Yuxarı

"Rusiyada hakimiyyət dəyişir”

Çexiyanın  məşhur "Lidovky”  nəşri  Rusiyada 2018-ci ildə hakimiyyət dəyişikliyinin baş verəcəyi  barədə məqalə dərc  edib.  "Kremldə hakimiyyət dəyişir” başlıqlı məqalə Kremlin siyasi dəhlizlərindən alınmış informasiyalar  və rusiyalı politoloqların rəyi əsasında hazırlanıb.  

Cebhe.info xəbər verir ki, "O Sezardır” deyə Rusiyanın "The New Times” qəzetinin əməkdaşı  İvan Davıdov  prezident Vladimir Putin haqqında belə yazır. İvan Davıdov hazırda Kremldə yaranmış vəziyyət barədə birbaşa Prezident Administrasiyasındakı  şəxslərdən məlumat alıb. 

"Gələn ilin mart ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, Putin konstitusiyaya riayət etmək istəyirsə, dövlət başçısı kimi sonu  olmalıdır və  onun mühiti hər kəsi daha çox əsəbiləşdirir. Rusiyanın hazırkı rejimindən narazı olan vətəndaş etirazları   Rusiya siyasətinin yuxarı eşalonunda da vəzyyəti közərdib.  Putinə inamlı qələbəni təmin etmək üçün  kifayət qədər seçici cəlb edən və hakim klana davamlı  gəlir gətirən kadrlar tələb olunur.

Moskva Dövlət  Politologiya Universitetinin professoru Valeri Soloveyin sözlərinə görə, ən həlledici qərarları Putin özü verir: "Hətta ən yaxın dostları belə prezidentə təsir edə bilmir”-ekspert belə deyir. 

O həmçinin qeyd edir ki, bu gün ən yüksək səviyyədə qərarın qəbul olunması üçün heç bir qayda yoxdur: "Məsələn, Krımın ilhaqı ilə bağlı qərarı ölkənin rəsmi siyasi elitası qəbul etməyib.  Yalnız Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin iştirakı ilə qəbul olunub”. 

Soloveyin sözlərinə görə, Putinin ətrafında dostlarından və qeyri-rəsmi müşavirlərindən ibarət şəxsi siyasi bürosu var. Çox vaxt bu adamlar Rusiyanın iqtisadi, hətta siyasi strategiyasına prinsipial təsir göstərir. Bəzən Putinin ətrafında böyük  çoxluq təşkil edən xüsusi xidmət zabitləri üstünlüyə malik olur. Putinə Qərblə qarşıdurmaya getməmək və ölkəni izolyasiya vəziyyətinə salmamağı anlatmaqdansa, Ukraynadakı hadisələrə qarışmaqla xüsusi xidmət orqanlarının biznesi qalib gəldi”.

Məqalədə Putinin 12 ən etibarlı müşavirinin olduğu və əhəmiyyətli qərarın qəbulunda prezidentin onlara güvəndiyi vurğulanır.  

Lakin hazırda daxili siyasi səhnədə prezident seçkilərində uğur məsələsi birinci yerdədir. Hələlik qeyri-rəsmi seçki qərargahı formalaşır. Güc orqanları, siyasi, texniki və sahibkarlar qanadından ibarət müxtəlif qruplar mümkün qədər uğur əldə etməyə çalışır ki, vaxtında ən sərfəli başlanğıc mövqe tuta bilsin. Çünki kadr məsələlərin həlli ilə bağlı ən vacib qərarlar Kremldə qəbul olunur, parlamentin yanında məşvərətçi səs belə yoxdur, partiya sistemi isə ümumiyyətlə, mövcud deyil. Putin yalnız öz müşavirlərini dinləyərək hər şeyi özü həll edir. Doğrudur, hər dəfə müxtəlif cür alındığından praktiki olaraq, heç nəyi proqnozlaşdırmaq olmaz. 

"Rusiya hakimiyyəti  piramidasının zirvəsi hətta ən təcrübəli "Kremlşünaslar” üçün də dumanlı olaraq qalır. Bizim prezident başqa ərazini ilhaq etməzdən, dənizə ordu göndərməzdən əvvəl kiminlə məsləhətləşir, ümumiyyətlə məsləhətləşirmi?”-Davıdov belə deyir.

Məsələ yalnız onda deyil ki, Rusiyaya rəhbərlik edən və vətəndaşdan tamamilə təcrid olunmuş  müasir mafioz klan sistemi qəbuledilməzdir. Kreml və cinayətkar aləm birləşsə də siyasi büro heç vaxt tam tərkibdə olmağa hazırlaşmır.  Lider onun üzvləri ilə ayrı-ayrılıqda ünsiyyətə üstünlük verir. 

Ən maraqlısı odur ki, bu idarəçiliyi Putin əvvəldən özünün siyasi karyera üsulu kimi seçib. 

Hazırda Putinin yaxınlarının dediyi kimi "öz canına yaxın” elit kluba məsələn, Prezident Administrasiyasının sədr müavini Sergey Kiriyenko düşüb. 2016-cı ilin avqust ayından etibarən ona rəhbərlik edən Anton Vayno isə əvvəl heç kimi dinləmirdi. Baş nazir Dmitri Medvedyevin əvəzinə baş nazirliyi əldə etməyə çalışan hər iki tərəfin öz subklanları var idi. 

"Rostex” Dövlət Şirkətinin rəhbəri, istefada olana general-polkovnik Sergez Çemezovun və "Rossiya” bankının rəhbəri Yuri Kovalçukun da təsiri sürətlə artıb. Rusiyalı jurnalistlər deyir ki, prezidentin mətbuat katibi Dmitri Peskov da Putinin səmasındakı ulduzlara doğru yaxınlaşır. O, jurnalistlərlə manipulyasiya etmək bacarığı ilə seçilir və Putinin korrektə olunmamış bəyanatlarını yumşaldır. Lakin ən yaxınları və doğmaları belə onun prezidentin iştirak etdiyi görüşə dəvət ediləcəyinə əmin ola bilməz. Keçmişdə deyildiyi kimi dəvətlilər arasında o yoxdur. Bu isə pis işarədir. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları