonra islahatçılara rəhbərlik edəcək o gücdə şəxsin olmaması müxtəlif parçalanmalara da gətirib çıxaracaq.\\Bəs Rəfsəncaninin ölümüdən sonra İran liberalları bu günə qədər qazandığı uğurları itirəcək, yoxsa daha güclü liderlə daha çox uğur qazanacaq?\\\\Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Natiq Miri deyib ki, islahatçılar tezliklə Rəfsəncanini əvəz edəcək lider də ortaya çıxaracaqlar: “Baxmayaraq ki, Rəfsancani ali ruhanilər arasında çox böyük avtoritet idi. İranın ali dini lideri Xamneyini ölümündən sonra əvəz edə biləcək tək şəxsiyyət idi. Təbii ki, bu da islahatçıların həm cəmiyyətdə, həm də siyasi arenada mövqeyini gücləndirəcəkdi. Ona görə də Rəfsəncanının ölümü islahatçıların xeyrinə gedən  prosesi müəyyən qədər zəiflətdi. Ancaq ictimai rəydə hesab edirəm ki, islahatçıların mövqeyi heç də zəifləməyib. Bu gün İran cəmiyyətində dominantlıq islahatçıların tərəfindədir. Çünki məhz islahatçıların nümayəndəsi olan Həsən Ruhaninin prezidentlik  postuna gəlməsindən sonra İrana qarşı tətbiq olunan sanksiyalar, embarqolar götürülməyə başladı. Getdikcə İranın büdcəsi genişlənməyə başladı ki, bu da İranın regionda daha aktiv siyasət yürütməsinə səbəb oldu.\\Biz bunu həm Suriyada, həm Bəhreyində, həm Yəməndə və digər Yaxın Şərq ölkələrində də müşahidə edirik.Bu cür müsbət dəyişikliklərdən və İranın tədricən özünə qayıtmasından sonra düşünmürəm ki, cəmiyyətdə mühafizəkarların mövqeyi daha güclü olsun. Əksinə olaraq, hesab edirəm ki, Rəfsəncaninin ölümündən sonra bunu kompensasiya edəcək islahatçılar yeni kadrlar, liderlər ortalığa çıxara biləcəklər. Bu gün konkret kimlərin ortalığa çıxacağını demək tezdir. Ola bilər ki, Rəfsəncanin ölümü cəmiyyətdə müəyyən qədər qütbləşmə və parçalanma da yaratsın. Çünki Rəfsəncaninin ölümüylə bağlı ictimai rəy birmənalı deyil. Hətta Rəfsəncaninin öldürülməsi haqqında da bu gün ictimai rəy formalaşıb. Ona görə də əgər İranda qarşıdurma olmazsa islahatçıların mövqeyi də cəmiyyətdə zəifləməyəcək. İslahatçılar da tezliklə Rəfsəncanini əvəz edəcək liderlər də ortaya çıxara biləcəklər. Bu potensial islahatçı qanadda var”.\\Vilayət Muxtar\\ 





Həftənin ən çox oxunanları