Yuxarı

"Rusiya QHT-lərlə kampaniyaya başlayır"

"Rusiya Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində ABŞ prezidenti Donald Trampla bağlı kampaniyaya başlayacaq”.

Cebhe.info xəbər verir ki, bu iddia ilə Ermənistanda nəşr olunan "Haykakan Jamanak” qəzeti çıxış edib.

Mənbə yazır ki, Kreml bu planında MDB respublikalarında maliyyə yardımı ayırdığı Qeyri-Hökumət Təşkilatlarından (QHT) istifadə edəcək:

"MDB respublikalarında Rusiya səfirliklərinin himayə etdiyi QHT-lər yaxın günlərdə ABŞ prezidenti Donald Trampın Rusiya – ABŞ münasibətlərini normallaşdırmaq səylərini dəstəkləyən verəcəklər. Moskva bununla Ağ Evin iki ölkə arasında münasibətləri qaydaya salacağına, gərginliyi aradan qaldıracağına və Rusiyaya qarşı olan sanksiyaları ləğv edəcəyinə ümid edir. Digər səbəblərdən biri də budur ki, Rusiya bununla eyni zamanda Qərbyönümlü QHT-lərin fəaliyyətlərini passivləşdirməyə çalışacaq. Moskva MDB-də bu balansı öz lehinə dəyişməyə cəhd edir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları