Yuxarı

İslam dünyasına liderlik savaşı

İslam dünyasına liderlik savaşı

Arzu Nağıyev: “Qərb Ərdoğanı müsəlman dünyasının rəhbəri kimi görmək istəyir”Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreyn səfəri zamanı etdiyi çıxışında müsəlman ölkələrinə çağırış edib.Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasını dəstəklədiklərini bildirərək, İranın işğalçılıq siyasətini sərt şəkildə tənqid edib.“Biz Suriyanın parçalanmasını istəmirik.Suriyanın parçalanması əleyhinəyik, amma bilin ki, kimlərsə həm Suriyanın, həm də İraqın parçalanmasını istəyir. İraqın bölünməsi işlərini aparanlar var. Orada məzhəb savaşı ilə yanaşı, eyni zamanda etnik savaş da var. Çünki orada da bir fars millətçiliyini ortaya atıblar. Bu fars millətçiliyi ilə də İraqı parçalamaq istəyirlər. Bunların qarşısını almağımızın vaxtı çatıb.Oxşar vəziyyət Suriyada da hökm sürür.Suriyada da bu yöndə gedən proseslərin qarşısını almaq lazımdır. Bunun üçün də təbii ki, Körfəz ölkələrinin - bizim üzərimizə düşən nə varsa, bunları birlikdə etməliyik . Çünki biz zülmə tamaşaçı qala bilmərik, qalmayacağıq”, - deyə Türkiyə prezidenti qeyd edib.İran - Türkiyə gərginliyinin nəticələriRəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Türkiyənin Suriya ilə sərhədlərindən başlayaraq İŞİD terror təşkilatının nəzarətində olan Raqqayadək olan bölgələrə nəzarəti təmin edəcəklərini açıqlamışdı.İran tərəfinin Ərdoğana cavabı sərt oldu, Türkiyəni Suriyanı işğal etməkdə, bu ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi.İran KİV-lərində Türkiyənin bu addımına qarşı İranın adekvat cavab verəcəyi məsələsini də gündəmə gətirdi.Nəticədə Ərdoğan belə bir bəyanatla müsəlman ölkələrini İranla mübarizəyə çağırdı.Region İrana qarşı çevrilirTürkiyə prezidentinin bəyanatının ehtimal olunan nəticələri doğuracağı gözləniləndir.İlk növbədə bu, Moskvada Rusiya, İran və Türkiyə arasında əldə olunmuş Suriya anlaşmasını poza bilər.Tərəflər Moskva görüşündə Suriyanın ərazi bütövlüyü saxlanılmaqla İŞİD və digər terror qruplaşmalarına qarşı birgə mübarizədə anlaşma əldə etmişdilər.Aparılacaq mübarizədə Bəşər Əsədin toxunulmazlığı məsələsi də öz əksini tapmışdı.İran son olaraq Türkiyəyə qarşı irəli sürdüyü ittihamla bu anlaşmanın pozulmasında ilk addımı atdı.Digər yandan Ərdoğanın region dövlətlərini və digər müsəlman ölkələrini İranla mübarizəyə çağırması da öz adekvat cavabını tapa bilər. Nəzərə alsaq ki, İranın bölgənin Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn kimi güc dövlətləriylə münasibətləri soyuqdur, eyni zamanda son zamanlarda İsrail və Türkiyə arasında istiləşən münasibətlər var, Ərdoğanın bu çağırışına böyük dəstək gələ bilər. Şübhəsiz ki, belə bir vəziyyətdə İranın həm Türkiyə, həm də digər regional dövlətlərlə münasibətləri kəskinləşəcək.Bunun da İranın Suriya və İraqdakı mövqelərində zəiflədəcəyi şəksizdir.Ərdoğan həmin dövlətlərə müraciət etdi ki, bu dövlətlər Suriyadakı savaşda müəyyən pay sahibi olan dövlətlərdir.ABŞ-dan Ərdoğana dəstəkABŞ-ın Ərdoğanın bu bəyanatını Türkiyənin Rusiya və İrandan uzaqlaşması kimi qəbul edəcəyi də gözardı edilməməlidir.Nəzərə alsaq ki, rus təyyarəsinin Suriyada türk hərbi düşərgəsini bombalamasından sonra Rusiya və Türkiyə münasibətlərində gərginlik elementləri görünməyə başlayıb, bu baxımdan Ərdoğanda ABŞ-dan dəstəyin gələcəyi gözləniləndir.ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeonun Ankaraya səfəri də təsadüfi deyildi.Vaşinqton FETÖ darbəsindən sonra pozulan ABŞ - Türkiyə münasibətlərini qaydasına salmaq üçün hərəkətə keçib.Belə bir vəziyyətdə də ABŞ regionda mövqelərini möhkəmlətmək üçün Rusiya və İrandan uzaqlaşan Türkiyəni tərəfinə çəkməyə çalışacaq.Hələlik Ərdoğan administrasiyasının Ağ Evin bu cəhdlərinə loyal münasibət sərgilədiyi görünür.“PKK İrandakı kürd icmasından yararlanır”Politoloq Arzu Nağıyev “Cümhuriyət” qəzetinə Türkiyə prezidentinin bəyanatının arxasında müəyyən məqamların olduğunu deyib. Politoloq hesab edir ki, bu, regionda yaranmış yeni situasiyadan xəbər verir: “Əvvəldən də məlum idi ki, Türkiyə və İran arasında ciddi münasibətlər ola bilməz. Baxmayaraq ki, Rusiya İran və Türkiyənin iştirakıyla koalisiyasının qurulmasına çalışırdı, lakin unutmaq lazım deyil ki, Türkiyə regionda NATO üzvü olan müsəlman dövlətidir.Həmçinin, Türkiyənin yaxın münasibətdə olduğu digər iri dövlətlər də var. Bunlardan biri Səudiyyə Ərəbistanıdır.Səudiyyə Ərəbistanı da İranla düşmən münasibətdədir.Eyni zamanda Türkiyənin İsrailə olan münasibəti aydındır.Həm hərbi, həm də iqtisadi baxımdan ikitərəfli tərəfdaşdırlar.İran da digər yandan çalışırdı ki, Rusiya və Türkiyə ilə koalisiyaya gedərək Suriya və İraqda öz xeyrinə olan addımlar atsın.Lakin bu niyyəti baş tutmadı və öz qoşununu geri çəkdi”.A.Nağıyevin sözlərinə görə, Donald Trampın prezident seçilməsiylə ABŞ İrana verdiyi mesajla bir daha Türkiyəni başa saldı ki, hərbi məsələlər dar çərçivədə həll olunmalıdır: “Bütün bunlara baxanda məlumdur ki, Ərdoğanın bəyanatı nəyə hesablanıb. Bu, eyni zamanda ilginc məqamlardan xəbər verir.İstər Qərb, istərsə də digər dövlətlər Türkiyə vasitəsilə müsəlman ölkələriylə əlaqələr qurmaq, Ərdoğanı müsəlman dünyasının rəhbəri kimi görmək istəyirlər.Türkiyə də regionda öz sözünü demək üçün özünün tərəfdaşı olan dövlətlərlə əlaqəli olmalıdır.Unutmaq lazım deyil ki, İran ərazisində böyük kürd icması var və PKK mütəmadi olaraq bundan istifadə edir. Bütün bunları nəzərə alaraq, Ərdoğan belə bir bəyanat verdi”.Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları