Yuxarı

London terrorunda qaranlıq məqamlar

London terrorunda qaranlıq məqamlar

Azər Həsrət: "İngilislərin Avropa İttifaqından çıxması Fransa ilə Almaniyanın narazılığına səbəb olmuşdu”

İngiltərədə mayın 3-də baş vermiş növbəti terror aktı nəticəsində 6 nəfər həlak olub."Cümhuriyət” qəzeti xəbər verir ki, hadisə nəticəsində həmçinin 30-dan çox insan yaralanıb.Xatırladaq ki, paytaxt London şəhərində yerləşən "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb.Həmçinin Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.Polis "London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib.Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.

Qeyd edək ki, martın 22-də də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib.Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb.Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib.Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib.Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Hadisələrin pərdəarxası məqamları

Avropa KİV-ləri İngiltərədə son aylarda artan terror aktlarının təsadüfi olmadığını və hadisələri bu ölkənin Avropa İttifaqından çıxmaq qərarıyla əlaqələndirirlər. İddia edilir ki, İngiltərəni hədəfə alan qruplaşmalar da İŞİD terror təşkilatının digər üzv dövlətlərdəki qollarıdır. Nəzərə alsaq ki, Aİ-nin aparıcı dövlətləri - Fransa və Almaniya Böyük Britaniyanın bu birlikdən çıxmasına qarşı çıxmışdılar, bu baxımdan ehtimal yaranır ki, İngtiltərəni məhz hədəfə bu ölkələrin arxasında dayandıqları silahlı qruplaşmalar gətirir.Əlbəttə, belə bir vəziyyətdə İngiltərə terrorizmlə təkbaşına mübarizə aparmaq məcburiyyətində qalacaq və Aİ-dən dəstək ala bilməyəcək.Başqa sözlə, Almaniya və Fransa dövlətləri İngiltərədə terror xaosunu dərinləşdirməklə ingilislərin ittifaqdan çıxmaq qərarlarının yanlış olduğunu sübut etməyə çalışa bilərlər.

Avropaya qayıdış

Avropa KİV-ləri həmçinin baş verən hadisələri Avropadan Yaxın Şərqdə İŞİD terror təşkilatının sıralarına qoşulanların öz ölkələrinə geri qayıtmağa başlamalarıyla əlaqələndirirlər. Qeyd edək ki, vəziyyətin gərgin olduğunu nəzərə alan Fransa hökuməti artıq ölkədəki fövqəladə vəziyyət rejiminin müddətini uzadıb. Hollandiya və Almaniya kəşfiyyatları isə Avropaya qayıdan terror təşkilatı üzvlərinin ayrı-ayrı bölgələrdə yaratdıqları qruplaşmaların Aİ ölkələrinə qarşı geniş miqyaslı hücum hazırladıqlarını iddia ediblər.Hollandiya Milli Təhlükəsizlik İdarəsinin məlumatına görə, İŞİD qitədə Pilotsuz İnsan Aparatlarının (PUA) iştirak etdiyi qanlı aksiyalara start verə bilər.

"Yaratdıqları terror ingilislərin özlərinə qarşı çevrilib”

"Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı, siyasi analitik Azər Həsrət "Cümhuriyət” qəzetinə son aylarda İngiltərədə artan terror aktlarının təsadüfi olmadığını deyib.

 Politoloq hadisələrin İngiltərənin Aİ-dən çıxmasıyla əlaqədar olduğunu da istisna etməyib:

"Baş verənlər təsadüfi deyil. İstənilən vaxt verilən hər qərar öz nəticəsini göstərməyə başlayır.Uzun illər Qərb dövlətləri, xüsusilə də İngiltərə Yaxın Şərqdə müharibələr və münaqişələri qızışdırıb.Tarixin bir çox mərhələlərində, bu gün də Uzaq Şərq, Yaxın Şərq və Afrika ölkələrində baş verən qarşıdurmalarda Britaniyanın barmağının olduğuna şübhə yoxdur. Məsələn, 1956-cı ildə tarixdə ilk dəfə Hindistanda yerləşən Babur məscidində buddistlərlə müsəlmanlar arasında qarşıdurma baş verdi. Araşdırmalardan sonra məlum oldu ki, qarşıdurmanı Hindistanı işğal etməyə gəlmiş ingilislər yaradıblar.

Həmin tarixədək heç vaxt Hindistanda dini zəmində gərginlik olmamışdı.Amma ingilislər Hindistana ayaqlarına qoyan kimi dini zəmində qarşıdurmalar başladı.Buna oxşar nümunələr çoxdur.Böyük Britaniya kimi dövlətlər digər ölkələri qarışdırmaqla öz maraqlarını təmin etməyə çalışırlar.Artıq İngiltərənin yaratdığı terror özünü vurur.İngilislərin vaxtilə islam coğrafiyasını və bu dini parçalamaq üçün başlatdığı terror hərəkatı özünə problemlər yaradır”.

Azər Həsrət hesab edir ki, İngiltərənin arxasında dayandığı qüvvə özünə qarşı çevrilib:

"Hadisələrdə üçüncü qüvvələrin əllərinin olduğu istisna deyil. Məsələn, Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzv dövlətləri, xüsusilə də Fransa və Almaniyanın narazılığına səbəb olmuşdu.Həmin ölkələri bu işdə ittiham etmirəm, amma şübhələr yaranır.Avropa İttifaqı Britaniya ilə daha güclüydü.Çünki Britaniya dünyada gedən proseslərə yön verən güclərdəndir.Bu ölkənin bir sıra dövlətlərə təsir imkanları var. Bu baxımdan İngiltərənin Avropa İttifaqından çıxması bu birliyin digər üzvlərini narahat edir, hesab etmək olar ki, Britaniyanın qarışdırılmasında maraqlı qüvvələrdən biri də Avropa İttifaqıdır.Bununla göstərmək istəyirlər ki, təkbaşına güc olmaq istəyənlər terror qarşısında aciz qalırlar”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları