Yuxarı

Qətərdə "Küveyt ssenarisi”

Qətərdə

Elşən Manafov: "Bölgədə vəziyyətin daha da ağırlaşmasında ABŞ maraqlıdır”

Qətər böhranı getdikcə bölgəni daha da çətin duruma salır.ABŞ-ın dəstək verdiyi ərəb ölkələri Qətərə qarşı sərt addımlar atmağa başlayıblar.Belə ki, Bəhreyn hökuməti koalisiya tərkibindəki Qətər hərbi qüvvələrinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib.Bəhreyn rəsmilərinin açıqlamasına görə, amerikalı generalın əmri altında olan qətərli hərbçilər ölkəni tərk etməlidirlər.Qeyd edək ki, 2014-cü ildən bəri terrorizmlə mübarizə çərçivəsində qətərli hərbçilər ABŞ-ın başçılıq etdiyi koalisiya ilə birgə Bəhreyndə xidmət keçir.Bütün baş verənlərə nəzər salsaq, Qətərin hal-hazırda Körfəz ölkələri tərəfindən təkləndiyini açıq şəkildə görmək mümkündür.Bəs Qətərə qarşı təklənmə kampaniyası Qətərin işğalı ilə nəticələnə bilərmi?

"Cümhuriyət” qəzetinə şərhində politoloq Elşən Manafov deyib ki, Qətər geosiyasi proseslərin qurbanına çevrilib:

 "Qətərlə bağlı Türkiyə və Pakistanın qəbul etdiyi rəsmi qərarlar onu göstərir ki, bu ölkə ilə təzyiq dilində danışmaq ərəb dövlətlərinin koalisiyası üçün ciddi səmərə verə bilməz. Əvvəla Qətər məsələsinin arxasında duran məqamlar bəllidir.Qətərin   İranla əlaqələri təbii ki, yaşanan hadisələrin əsas səbəblərindən biri oldu.ABŞ Qətəri İranla yanaşı beynəlxalq terrorizmə dəstək verməkdə ittiham etdi.Amma maraqlıdır ki, keçən həftə ABŞ-la Qətər arasında qırıcı təyyarələrin alınması ilə bağlı 36 milyard dollarlıq müqavilə imzalandı.Bu müqavilənin özü suallar yaratdı.Əgər ABŞ Qətəri beynəlxalq terrorizmə dəstək verməkdə ittiham edirsə, onda 36 milyard dollarlıq müqavilə nə məna verir?Bu silahlarla Qətər beynəlxalq terrorizmə dəstək verə bilməzmi? Bütün bunlar göstərir ki, Yaxın Orta Şərqdə baş verənlərə ABŞ-ın bəlli mövqeyi və ABŞ-ın yedəyində gedən ərəb dövlətlərinin məlum koalisiyası var. Çox təəssüf ki, ərəb dövlətləri konyuktur  maraqlardan çıxış edirlər. Bundan da  Qərb dövlətləri çox məharətlə istifadə edir. Parçala, hökm sür prinsipini tətbiq etməklə müsəlman ölkələri arsında qarşıdurma yaradılır.Bu prinsip son vaxtlarda Qətərə münasibətdə özünü açıq-aşkar büruzə verir”.

Politoloq həmçinin qeyd edib ki, prosesdə iştirak edən və Qətərə dəstək verən ölkələr prosesi fərqli məcraya yönəldir: "Pakistan və Türkiyənin Qətərə dəstək verməsi prosesləri bir qədər fərqli məcraya yönəldir. Maraqlıdır ki, Türkiyə Qətərdə hərbi bazasını 2014-ci ildə yerləşdirmişdi.Sanki Türkiyə bölgədə baş verəcəkləri əvvəlcədən bilirdi.Bu baxımdan düşünürəm ki, Türkiyə, İran, Pakistan, Rusiyanın və hətta Çinin Qətərə münasibətini analiz etmək və məsələyə bu rakursdan yanaşmaq lazımdır.Məlum ərəb dövlətlərinin Qətərə qarşı ata biləcəyi hər hansı bir radikal addım münasibətlərin daha da kəskinləşməsinə səbəb olacaq.Ola bilər ki, bu qarşıdurmanın yaranmasında, bölgədəki vəziyyətin daha da ağırlaşmasında ABŞ maraqlıdır.

Amma ərəb dövlətlərinin liderləri arasında ən azından Səddam Hüseyn və Qəddafi kimi şəxslərin olmaması göstərir ki, ərəb dünyasını koordinasiya edəcək bir liderə gerçəkdən ehtiyac var. Belə bir liderin olmaması Qərbin xüsusi xidmət orqanlarına ərəb dünyasını qarışdırmağa imkan verir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları