Yuxarı

Ordular sərhəddə cəmləşir

Ordular sərhəddə cəmləşir

Elşən Manafov: “Rusiya 30 saniyəyə ABŞ-ın istənilən ərazisini vura bilər”\\Amerika Biləşmiş Ştatları (ABŞ) və Rusiya arasında yaranan gərginlik artır. Dünyanın iki böyük gücü arasında yaranan soyuq müharibə isti fazaya keçmək üzrədir. Belə ki, ABŞ keçmiş SSRİ sərhədlərinə qoşun yeridir və bunu həmin ölkələri Rusiya təhlükəsindən qorumaq məqsədilə etdiyini deyir. ABŞ və NATO hərbi birləşmələri planlı şəkildə olaraq Baltikyani ölkələrə qoşun yeritməyi planlaşdırır. Artıq ABŞ bu prosesə start verib və keçmiş SSRİ ölkələrindən bəzilərində artıq hərbi birləşmələr yerləşdirilib.\\ABŞ hərbi birləşmələrini 14 yanvar tarixində Polşa ərazisinə göndərib. ABŞ-ın hərbi birləşmələrini qarşılayan Polşanın müdafiə naziri Antoniy Macerevic amerikalı hərbçiləri “biz sizi on illərdir gözləyirik” sözlərilə qarşılayıb. ABŞ və Rusiya arasında baş verə biləcək mümkün müharibə əslində bütün dünya üçün ciddi təhlükə vəd edir. Siyasi şərhçilər də ABŞ- Rusiya münasibətlərini hər zaman məhz bu kontekstdə dəyərləndirirlər. Prosesin hansı yöndə inkişaf edəcəyi isə hələ də qaranlıq qalan məsələlərdəndir. ABŞ-ın Rusiyaya qarşı apardığı siyasətə rəsmi Kremlin hansı aspektə cavab verəcəyi isə maraqla gözlənilənilir.\\“ABŞ o ölkələri asılı vəziyyətə salır”\\Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Elşən Manafov deyir ki,  ABŞ-ın adıçəkilən ölkələrə hərbi birləşmələr yerləşdirməsi soyuq müharibə ərəfəsində ABŞ və SSRİ arasında imzalanan müqavilənin kobud şəkildə pozulmasıdır: “Nəzərə alsaq ki, Rusiya beynəlxalq aləmdə SSRİ-nin varisi hesab olunur və bu da eyni zamanda Rusiyaya qarşı razılaşmaların pozulmasıdır. Həmin razılıq özündə beynəlxalq gərginliyin zəiflədilməsi naminə SSRİ və ABŞ nüvə başlıqlı, orta mənzilli raketlərin ləğvi baxımından müəyyən addımlar atılmasını ehtiva edirdi. Bunun müqabilində də NATO öz sərhədlərini Şərqə doğru genişləndirməməsilə bağlı öhdəliklər götürmüşdü. Ancaq soyuq müharibənin başa çatması və Rusiyada Qərb yönümlü şəxslərin iqtidara gəlməsindən sonra NATO-nun Şərqə doğru genişlənməsinin şahidi olduq. Artıq keçmiş post sovet ölkələrinin əksəriyyəti NATO üzvüdür. ABŞ-ın bu gün dünyanın 500-dən çox ölkəsində hərbi bazası var. Bu bazaların əksəriyyətinin məqsədi isə Rusiyanın hərbi bazalarını mühasirəyə almaqdır. Rusiyanı parçalamaq və hərbi güc kontekstində danışmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin işləyib hazırladığı “Anakonda” layihəsi var idi. Qəbul olunmuş qərarlar isə həmin layihələrin realizə olunması üçün adılan addımlardır. Qərbdə “Rusiya gəlir” deyə dəbdə olan belə bir şüar var. Əslində bu şüarı əlində bayraq tutan Pentaqon heç bir ciddi əsası olmadan Rusiyanın ciddi təhlükə olduğunu deyərək Konqresdən milyardlarla vəsait alıb və bunu Rusiyaya qarşı istifadə edib. Güman edirəm ki, ABŞ burada geosiyasi maraqlarına uyğun olaraq NATO-nun tərkibinə yeni ölkələrin cəlb olunmasına və eyni zamanda öz ordusunu həmin ölkələrə aparmağa çalışır. Nəticədə də həmin ölkələri ABŞ və NATO-dan asılı vəziyyətə salır”.\\“Bu, dünya üçün təhlükədir”\\Politoloq qeyd edir ki, ABŞ-ın sərhədlərini Rusiyaya yaxınlaşdırması onunla güc kontekstində danışmaq istəyindən irəli gəlir:  “Rusiya kimi dünyanın ən güclü nüvə başlıqlarına sahib olan ölkənin sərhədlərinə yaxınlaşmaq təkcə ABŞ və NATO üçün deyil, dünyanın özü üçün böyük təhlükədir. Hesab edirəm ki, ABŞ-ın hərbi birləşmələrini Rusiya sərhədlərinə yaxınlaşdırmasına elə də ciddi ehtiyac yox idi. Rusiyanın Sakit Okeanda üzən hərbi gəmiləri ABŞ-ın istənilən ərazisini 30 saniyə ərzində vura bilər. Bunu ABŞ özü də çox yaxşı başa düşür. Sadəcə olaraq, burada əsas məqsəd Rusiya sərhədlərində olan ölkələrin siyasi hakimiyyətlərini öz maraqları kontekstində ABŞ-a yaxınlaşdırmaqdır. ABŞ bu dövlətlərin satış bazarların nəzarət etmək niyyətindədir. Bütün bunlar isə yalnız ABŞ-ın geosiyasi maraqları kontekstində reallaşacaq. Nəzərə almaq lazımdır ki, Rusiyanın hərbi büdcəsi ABŞ-dan 20 dəfə azdır. Bu baxımdan da hesab etmirəm ki, Rusiya həmin dövlətlər üçün ciddi təhlükə təşkil edir”.\\Vilayət Muxtar





Həftənin ən çox oxunanları