Yuxarı

Ərdoğanın prezidentliyinə təhlükə

Ərdoğanın prezidentliyinə təhlükə

Natiq Miri: “Əgər barışdırıcı siyasət yürüdülməsə, 2019-cı ildə onun yenidən prezident seçilməsi mümkün olmayacaq” Türkiyədə keçirilən referendumda çıxan nəticə ciddi kataklizmlərin əsasını qoya bilər. Məsələ burasındadır ki, “evet”çilər cüzi üstünlükə qalib gəliblər. Yeni dəyişikliyə “yox” deyənlərin də səsi az deyil. Türk siyasi  şərhçiləri hesab edirlər ki, dəyişikliklərə yox deyənlərin toplumun təqribən yarısını əhatə etməsi Ərdoğan iqtidarı üçün çətin dönəmin başlandığını  göstərir. Ancaq hər bir halda Ədalət və İnkişaf Partiyası (AKP) dəyişiklərə nail oldu və artıq Türkiyə prezident üsul-idarəsinə keçid etdi. Təbii ki, bu məsələdə Milliyyətçi Hərəkat Partiyasının (MHP) da müəyyən qədər rolu var. Ancaq siyasi şərhçilər hesab edirdər ki,  bu səsvermədə uduzan tərəf də məhz MHP oldu. Ümumiyyətlə, Türkiyənin siyasi səhnəsində ciddi proseslər gedir və yeni üsulun tətbiqi müəyyən qədər çətin olacaq. Ən azından ikin görüntü bunu deməyə imkan verir. Ekspertlər hesab edirlər ki, Ərdoğan islahatları davam etdirmək üçün  “yox” deyənləri öz tərəfinə çəkməlidir. Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində deyib ki, referendumun nəticələri Ərdoğan hakimiyyəti üçün məcburi vəziyyət yaradıb: “Yox”çuların  böyük əksəriyyəti İran, İraq və Suriya ilə həmsərhəd olan kürdlərin yaşadığı əyalətlərdədir. Bu da onu göstərir ki, “yox”çular Türkiyəyə qarşı olan güc mərkəzlərinin təzyiq vasitəsinə çevrilə bilərlər. Bununla da Türkiyənin təhlükəsizliyinə müəyyən qədər təhdid yarada bilərlər. Ona görə də Ərdoğan barışdırıcı siyasət aparmalıdır. Türkiyə toplumu mütləq mənada birləşməlidir. Əgər Türkiyə hakimiyyəti  daxildə güclü olarsa, xaricdə də güclü olacaq”. Səs faizlərinin gözləniləndən az olmasına toxunan politoloq hesab edir ki, AKP-nin referendumda MHP ilə birgə çox aşağı səs alması CHP-nin güclənəcəyi anlamına gəlmir: “Referendum digər seçkilərdən tamamilə fərqlənir. Toplum birdən-birə uzun illər davam edən siyasi sistemi dəyişməkdə tərəddüd etdi. “Yox”çuların təbliğat kampaniyası effektli oldu. İndidən 2019-cı ilə yönəlik hansısa fərziyyələr irəli sürmək doğru deyil. Növbəti seçkilərin nəticələri Ərdoğanın bu müddət ərzində yürütdüyü siyasətdən asılı olacaq. Əgər barışdırıcı  siyasət yürüdülməsə, 2019-cı ildə Ərdoğanın yenidən prezident seçilməsi mümkün olmayacaq”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları