Yuxarı

“Müharibə hər an başlaya bilər”

“Müharibə hər an başlaya bilər”

Şimali Koreya ilə bağlı münaqişə istənilən zaman yarana bilər. Cebhe.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ “The South China Morning Post"a müsahibəsində deyib. "Son zamanlar sınaqlar artıb. Belə təəssürat yaranır ki, münaqişə istənilən zaman başlaya bilər. Əgər müharibə olsa, hamı uduzacaq. Ondan qalib çıxmaq mümkün deyil",- deyə nazir vurğulayıb. Həmçinin bildirib ki, müharibəni başlayacaq adam üzərinə tarixi məsuliyyət götürəcək və əvəzini ödəməli olacaq. Qeyd edək ki, son günlər Koreya yarmadasında yaranan vəziyyət hərbi münaqişə ehtimalını artırır. Xüsusilə Şimali Koreyanın daha bir nüvə sınağı keçirməyə hazırlaşdığını bəyan etməsi qarşıdurma ehtimalını artırıb. Xəzər  





Həftənin ən çox oxunanları