Yuxarı

Rusiyadan Azərbaycana xəstəlik gəlir

Rusiyadan Azərbaycana xəstəlik gəlir

Adil Qeybulla: "İstənilən infeksiyanın Azərbaycana daşınması mümkündür” 

Rusiyanın doqquz regionunda "quş qripi"nə yoluxmuş məhsul aşkarlanıb."Rosselxoznadzor" Rusiyanın doqquz regionunda hinduşka istehsal edən "Evrodon" şirkətinin məhsullarının "quş qripi"nə yoluxması faktını aşkarlayıb. Araşdırma nəticəsində Rusiyanın 9 subyektində - Kirov, Moskva, Rostov, Voronej vilayətlərində, Udmurtiya, Tatarıstan, Başqırdıstan respublikalarında, Krasnodar və Primorsk diyarında "quş qripi" ilə bağlı müsbət nəticələr əldə olunub. Aşkar edilən məhsullar ləğv olunmalıdır", - "Rosselxoznadzor"un bəyanatında deyilir.

"Sərhəd zonalarında nəzarət gücləndirilməlidir”

Azərbaycan üçün təhlükə nə qədər real görünür?

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Cümhuriyət” qəzetinə bildirib ki, H5N1 virusu (Quş qripi) quşların bütün növlərində müşahidə ola bilən yoluxucu xəstəlikdir:

"Virus asanlıqla insandan insana keçə bilir. Virusun asanlıqla insandan insana keçməsi bütün cəmiyyəti əhatə edən epidemiyaya gətirib çıxaran zəncirvarı davamlı yoluxma kimi öz fəsadını verə bilər.Bu mənada qorxu və təhlükə qalır.Azərbaycan Rusiya ilə sərhəddir.Milyonlarla azərbaycanlı Rusiyada yaşayır, gedib-gəlir.Belə bir şəraitdə istənilən infeksiyanın Azərbaycana daşınması mümkündür.Bu baxımdan sərhəd zonalarda nəzarət gücləndirilməlidir və bununla bağlı konkret tədbirlərin görülməsi vacibdir.

Adətən, bu cür infeksiyalar inkişaf edəndə Ümumdünya Səhiyyə Təşkilatı konkret tövsiyyələri və mexanizmləri var ki, infeksiya həmin yerdə lokallaşdırılır və yayılmasının qarşısı alınsın.Çox güman ki, müvafiq strukturlar bununla bağlı qabaqlayıcı tədbirlər görər.Amma bu infeksiyanın Rusiyadan kənara daşınması ehtimalı qalır.Bu baxımdan da düşünürəm ki, Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməlidir”.

Rəsmi məlumatlara əsasən Rusiyadan Azərbaycana quş əti, yumurta idxal olunmur. Amma məlumatlar var ki, Rusiyadan Azərbaycana toyuğun iç piyi idxal olunur ki, bu da kolbasa-sosiska istehsalında istifadə olunur... 

Professor qeyd edib ki, Rusiyadan gətirilən quş ətinin Azərbaycan tərəfindən istehlakına məhdudiyyətlər qoyula bilər:

"Söhbət Rusiyadan idxal olunan başqa məhsulların Azərbaycana daşınmasından gedir. Virus həyatın qeyri-hüceyrəvi formasıdır. O regenerasiya edərək xassəsini dəyişir və dərmanların bəzən effekti olmur. Viruslar bu xassələrinə görə daim dəyişirlər. Bu baxımdan biz arxayın ola bilmərik ki, dövlət bu işə tam nəzarət göstərir”.

Cebhe.info





Həftənin ən çox oxunanları