Yuxarı

Qarabağa çəkilən “Lavrov səddi”

Qarabağa çəkilən “Lavrov səddi”

Üzeyir Cəfərov: “O və  onun təmsil olunduğu komanda Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur”Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı səsləndirdiyi fikirlər Azərbaycanda narazılıqla qarşılanıb. Bir müddət öncə mətbuat konfransı keçirən Lavrovun azərbaycanlı jurnalistin sualını cavablayarkən “Qarabağ Azərbaycanın daxili işi deyil” demişdi. Siyasi şərhçilər isə bildirdilər ki, Lavrov əslində bunu deməklə açıq şəkildə Rusiyanın mövqeyini göstərdi.  Rusiyalı nazir yenə Qarabağdan danışıb.Lavrov Avstriyanın "Profil" jurnalına müsahibəsində ATƏT-in bundan sonra da Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinə kömək edəcəyinə ümid bəslədiyini bildirib. “Ümid edirik ki, ATƏT bundan sonra da Dnestryanıda, habelə Dağlıq Qarabağda vəziyyətin nizama salınmasına dair danışıqlar prosesində fəal iştirak edəcək. Bu, ötən il Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda xüsusilə, vacibdir. Biz Cənubi Qafqazla bağlı Cenevrə müzakirələrinin konstruktiv şəkildə davam edəcəyinə də ümid bəsləyirik”. Sergey Lavrov bununla əslində nə demək istəyir?“Zaxarova dedi ki, danışıqlar mənasızdır”“Cümhuriyət” qəzetinə şərhində hərbi-siyasi ekspert Üzeyir Cəfərov deyib ki, Lavrovun təmsil etdiyi ölkə nə etmək istədiyini artıq qəti olaraq müəyyənləşdirib: “Ötən həftə də ənənəvi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ məsələsində ölkəsinin mövqeyini bir daha təsdiq etdi. O dedi ki, danışıqlar mənasızdır və Rusiya artıq Qarabağla bağlı mövqeyini müəyyənləşdirib. Rusiyanın çalışdığı odur ki, bu münaqişə maksimum uzadılsın, nəsillər dəyişilsin və Ermənistanın xeyrinə qərar versinlər. BMT-nin məlum 4 qətnaməsinə səs verən Rusiya indi o qətnamələrdən bir kəlmə danışmır. Əgər bu haqda danışılmırsa, demək ki, bunların məqsədi, məramı aydındır. Lavrov isə prinsip etibarıyla artıq dediyini deyib. İdman terminiylə desək, pas artıq Azərbaycan tərəfdədir. Azərbaycan çox passiv mövqe tutur. Lavrovunun əndrabadi açıqlamasından sonra biz nə Fransadan, nə də ABŞ-dan bir münasibət görmədik. Lavrov deyir ki, Rusiya Ermənistan Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcəyinə ümid bəsləyir. Bunlar hamısı hiyləgər, riyakardırlar. ATƏT sədri olan Avstriyanın xarici işlər naziri artıq Rusiyadan gələndən sonra “Dağlıq Qarabağ münaqişəsinin indiki məqamda həlli mümkün deyil” dedi. Bunlar hamısı oyun oynayırlar. Bu cür gedişlə biz Qarabağı itirəcəyik. Bu sözü çəkinmədən deyirəm”.Ekspert vurğulayıb ki, vasitəçilər üçün münaqişə ocaqları silah satmaq, qanunsuz işlər görmək üçün təlim meydançasıdır: “Əslində bunları məhkəməyə vermək lazımdır ki, üzərlərinə düşən vəzifəni yerinə yetirə bilməyiblər. Azərbaycan Cənubi Qafqazda separatçılığı dəstəkləyənlərə qarşı çox güclü təzminat davasıyla çıxış etməlidir. Bu illər ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması, Azərbaycana mənəvi itkilərlə yanaşı, həm də maddi itikilərə səbəb olub. Azərbaycan hesablamalıdır ki, 20 il ərzində işğal olunmuş rayon və şəhərlərdə nələr edə bilərdi? Yoxsa biz gözləyirik ki, Lavrov bunu deyəcək, ABŞ bunu edəcək. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın qarşısında duran ən böyük maneədir. Bunu dəfələrlə demişəm, bu gün də deyirəm. Rusiya Azərbaycanın əleyhinə işləyir. Sözdə Azərbaycanı dəstəkləsələr də əməldə hər zaman Ermənistanın yanındadırlar. Rusiya Cənubi Qafqazda artıq öz seçimini edib və bu yaxınlarda özləri də dedilər ki, Rusiyanın Cənubi Qafqazda ən çox etibar etdiyi, güvəndiyi ölkə Ermənistandır.Lavrov diplomatik dildə deyir ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyə Azərbaycana imkan verməyəcəyik. Lavrov və onun təmsil etdiyi komanda sırf Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur. Əgər onlar Dağlıq Qarabağ münaqişəsinin həllini istəsəydilər, bu problem artıq çoxdan öz həllini tapardı”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları