Yuxarı

Ermənistana "Qarabağ qulaqburması”

Ermənistana

NATO-nun Ermənistanla bağlı yeni proqramların icrasına başlamasına dair xəbərlərə İran və Rusiyanın mövqeyi heç də birmənalı olmayacaq. Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatınada mövzu ilə bağlı dərc olunan materiallarda bildirilir.

Rusiya mətbuatının yazdığına görə, Ermənistanla bağlı proqramlar həyata keçirmək niyyətini bəyan edən NATO bununla həm rəsmi Moskvaya, həm də Tehrana mesaj vermiş olur. Hələlik söhbətin hansı proqramlardan getdiyini tam dəqiqliklə nə NATO, nə də Ermənistan rəhbərliyi açıqlayır. 

Ermənistan Regional Tədqiqatlar Mərkəzinin analitiki David Şahnazaryan keçirdiyi seminarlardan birində "Mənim fikrimcə, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxaraq NATO-ya üzv olacaq",- deyə vurğulayıb. Onun proqnozuna görə, bölgədə NATO-nun genişlənməsi ilk növbədə Gürcüstanın hesabına olacaq: "İnkişaf üçün başqa yol yoxdur". 

Ekspert Aleksandr Novikov isə bu barədə verilən bəyanatları inandırıcı hesab etmir. Onun sözlərinə görə, Azərbaycanın əsas müttəfiqi olan Türkiyə heç bir zaman Ermənistanin NATO-ya üzvlüyünə imkan verməyəcək: "Türkiyə Azərbaycanın müttəfiqidir, özü də NATO üzvüdür. Bunu nəzərə alaraq demək olar ki, belə bəyanat səsləndirənlər ancaq geniş xəyal dünyasına malikdirlər. Siz rəsmi Ankaranın Ermənistanı NATO-ya buraxacağını təsəvvür edirsiniz? Keçmiş SSRİ məkanında bütün marginallar Rusiya əleyhinə bəyanat verməyə cürət edirlər. Ukrayna timsalında. Ancaq ərazi mübahisələri olan  nə Azərbaycan, nə Gürcüstan, nə Ermənistan NATO üzvü ola biləcək".

Tanınmış jurnalisti İrina Corbenadze isə mövzu ilə bağlı məqaləsində yazır ki, Moskva heç bir halda Ermənistana xarici siyasətini dəyişmək cəhdinə belə imkan verməyəcək: "Rusiyanın əlində kifayət qədər böyük və ağrılı təsir vasitəsi var- Qarabağ münaqişəsi. Bu məsələdə onu İran da dəstəkləyəcək. O, NATO-nu öz sərhədləri yaxınlığına buraxmayacaq, İrəvan və Tehran arasında nə qədər "qardaş münasibəti" olsa da buna imkan verməyəcək. Öz marağı öncədir. Rusiya və İran isə məlumdur ki, Ermənistana öz maraqlarının bölgəsi kimi yanaşır". 

Xəzər





Həftənin ən çox oxunanları