Yuxarı

İrana qarşı “Ərəb NATO-su”

İrana qarşı “Ərəb NATO-su”

Elxan Şahinoğlu: “Alyansın qurulması islam dünyasında qütbləşməni dərinləşdirə bilər”Əlməmməd Nuriyev: “Alyans qurulsa, bu, bölgədə müəyyən tarazlıq da yarada bilər”ABŞ və İran arasında gərginliyin artdığı vaxt rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə Tehrana qarşı hərbi alyansın yaradılmasını müzakirəyə çıxarıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, “The Wall Street” belə bir məlumat yayıb. Qəzetin yazdığına görə, alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniyanın qatılması istiqamətində danışıqlar aparılır. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşula biləcəkləri diqqətə çatdırılıb. NATO-da olduğu kimi yeni alyansda da üzvlərdən birinə hücum olarsa, bu, təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi qəbul ediləcək.İrana qarşı “Tramp planı”İranın nüvə başlığı daşıya bilən uzaqmənzilli ballistik raketlərini sınaqdan keçirməsi bu ölkəylə ABŞ arasında gərginlik yaratdı. ABŞ prezidenti Donald Tramp İranın odla oynadığını bildirdi. Hələ seçkiqabağı kampaniyada Tramp İrana qarşı fərqli taktika, fərqli mübarizə metodu seçəcəyini demişdi. Amerikalı mənbələr bu təklifin də məhz Trampdan gəldiyini bildirirlər. Qeyd olunur ki, Donald Tramp ərəb müttəfiqləriylə İrana qarşı hərbi koalisiya qurması barədə hərbi-siyasi dairələrə göstəriş verib. Plana görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və İordaniya alyansın prinsiplərinə uyğun olaraq İsrail və ABŞ-la kəşfiyyat sahəsində işbirliyi quracaqlar. Rusiyalı mənbələr bildirirlər ki, İsrail silah və digər yardımlar yox, məhz kəşfiyyat sahəsində ən peşəkarlardan olduğu üçün bu baxımdan alyansa yardım edəcək. ABŞ isə “ərəb NATO-su”na hərbi yardım verəcək. Mənbələr 50 min hərbi qüvvəsi olacaq alyansın müttəfiq ərəb dövlətləri və ABŞ-ın “İsraili ortaq müdafiə paktı” olmadığını deyirlər. Hesab olunur ki, bu sırf bölgə dövlətlərini təhdid edən İran və digər dövlətlərə qarşı mübarizənin bir və əsas hissəsidir.“Yaxın Şərq və islamda qütbləşməni dərinləşdirə bilər”Politoloq Elxan Şahinoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, ərəb dövlətləri uzun zamandır NATO-ya oxşar hərbi birlik yaratmaq istəyirdilər, lakin elan etsələr də bunu qura bilmirdilər. E.Şahinoğlu diqqətə çatdırıb ki, 40-dan çox ölkə bu alyansda iştirak etməliydi: “Amma görünən budur ki, bunu yaratmaq çətin olduğuna görə, daha az ölkəylə strateji tərəfdaşlar kiçik bir alyans yaratmaq istəyirlər. Bu baxımdan ABŞ-dan dəstək ala bilərlər. Çünki həmin dövlətlər alyans yaratmaq istəyirlər ki, bunlar ABŞ-ın tərəfdaşıdırlar, bölgədə Amerikanın maraqlarından çıxış edirlər. İnanmıram ki, bu, problemlərin həllini sürətləndirəcək. Aydındır ki, İran alyansda yer almayacaq. Çünki İran bu alyansı “sünni ittifaqı” kimi qəbul edəcək, digər yandan həmin ölkələri Amerikanın müttəfiqləri kimi dəyərləndirdiyi üçün də onunla heç bir əlaqəsi olmayacaq. Buna görə də bu alyansın qurulması islam dünyasında, Yaxın Şərqdə qütbləşməni daha da dərinləşdirə bilər. Əgər bu alyans İraq və Suriyada aktiv olsa, ən azından görünəcək ki, bunun terrorizmlə mübarizədə müsbət rolu var. Amma indi bu dövlətlər İraq və Suriya müharibələrində iştirak edə bilmirlər. Çünki bu savaşlarda məzhəb ayrı-seçkiliyi məsələləri böyük yer tutur. İraq və Suriyadakı rejimlər şiə məzhəbindəndir, onlara qarşı savaşanların bir hissəsi isə sünni mənşəlidirlər. Buna görə də alyans bu savaşlara qatılsa, məzhəbçilik daha da güclənəcək. Bəs, alyans hansı problemlərin həllində müsbət rol oynaya bilər? Elxan Şahinoğlu bu barədə ehtimal irəli sürməyin indiki məqamda mümkün olmadığını deyib: “Bu da sirr olaraq qalır. Əgər müharibələrdə ədaləti bərpa edə bilmirlərsə, o zaman da hansısa təhlükəsizlik məsələlərini həll etməli olacaqlar. ABŞ-ın dəstəyinə gəlincə, bunun hansı formada olacağını yaxın vaxtlarda biləcəyik. Donald Tramp hələ xarici siyasət prioritetlərini müəyyənləşdirməyib. Düzdür, müəyyən açıqlamalar verir, amma konkret hansı addımlar atacağını ortaya qoymayıb. Buna görə də Amerikanın alyansa hansı şəkildə dəstək verəcəyi naməlumdur”.Müsəlman dövlətləri arasında gərginlikPolitoloq Əliməmməd Nuriyev “Cümhuriyət” qəzetinə bu alyansın qurulmasının perspektivdə mümkün olmadığını deyib. Ə.Nuriyev hesab edir ki, ilk növbədə bu birliyi qurmaq istəyən dövlətlər arasında məzhəb ayrı-seçkiliyi var: “Digər yandan biri-birləriylə qarşıdurma vəziyyətində olan ayrı-ayrı dövlətlərlə yaxın münasibətlərə malikdirlər. Bu baxımdan bu alyansın qurulması mümkün olmaya bilər. Amma hansısa - maraqları üst-üstə düşən ərəb dövlətləri arasında mümkün ola bilər. Belə birliklər isə perspektivdə də məlumdur ki, proseslərə ciddi təsir edə bilmirlər. İraq və Suriyada baş verən proseslərə münasibətdə də qurulmuş bu kimi təşkilatlar səmərəsiz oldular.Düşünmürəm ki, xüsusilə də İrana qarşı ciddi bir alyans yaratmaq mümkün olsun. Çünki bu alyansı qurmaq istəyən islam dininin daşıyıcıları ayrı-ayrı məzhəblərə xidmət edirlər. İran həm Ərəbistan yarımadası, həm Suriya, həm İraq, həm Bəhreyn, həm də Livanda gedən proseslərlə ciddi təsir etmək imkanlarına sahibdir. Bu məsələləri nəzərə almaq lazımdır. Bu baxımdan alyansın qurulması müsəlman dövlətləri arasındakı gərginliyin daha da artmasına gətirib çıxara bilər. İran Yaxın Şərqdə baş verən proseslərdə açıq oynayan oyunçulardan biridir. Amma bu alyans qurulsa, bölgədə müəy-yən tarazlıq da yarada bilər. Lakin perspektivdə bunun qurulacağına inanmaq çətindir”.Mənsur





Həftənin ən çox oxunanları