Yuxarı

Türkiyədən yeni Gülən "həmləsi”

Türkiyədən yeni Gülən

Natiq Miri: "Güləni üçüncü ölkəyə transfer edə bilərlər”

Türkiyə rəhbərliyi ölkə üçün ciddi problemə çevrilmiş FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin qaytarılması ilə bağlı yenidən ABŞ-la müzakirələrə başlayıb.Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülənin qaytarılması və müvəqqəti həbs olunmasını müzakirə etmək üçün xüsusi təyyarə ilə ABŞ-a gedib.Bozdağ mayın 8-də ABŞ-ın ədliyyə naziri Jeff Sessionsla görüşəcək. Mediada yer alan xəbərlərə görə görüşdə FETÖ rəhbərinin qaytarılmasına dair ABŞ-a göndərilən dörd ayrı qovluq haqqında söhbət aparılacaq. 

Bununla nazir Bozdağ 15 iyul çevriliş cəhdinin arxasında Gülənin olduğuna dair yeni dəlilləri də təqdim edəcək.

Siyasi-şərhçi Natiq Miri Bəkir Bozdağın ABŞ-a səfərini "Cümhuriyət” qəzetinə şərh edərkən deyib ki, Gülənin qaytarılması indiki durumda real görünmür. Onun sözlərinə görə, ABŞ bu məsələni hüquqi müstəviyə daşımaqla Fətullah Güləni qaytarmayacaq: "Çünki, Türkiyə hüquqi çərçivədə bütün dəlilləri Obama dönəmində də ABŞ-a vermişdi. Bu gün yeni dəlillər, sübutlar Tramp administrasiyasına təqdim olunub.Hüquqi çərçivədə Gülənin Türkiyəyə qaytarılması mümkündür.Ancaq ABŞ Güləni Türkiyəyə qaytarmaq istəyirmi?Hesab edirəm ki, əsas problem də məhz bundadır.Çünki, bu məsələ hüquqi çərçivəyə daşınsa da verilən qərar hüquqi deyil, siyasidir.Ona görə də düşünürəm ki, bu məsələdə həm siyasi, həm geosiyasi, həm də kəşfiyyat baxımından ABŞ-ın maraqları önə çəkilir.Bu baxımdan da Gülənin Türkiyəyə verilməsi çətinləşir. Ona görə də düşünürəm ki, həm Bozdağın, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı ilə keçirəcəyi görüşdə Gülən məsələsi ciddi şəkildə müzakirə olunacaq. Ancaq ortada ciddi bir nəticənin olacağı inandırıcı deyil.

Çünki, ortada Trampın verə biləcəyi konkret bir qərar yoxdur. Yeganə cavab bu ola bilər ki, ABŞ hüquqi bir dövlətdir və Gülənin qaytarılması da məhz hüquqi baxımdan verilməlidir. Bunun üçün mütləq mənada ciddi araşdırma aparılmalı və bu məsələyə ABŞ məhkəməsi qərar verməlidir.Bu da çox uzun prosedurdur.Və bu prosedur uzandıqca təbii ki, Gülən ABŞ-da qalmaqda davam edəcək”.

Politoloq hesab edir ki, Fətullah Gülən kimi bir fiqurun Türkiyəyə qaytarılması ABŞ-ın dövlət imicinə zərər vuracaq:

"Çünki, Gülən qlobal bir prosesi yürüdə biləcək kəşfiyyat ünsürüdür. Gülən Türkiyə ilə bağlı məsələlərdə təkcə ABŞ-a bağlı fiqur deyil.ABŞ-ın mərkəzi kəşfiyyat idarəsinin layihələrini bilavasitə digər ölkələrdə həyata keçirən şəxsdir.Ona görə də Gülən kimi bir şəxsin asanlıqla Türkiyəyə verilməsini düşünmək sadəlövhlük olardı.Düşünürəm ki, ABŞ Güləni ən yaxşı halda üçüncü bir dövlətə ekstradisiya edə bilər.ABŞ və Türkiyə arasında yaşanan gərginliyi aradan qaldırmaq üçün Güləni üçüncü, əsasən də Kanada kimi bir ölkəyə transfer edə bilərlər.Bir müddət sonra Gülən yenə də məxfi yollarla ABŞ-a qaytarıla bilər.Düşünürəm ki, ən mümkün variantlardan biri də məhz budur”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları