Yuxarı

Ssenarisi Moskvada yazılmış “referendum şousu”

Ssenarisi Moskvada  yazılmış “referendum şousu”

 Qondarma referendum ermənilərə nə verəcək?Üzeyir Cəfərov: “Ora gedən müşahidəçiləri Lapşin kimi “qara siyahı”ya salmaq lazımdır”Ramil Məmmədli: “Qarabağda gedən proseslərin ssenarisi Moskvada yazılıb”Separatçı rejimin Dağlıq Qarabağda referendum keçirmək cəhdi heç bir beynəlxalq hüquq normalarına cavab vermir. Ermənistanın özünün belə tanımadığı qondarma “DQR”-də keçirilən referendum hansı nəticələri doğura bilər?“Cümhuriyət” qəzetinə şərhində hərbi-ekspert Üzeyir Cəfərov deyib ki, referendum heç bir məsələni həll etməyəcək. Ü.Cəfərov həmçinin bildirib ki, Azərbaycan bu məsələdə ciddi işlər görməli və ermənilərə dəstək verənləri ifşa etməlidir: “Biz bu günə qədər ermənilər haqqında çox eşitmişik. Amma bunların bu qədər bədbəxt olmasını təsəvvürümüzə gətirmirdik. Görünən odur ki, bunlar həqiqətən də yazıq bir millətdir. Ermənilər ümumiyyətlə, niyə, nə üçün yaşadıqlarını anlamırlar. Bu necə dövlət, dövlətçilikdir ki, özləri bilə-bilə ki, onların havadarları ermənilərə sahib çıxmır, referendumun nəticələrinin qəbul edilməsinə dəstək gözləyirlər. Görünür, Ermənistanın çox ciddi problemi var. Referendum heç bir şeyi həll etməyəcək. Bu səsvermənin heç bir hüquqi, siyasi nəticəsi olmayacaq. Sadəcə olaraq Azərbaycan tərəfinin əsəbləri ilə oynayırlar. Avropa Parlamentinin, Rusiya, Boliviya kimi ölkələrin pulla ələ alınmış bəzi nümayəndələrini gətiriblər ki, güya referendumun nəticələrini tanıyacaqlar. Hesab edirəm ki, bu da heç bir məna kəsb etməyəcək. Amma bunları boş buraxmaq da olmaz. Çünki, sabah hansısa dövlət onlara siyasi dəstək verəcək. Prinsiplə bizə bu dəstəyi Fransa, Rusiya verir. Hesab edirəm ki, Azərbaycan bu məsələni ciddi şəkildə gündəmə gətirməli və onlara dəstək verənlərin siyahısı əldə olunmalıdır. Onlar da Lapşin kimi qara siyahıya salınmalı və Azərbaycanın dövlət sərhəddini qanunsuz pozmaqla bağlı məsuliyyətə cəlb edilməlidir. Biz məsələlərə sakit yanaşdıqca, onlar özbaşınalıq edirlər. Bunun qarşısını almağın yeganə yolu isə sərt, ciddi addımlar atmaqdır”.Hərbi-siyasi icmalçı Ramil Məmmədli də bildirib ki, Dağlıq Qarabağın ilhaq edilməsi və qondarma qurum kimi saxlanılması Ermənistanın Ter-Petrosyan hökumətinə heç vaxt lazım olmayıb: “Sadəcə, proseslərin axarı o zamankı İrəvanı bəzi məsələlərə razılaşmağa vadar etdi, və oyunun içinə soxdu. Azərbaycanın cəzalandırılması, Dağlıq Qarabağın alınması, sonradan fərdi qaydada silahlandırılaraq, gücləndirilməsi, daha sonra isə Qarabağdan olan ermənilərin İrəvanda hakimiyyətə gətirilməsinin ssenarisi Moskvada cızılıb. Həmin ssenariyə Rusiya rəhbərlik edir. Bunu 5-6 il əvvəl Ermənistanın keçmiş prezidenti, Dağlıq Qarabağdakı erməni separatçılarının lideri olmuş Robert Koçaryan öz müsahibəsində etiraf etmişdi. O açıq şəkildə bildirmişdi ki, Ter-Petrosyan hakimiyyəti Azərbaycanla birtərəfli sülh imzaladı, lakin biz xaricdəki dostlarımızın köməyi ilə müharibəni davam etdirdik. Bu "dost"lar isə Rusiyadır. Əslində Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləməklə Rusiya həm də Ermənistana təzyiq göstərmiş olur. Baxın, Dağlıq Qarabağ münaqişənin ilk illərində "Miatsum", yəni, birləşmək şüarı ilə aksiyalara başlamışdısa, sonradan həmin separatçılar qondarma müstəqil qurum yaratmaq iddiasına düşdülər. Bəs, “böyük Hayastan” ideyası nə oldu? Demək, bunlar hamısı Rusiyanın oyunudur və yeri gələndə Moskvada güclü erməni dövlətinin olmasını istəmir. Necə ki, Azərbaycanın güclənməsinə imkan verimir. Bir sözlə, qondarma qurumda keçirilən referendumu da, onun adının dəyişdirilməsi ideyasının da müəllifləri Moskvada oturublar. İrəvan isə burada heç nəyi həll etmir. Ona görə də Azərbaycan Rusiyanın Qafqazda mövqelərinin güclənməsinə imkan verməməlidir”.Vilayət Muxtar





Həftənin ən çox oxunanları