Yuxarı

Separatçı komandir yenə sərsəmlədi

Separatçı komandir yenə sərsəmlədi

Qabil Hüseynli: "Ağıllarına gələn fikirləri səsləndirirlər”

Son vaxtlar erməni rəsmiləri və hərbçilərinin bir-birinin ardınca sərsəm bəyanatları səslənir. Düşmən ölkə rəsmiləri məğzi və məramı olmayan açıqlamalarında sanki Azərbaycandan daha güclü orduya və texnikaya malik olduqlarını, bununla da məkrli niyyətlərni işə salacaqlarını bəyan edirlər. Bu cür bəyanatları bir-birinə calayaraq, absurd çıxışlar edirlər. Bu günlərdə "DQR" özünümüdafiə qüvvələrinin komandiri Arkadi Karapetyan ifadə etdiyi fikirləri ilə fərqlənib. O, "Birinci informasiya" nəşrinə müsahibəsində deyib ki, milləti cəmləmək, Bakını götürmək və bununla da məsələni qəti qapatmaq lazımdır.

A.Karapetyanın sözlərinə görə, "Kazan planları, Madrid prinsipləri və başqa adlı belə güzəştləri” qəti surətdə tanımır: "Onların hər biri bizim üçün ən biabırçı razılıqdır… Bizim güzəştə gedəcək nəyimizsə yoxdur”, - deyə Karapetyan vurğulayıb.

Məlumdur ki, Ermənistana Dağlıq Qarabağ münaqişəsində ən böyük dəstəyi verən məhz Rusiyadır. Düşmən ölkə bütün addımlarında və açıqlamalarında Rusiyaya arxalanaraq, ondan həm hərbi, həm də siyasi güc alır. Bu cür təxribat xarakterli açıqlamalar verən Ermənistan aprel döyüşlərindəki uğursuzluqları ilə hələ də barışmır. Əslində isə bu cür xarakterli açıqlamalar nəticəsi olmayan cəfəngiyyat və boş söhbətlərdən başqa bir şey deyil. Sadəcə Ermənistan cəmiyyətini sakitləşdirmək üçün verilən açıqlamalardır.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə bildirib ki, bu ağlı yerində olmayan, şizefrenik bir adamın sərsəmləməsidir: "Əksinə, Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra qədim Azərbaycan torpaqlarını, İrəvan da daxil olmaqla hamısını götürmək və bununla məsələni qapatmaq lazımdır. Dünyada 50 milyon azərbaycanlı var. Amma dünyada 5 milyona yaxın, Ermənistanın özündə isə 3 milyona yaxın erməni var. Bu adam başa düşmür ki, bu qədər azərbaycanlı təkcə əli silahsız onların üstünə getsək, ayaqlarımızın altında onları məhv edə bilərik. 

Onsuz da gec-tez belə olacaq. Bunların təxəyyülləri pozulub, şizefrenik düşüncə tərzinə malikdir. Ağıllarına gələni danışırlar. Görünür, onlar xalqlararası anlaşmanı bərpa etmək niyyətində deyillər. Bərpa etməsələr, bu "cırtdan” milləti biz ayaqlarımız altında tapdayacağıq. Rusiya olmasa, biz Ermənistanı "göydə” alarıq. Ona görə də bu cür bəyanatlar əhəmiyyəti olmayan çıxışlardır”.

Alçina Amilqızı 





Həftənin ən çox oxunanları