Cümşüd Nuriyev: “Əgər ətraf rayonların ikisi azad olunsa, bu, Ermənistanın məhvi demək olacaq” Ermənistanın Hüquq və Siyasət İnstitutunun direktoru Larisa Alaverdyan Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı ilginc iddia ilə çıxış edib. “Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, politoloq Azərbaycanın bu quruma üzv olması qarşılığında Dağlıq Qarabağ münaqişəsi şərt kimi irəli sürülə bilməz. O, hesab edir ki, Azərbaycan bu ittifaqa üzv olsa belə, Qarabağı geri qaytara bilməyəcək. “Azərbaycan Ermənistanın da daxil olduğu bir sıra siyasi təşkilatların üzvüdür. Məsələn, BMT, MDB və s. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bunun üçün maneə deyil. Bir inteqrasiya strukturunda iki münaqişə edən dövlətin mövcudluğu malların, kapitalın, xidmətlərin və işçi qüvvəsinin azad hərəkəti üçün maneə ola bilməz. Azərbaycanın Avrasiya İttifaqına daxil olması o demək deyil ki, Rusiya Ermənistanın maraqlarını qurban verəcək və Qarabağdakı indiki status-kvo dəyişəcək”, deyə Alaverdiyan qeyd edib. Ermənilərdən sərsəm iddialar Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bir neçə gün əvvəl Azərbaycanın Avrasiya İttifaqında iştirak etmək arzusunu yalnız alqışlayacaqlarını bildirib. Lavrovun bu bəyanatı Ermənistanda narahatlıqla qarşılanıb. Erməni mənbələrin iddialarına görə, Kreml rəsmi Bakının Dağlıq Qarabağın Azərbaycana qaytarılması şərti ilə Avrasiya İttifaqına üzv olmaq təklifinə razılıq verib. Yəni, Azərbaycanın Avrasiya İttifaqına daxil olması, Rusiyanın təzyiqi altında erməni tərəfindən ərazi güzəştlərinə əvəz olaraq baş verəcək. Azərbaycanın aprelin 16-da hərbi təlimlərə başladığını bununla əlaqələndirən erməni mənbələr iddia edirlər ki, Azərbaycan maneəsiz “ildırımsürətli müharibə planı” ilə işğal altında olan torpaqları götürərək, Moskva ilə ittifaqa üzvlük danışıqlarına başlayacaq. Ermənilər bununla bağlı Azərbaycan və Rusiya arasında anlaşmanın olduğunu da diqqətə çatdırırlar. Azərbaycanın üzvlük şərti Ekspertlər hesab edirlər ki, əgər Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı danışıqlar başlayıbsa, Dağlıq Qarabağ baxımından ermənilərin narahatlıqlarına əsas var. Belə ki, hələ bu qurum təsis olanda rəsmi Bakı bura üzvlüklə bağlı öz rəsmi mövqeyini açıqlamışdı. Azərbaycanın mövqeyinə görə, Ermənistan ordusu işğal altında saxladığı ərazilərdən öz hərbi birləşmələrini geri çəkmədən Azərbaycanın bu ittifaqa üzvlüyü məsələsi müzakirə predmeti olmayacaq. Dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov bir neçə dəfə bununla bağlı açıqlama verib. Erməni tərəfinin iddiasına gəlincə, hesab etmək olar ki, əgər Dağlıq Qarabağ geri qaytarılmayacaqsa, rəsmi Bakı heç vaxt bu ittifaqa üzvlüyə razı olaraq işğal prosesi davam etdiyi müddət ərzində Aİ-nin nizamnaməsi və tələblərinə uyğun olaraq Azərbaycanın sərhədlərini Ermənistana açmayacaq. Erməni diplomatların bəyanatları sadəcə ehtimallar və Rusiyanın son zamanlarda Azərbaycanla loyal münasibətlərindən yaranan şübhələr üzərində qurulub. Şübhəsiz ki, Moskva heç bir halda belə bir şərti irəli sürərək Azərbaycanı özündən uzaqlaşdırmaz. Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı Rusiya qarşısında bir sıra şərtlərin olduğuna şübhə yoxdur. Həmin şərtlərdən birincisinin Dağlıq Qarabağın geri qaytarılmasıyla bağlı olduğu da şəksizdir. Bu sadəcə, tərəflərin eyni anda maraqlarının təmin olunması məsələsidir ki, bunun böyük ölçüdə yaxın zamanlarda həll olunacağını demək problematikdir. Hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində dalana dirənən cəhdlər Azərbaycana seçim şansı vermir. “Bu, Ermənistanı məhv edəcək” Politoloq Cümşüd Nuriyev “Cümhuriyət” qəzetinə bildirib ki, ermənilərin bu iddiaları kökündən yanlışdır. Politoloq hesab edir ki, ermənilərin özləri də Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı şərtlərinin olduğunu bilirlər: “Ən azı bunun üçün ətraf rayonlar azad olunmalıdır. Əgər ətraf rayonların ikisi azad olunsa, bu, Ermənistanın məhvi demək olacaq. Qəsdən informasiya müharibəsi aparmaq üçün bu məsələni gündəmə gətiriblər. Adətən, belə cəhdlər bumeranq effekti verir. Çalışırlar ki, Azərbaycanda da bu fikir yaransın və biz Avrasiya İttifaqına üzvlükdən yayınaq. Bu günədək Ermənistan bu qurumda heç nə əldə edə bilməyib, çünki Azərbaycanın orada güclü ortaqları var. Azərbaycanla güclü münasibətləri olan Belarus və Qazaxıstan bu birlikdə söz sahibidir. Rusiya da çətin vəziyyətə düşüb. Rus kəşfiyyatına məlum olub ki, ABŞ Ermənistanda gizli laboratoriyalar qurub. Bu laboratoriyalardan biri Rusiyanın hərbi bazasının olduğu Gümrüdə və biri də İrəvan yaxınlığında yerləşir. Yəni, Rusiya başa düşüb ki, yenə də Ermənistan öz ampulasındadır və istənilən vaxt rusları sata bilər”. Heydər Əliyevin Qarabağ şərti Cümşüd Nuriyev qeyd edib ki, xüsusi şərtlərin yerinə yetirilməsiylə Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü bizə heç bir ziyan gətirməz: “Azərbaycanın şərtləri qəbul olunsa, bura üzv olmaq mümkündür və bu, bizə müsbət xallar qazandıra bilər. Mərhum prezident Heydər Əliyev dönəmində Azərbaycan o şərti irəli sürdü ki, əgər 5 il ərzində Dağlıq Qarabağ geri qaytarılmasa, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacaq. Belə də oldu, 1999-cu ildə münaqişə həll olunmadığı üçün Azərbaycan avtomatik olaraq KTMT-dən çıxdı. İndi də belə bir şərtlə quruma daxil ola bilərik. Ermənistan da başa düşür ki, Azərbaycanın belə bir siyasi gedişi ola bilər. Ona görə də əks təbliğat aparırlar ki, bu fikrimizdən daşınaq”. Mənsur Rəğbətoğlu
- Ana səhifə
- Dünya
- Ermənistandan Rusiyaya Qarabağ təpkisi
Ermənistandan Rusiyaya Qarabağ təpkisi
Bu bölmədən digər xəbərlər
- Tanınmış astroloq: "2021-ci ildə müharibə və devalvasiya olacağı…” Tarix 24 Dekabr, 04:21
- Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq? Tarix 26 Noyabr, 08:05
- Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək? Tarix 3 Sentyabr, 14:52
- Tarixi dönüş: "Rus NATO-su"na təhlükə: Qurumun taleyi Minskdə həll olunur Tarix 22 Avqust, 18:36
- Tehran üçün sürpriz: İran "qara zolaq”dan çıxır? Tarix 22 Avqust, 18:35
- CHP "incə-incə" parçalanır? Tarix 11 Avqust, 21:48
- Virusdan asılı seçki: Trampı ancaq peyvənd xilas edə bilər Tarix 6 Avqust, 15:44
- Terror siyasəti: İran "əkdiyini biçir” Tarix 28 İyul, 00:13
- Böyük ticarət savaşı: Virus kimi qalib edəcək? Tarix 18 İyul, 21:51
- Neft Fondunun aktivləri azalır: Büdcə necə formalaşacaq? Tarix 12 İyul, 23:12
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi