Yuxarı

Rusiya çevriliş hazırlayıb

Rusiya çevriliş hazırlayıb

 Rusiya Monteneqroda dövlət çevrilişi hazırlayıb. Cebhe.info xəbər verir ki, bunu Monteneqronun xüsusi prokuroru Milivoy Kantiç deyib. Prokurur bildirib ki, Rusiya orqanları ölkədə dövlət çevrilişinə hazırlıqda iştirak ediblər.“TV Prva” kanalına açıqlamasında prokurur  “Bu hadisələrin arxasında milliyyətçi Rusiya strukturları dayanır. İndi isə bilirik ki, onların arxasında Rusiya dövlət orqanları durur” deyib. Prokuror bu açıqlamanı Britaniya mətbuatında keçmiş baş nazir Milo Cukanoviçə sui-qəsd və ölkədə dövlət çevrilişinə hazırlığın arxasında Rusiyanın dayanması barədə məlumatlar yayıldıqdan sonra verib. Katniç bununla belə bəyan edib ki, hələlik Montoneqroda Rusiyanın çevriliş hazırlığı ilə əlaqəsinə dair fakt yoxdur. Xatırladaq ki, ötən il 6 noyabrda Katniç Serbiya, Montoneqro və Rusiyadan olan bir qrup şəxsin ölkədə terrakt törətməyə hazırlaşdığını bəyan etmişdi. Onun fikrincə,təşkilatçı qismində rusiyalı millətçilər çıxış edir.  Qrup ölkədə baş naziri seçki yox, güc yolu ilə devrilməsinin tərəfdarı kimi çıxış edib. Ölkədə parlament seçkilərinin keçirildiyi 16 noyabrda isə 20 Serbiya vətəndaşı terakt hazırlığında ittiham edilərək həbs olunub.





Həftənin ən çox oxunanları