Yuxarı

Azərbaycanlı milyarderə Putin səddi

Azərbaycanlı milyarderə Putin səddi

Son günlər Rusiyada fəaliyyət göstərən iş adamlarının (milyarderlərin) öz bizneslərini digər ölkələrə, əsasən Türkiyəyə daşımağa başlaması haqqında informasiyalar yayılır. Buna səbəb kimi isə Rusiyaya tətbiq olunan sanksiyalar və bu ölkədə biznesin daha əvvəlki kimi gəlir gətirməməsi göstərilir.Son olaraq isə azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun Rusiya ərazisindəki yanacaqdoldurma məntəqələrinin satışa çıxarılacağı haqqında məlumatlar yayıldı. Məlumatlarda həmçinin göstərilirdi ki, Vahid Ələkbərov satdığı yanacaqdoldurma məntəqələrinin əvəzində Türkiyədə yenilərini alacaq.Ancaq Vahid Ələkbərovun Rusiya prezidenti Vladimir Putinlə görüşü ilə yayılan informasiyaları təkzib etdi.“Lukoyl” şirkətinin rəhbəri deyib ki, “bizim bütün yanacaqdoldurma stansiyalarını satacağımıza dair informasiya yayılıb.10 illik inkişaf strategiyamızı nəzərə alaraq bunu qəbul etmədik”. Ələkbərovun məsələyə aydınlıq gətirməsindən sonra “Lukoyl”un hələ uzun müddət Rusiyada fəaliyyət göstərəcəyi məlum olub. Ancaq yayılan informasiyaların tamamilə həqiqətdən uzaq olduğunu iddia etmək də düzgün deyil.Belə bir sual yaranır ki, Vahid Ələkbərov niyə məhz Putinlə görüşündən sonra yayılan informasiyaları təkzib etdi?İnformasiyalar uzun zamandır ki, medianın gündəmində yer alır.V.Ələkbərov özü və ya “Lukoyl” şirkəti bu məsələ ilə bağlı informasiyaların yayıldığı zaman da açıqlama verə və məlumatların doğru olmadığını bəyan edə bilərdi.Ancaq etmədilər.Ehtimal olunur ki, Vahid Ələkbərov Putinlə görüşündən sonra müəyyən məsələlərə aydınlıq gətirilib.Ələkbərovu narazı salan bir sıra məqamların həll olunacağı ilə bağlı Rusiya prezidentindən təminat alıb.Buna görə də V.Ələkbərov öz biznesini Rusiyada saxlamağa qərar verib.Yəni, Putin “Lukoyl” şirkətinin Rusiyadan çıxmaması üçün Ələkbərovu razı sala bilib.Nəzərə alsaq ki, “Lukoyl” kifayət qədər böyük və ciddi kapitala malik şirkətdir.Uzun illərdir bazarda olan bir şirkəti Rusiya kimi supergüc dövlət də gözdən çıxara bilməyib. Rusiyanın son zamanlar düşdüyü vəziyyəti nəzərə alsaq əslində gedən proses, razılaşmalar başa düşüləndir. Nəzərə alsaq ki, Rusiya 2 ildən artıqdır sanksiyalarla üz-üzədir, bu da supergücün maliyyə problemlərilə üzləşməsini zəruri edib.Son statistik məlumatlara görə Rusiya artıq son ehtiyat fondunda (qızıl ehtiyatı) olan vəsaitin də təxminən 35-40 faizini xərcləyib.Təkcə bu məlumatın özü gedən prosesləri açıq şəkildə görməyə imkan verir.Hər bir halda Putin Ələkbərovu Rusiyada saxlamaqda razı salmaqla ölkə iqtisadiyyatının tamamilə çökməsinin qarşısını almağa çalışıb. Rusiya prezidentinin təkcə Vahid Ələkbərovla deyil, ölkə ərazisində fəaliyyət göstərən digər iri şirkət rəhbərlərini də ölkədə qalmağa razı saldığı istisna deyil.Əks halda, bu cür dərin böhran vəziyyətində iri şirkətlər fəaliyyətini donduraraq zərərdən xilas olmaq haqqında düşünürlər.Ancaq, Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi iqtisadi sanksiyalara, rublun kəskin ucuzlaşmasına rəğmən hələ də bir çox iri şirkətlər öz fəaliyyətini davam etdirir. Qeyd edək ki, fəaliyyətini davam edən iri şirkətlərin rəhbərləri Putinə yaxınlığı ilə tanınan iş adamlarıdır. Bu da onları Rusiyada saxlamaq üçün Putinin əlini gücləndirən əsas faktor hesab olunur. Vilayət Muxtar





Həftənin ən çox oxunanları