Yuxarı

Ermənistan bazarında Azərbaycan məhsulu

Ermənistan bazarında Azərbaycan məhsulu

"Ermənistan bazarında ölkəyə qeyri-qanuni yollarla  idxal  edilmiş Azərbaycan alması aşkar  edilib. Hazırda  məsələyə aidiyyatı olan şəxsin aşkar edilməsi üzrə tədbirlər görülür”.

Cebhe.info-nun məlumatına görə, bu açıqlamanı Ermənistan Milli Təhlükəsizlik Xidməti  yayıb.  

Məsələ ilə bağlı "Azadlıq” radiosunun erməni bürosunun sualına cavab olaraq MTX-dən bildirilib ki, adıçəkilən təşkilatın müvafiq bölmələri  Ermənistanın müvafiq strukturlarından olan  rəsmi şəxslərin  Azərbaycandan ölkə ərazisinə qeyri-qanuni alma  gətirilməsində mümkün iştirakı ehtimalını öyrənmək üçün yoxlamalar aparır.   

"Bu tədbirlərin nəticəsində  xüsusilə idxalı həyata keçirmiş şəxslərin  əhatə dairəsi  haqqında mümkün məlumatlar əldə edilib. İlkin məlumatlara görə, məhsulun gətirilməsi qanunsuz yollarla baş verib.  Hazırda  bu işlə bağlı olan digər şəxsləri müəyyənləşdirmək  və bütün halların araşdırılması üçün  fəaliyyət  aparılır”-Ermənistan MTX-in açıqlamasında belə deyilir. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları