Yuxarı

Azərbaycan-Avropa münasibətlərinə yeni qapı

Azərbaycan-Avropa  münasibətlərinə  yeni qapı

 \\Danışıqlar bərpa ediləcək\\Elçin Mirzəbəyli: “Avropa İttifaqı ilə ikitərəfli saziş məsələsi də şübhəsiz ki, Azərbaycanın maraqlarını ifadə edir”\\Zəlimxan Məmmədli: “Üzümüzü Rusiyaya çevirsək...”\\Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard Aİ və Azərbaycan arasında danışıqların bərpa olunacağını bildirib. Mətbuata açıqlamasında M.Mard qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni razılaşma üzrə danışıqların bir neçə həftə sonra başlaması gözlənilir.\\Uzun müddətdir ki, Azərbaycan və Aİ arasında soyuq münasibətlərin olduğunu nəzərə alsaq, Brüssel görüşü münasibətlərin yoluna qoyulması baxımından əhəmiyyətli ola bilər. Lakin görüşdən sonra tərəflər arasındakı yaxınlaşmanın hansı həddə olacağı və münasibətlərin indiki səviyyəsinə gəlib çatmasına rəvac verən problemlərin (demokratiya, insan haqları, söz azadlığı, siyasi məhbus və s.) hansı formada həll olunacağı da sual yaradan məqamlardır.\\ \\“Ziddiyyətlər və\\qarşıdurmalar\\aradan qalxacaq”\\ \\Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyli “Cümhuriyət”ə bildirib ki, Avropa İttifaqı - Azərbaycan münasibətlərindən danışanda bir məsələni nəzərə almırıq. Bu da birliyin Nazirlər Şurası və Avropa Parlamenti və digər institutları ilə bağlıdır. E.Mirzəbəyli hesab edir ki, ikitərəfli münasibətlər normaldır: “Amma bu münasibətlərdə neqativ rol oynayan institut, əsasən, Avropa Parlamenti və Aİ-yə daxil olan ayrı-ayrı dövlətlərdir. Müvafiq təşkilatların verdikləri açıqlamalarda da müəyyən siyasi dairələrin təsirləri hiss olunur. Biz bu dairələrin davranışlarını Almaniya və Avstriyadan olan deputatların hərəkətlərində də görürük.\\Bu baxımdan birmənalı şəkildə Azərbaycan - Avopa İttifaqı münasibətlərinin “kəskin” olduğunu demək doğru olmazdı. Müəyyən dövrlərdə Azəbaycan rəsmilərinin Avropa İttifaqı komissarları ilə görüşləri keçirilib, Nazirlər Şurasından olan sədrlərlə təmasları olub. Tərəflər arasında enerji və enerji təhlükəsizliyi sahələrində əməkdaşlıq yüksək səviyyədədir. İqtisadi sahədə də ittifaq ölkələriylə Azərbaycanın çox yaxşı əlaqələri var”.\\BAXCP yetkilisi qeyd edib ki, Azərbaycan ilk günlərdən Aİ ilə münasibətləri manipuliyativ davranışlar üzərində qurmayıb: “Ermənistandan fərqli olaraq, assosiasiya sazişini imzalayacağını bəyan etməyib və bundan da yayınmayıb. Ermənistan isə sazişi imzalayacağını bildirdi, sonra bundan yayındı. Azərbaycan həmişə ikitərəfli münasibətlərdə maraqlı olduğunu bildirib. Bu, həmçinin Azərbaycanın digər beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlərlə olan münasibətlərində də özünü göstərir. Azərbaycan ikitərəfli və üçtərəfli formatlara daha çox önəm verir. Bu, da əməkdaşlığın daha perspektivli və ziddiyyətlərin daha az olmasıyla bağlıdır. Avropa İttifaqı ilə ikitərəfli saziş məsələsi də şübhəsiz ki, Azərbaycanın maraqlarını ifadə edir. Amma Avropa İttifaqının standart formatları və sazişləri var ki, bunlar maraqlarımıza uyğun deyil. Bu, Dağlıq Qarabağ münaqişəsi və ərazi bütövlüyümüzlə bağlıdır. İndiki şəraitdə sazişlər o istiqamətdə imzalanacaq ki, bu, həm Azərbaycanın, həm də Avropa İttifaqının ortaq maraqlarını ifadə edir. Müqavilədə hər iki tərəfin maraqlarını ifadə edən və tərəfləri biri-birinə daha da yaxınlaşdıran müddəalar yer alacaq ki, bu, gələcəkdə qarşıdurma və ziddiyyətlərin aradan qaldırılmasına imkan yaradacaq”.\\ \\“Arxayın olsaq ki, Rusiya\\bizi “ağ gün”ə çıxaracaq...”\\ \\“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Cümhuriyət”ə Azərbaycan üçün ən doğru seçimin Qərbə inteqrasiya olduğunu deyib. Z.Məmmədlinin sözlərinə görə, son proseslər göstərdi ki, Rusiya Azərbaycanın milli məsələlərinə cəsarətlə müdaxilələr edir: “Siyasi dairələrdə rus dilində danışan adamların çoxalması, insanlarımızın və məmurlarımızın biri-birləriylə rus dilində ünsiyyət qurmaları da bunu deməyə əsas verir. Rusiyaya meyllənmə hiss olunur. Avropa İttifaqı ilə zaman-zaman Azərbaycan arasında baş verən “soyuq müharibə”nin kökündə də bu durur. Rusiya Azərbaycan üçün çıxış yolu deyil. Nə qədər Avropa əleyhinə təbliğat aparılsa da istər texnoloji, istər ideoloji cəhətdən, o cümlədən yaxın qonşuluq siyasətinə görə, Azərbaycan üçün müsbət nümunədir. Azərbaycan Qərbə inteqrasiya xəttini davam etdirməlidir, çünki Rusiya heç bir halda problemlərimizi həll etməyəcək. Rusiya o dövlətdir ki, zaman-zaman Azərbaycanın parçalanmasında müstəsna xidmətləri olub. Əgər arxayın olsaq ki, Rusiya bizi “ağ gün”ə çıxaracaq, biz uduzacağıq və bizi “qara gün”ə salacaq. Rusiya bu gün də Azərbaycanın ərazi bütövlüyü üzərindən öz oyunlarını oynayır və işğalçı Ermənistanın yanındadır. Əgər biz üzümüzü Rusiyaya çevirsək, müstəqilliyimizi itirəcəyik. Çox istərdim ki, Brüsseldə keçirilən görüşdən sonra Avropa standartlarına uyğun Azərbaycan quraq, öz milli dəyərlərimizi saxlamaqla Avopa institutlarına doğru cəsarətli addımlar ataq. Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanda sivil cəmiyyətin qurulmasının açarı da bundadır”.\\Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları