Yuxarı

Avropanın islam düşmənçiliyi:qazanan kim olacaq?

Avropanın islam düşmənçiliyi:qazanan kim olacaq?

Peyğəmbərin təhqir olunması siyasi partiyalara divident gətirməyəcək islamdusmenBu gün dünya düzəni beynəlxalq güclərin yürütdüyü siyasətlə idarə olunmasına baxmayaraq islam qorxusu, bu dinin daha geniş arenada qəbul olunması dini ayinlərlə yanaşı siyasiləri də bərk narahat edir. Bu üzdən zaman-zaman islamı gözdən salmaq üçün addımlar atılır. İslam dininin sonuncu peyğəmbəri həzrəti Məhəmmədi gözdən salmağa çalışırlar. Hətta islam dininin müqəddəs kitabı olan Qurani-Kərimə qarşı iyrənc kampaniya həyata keçirilir. Dəfələrlə bu kimi addımları atanlar öz layiqli cəzalarını alıblar. Qurani-Kərimi ayaqları altına alan bir amerikalı qısa zamandan sonra ayaqlarında yaranan xəstəlik üzündən öz həyatını əlil arabasında keçirməli oldu. Bu müqəddəs kitabı yandıranlar isə ya özləri yandı, ya da evləri. Bütün bu faktlar avropalı başbilənlərin gözündə kiçicik görünür. Onlar öz etdikləri çirkin əmməllərdən çəkinmir. Bu yaxınlarda isə Danimarkada  Məhəmməd peyğəmbəri təhqir edən karikatura sərgisi təşkil edilib. “Danimarkada islamı dayandır” (SİAD) adı verilən təşkilatın rəhbəri öz əməllərinə belə don geyindirib: “Sərgini təşkil etməkdə məqsəd İslamı təhqir edən karikaturaların xalqa təqdim edilməsidir”. Məsələnin mahiyyətinə baş vuranda əslində gizli məqamlar ortaya çıxır. Danimarka hökuməti əslində belə bir sərgidən xəbərsiz ola bilməz. Bu halda nədən bu sərginin keçirilməsinə  icazə verilir? Araşdırmalar zamanı məlum olur ki, Danimarka bu addımın atılmasında almanların böyük rolu olub. Danimarka cənubdan Almaniya ilə həmsərhəd ölkə olduğu üçün bu addımın reallaşmasında qonşuluq münasibətləri də mühüm rol oynayıb. Onu da qeyd edək ki, hələ 2012-ci ildə Danimarka Xalq Partiyasının gənclər təşkilatı öz yay düşərgəsində Məhəmməd peyğəmbərlə bağlı karikatura müsabiqəsi keçirib. Müsabiqə çərçivəsində keçirilən «şənlik»də iştirakçılar hazırladıqları səhnəcikdə Məhəmməd peyğəmbərin rolunu oynayıblar. Bu rolu oynayanlardan biri peyğəmbəri içkili terrorçu kimi təsvir edib. Tamaşanın süjeti belə qurulub ki, guya Məhəmməd peyğəmbər Danimarkanın paytaxtı Kopenhageni partlatmaq istəyir. Çıxışı zamanı «aktyor» İslam peyğəmbərinin ünvanına istehzalı və təhqiramiz ifadələrdən ibarət mahnı da oxuyub. 2012-ci ildə baş verən bu hadisəyə Danimarka ictimaiyyəti elə də böyük dəstək verməyib. O zaman çap olunan bir sıra KİV-lərin  əsas manşetlərində bu kampaniya boykot olunub. Danimarka parlamentində təmsil olunan bütün partiyaların gənclər təşkilatları Danimarka Xalq Partiyası ilə əlaqələrini kəsdiklərini bəyan ediblər. Danimarkalı ziyalılar Xalq Partiyasını irqçilikdə itiham edərək partiyanı məhkəməyə veriblər. Məhkəmə isə sözügedən partiyanı cərimələyib. Bugünkü durum heç də 2012-ci ildən fərqlənmir. Əslində yuxarıda qeyd etdiyimiz kimi bu ölkədə baş verən siyasi hadisələrin kökündə “nemes” barmağı var. Almaniyada millətçilərin həyata keçirdiyi bu kampaniyaya qoşulanlar azlıq təşkil edir. Bu baxımdan millətçilər qonşu ölkələrdə dəstək axtarışına çıxıblar. Danimarka Xalq Partiyası millətçilərə bu cür dəstək verməklə güclü maliyyə yardımı alıb. Hazırda hakimiyyətdə olan liberallara qarşı bu cür kampaniya ilə qalib gələcəyini düşünən Danimarka Xalq Partiyasının üzdə olan simaları hakimiyyətə gedən yolda Almaniya millətçilərinin dəstəyinə ciddi önəm verir. Bu baxımdan onların bir dediyini iki eləmirlər. Yeri gəlmişkən onu da qeyd edək ki, məhz Almaniya millətçilərinin təkidi ilə Danimarka  tədris assosiasiyası Məhəmməd peyğəmbərin ziddiyyətli karikaturalarının məktəb kitablarına daxil edilməsini istəyirdi. Ancaq bütün bunlara baxmayaraq təkliflər dəstək qazanmadı. Bütün bunların məntiqi sonluğu kimi onu demək olar ki, hazırda islama ciddi maraq, böyük axın olduğunu görən faşizmin son qalıqları islamı gözdən salmaqla Şərq-Qərb qarşıdurması yaratmaq istəyir. Eyni zamanda bu kimi addımların atılması müəyyən dividentlərə hesablanıb ki, bununda kökündə maddiyyat dayanır. Ancaq avropalı başbilənlər də çox gözəl bilir ki, istər İslam dini, istər Qurani-Kərim, istərsə də Məhəmməd peyğəmbər heç bir qarayaxmanı qəbul etmir. Və bunu edənlər gec tez öz layiqli cəzalarını alırlar. Ayxan    





Həftənin ən çox oxunanları