Yuxarı

“Türkiyə kimi bir ölkədə ən bahalı həcc ziyarəti 3600 dollardır”

“Türkiyə kimi bir ölkədə ən bahalı həcc ziyarəti 3600 dollardır”

[caption id="attachment_793" align="alignleft" width="335"]Elsad Miri Elşad Miri: “Amma bizdə həccə gedən 6000 manat ödəməlidir”[/caption] Sentyabrın 11-də Kəbədə BinLaden ailəsinin şirkətinə aid kranın aşması nəticəsində çoxsaylı insan ölümü baş verdi. Bundan az keçmiş daha çox zəvvarın həyatını itirməsilə nəticələn başqa bir hadisə törəndi. İki böyük faciənin baş verməsi bu məsələdə təxribatın olduğunu deməyə əsas verir. İlk hadisənin, 2001-ci ildə  Üsamə BinLadenin rəhbərli etdiyi “Əl-Qaidə” terror təşkilatı tərəfindən Nyu-Yorkda törədildiyi iddia edən hadisə ilə eyni günə-11 sentyabra təsadüf etməsi maraqlı məqamlardandır. Və əsas diqqəti çəkən amil Məkkə faciəsinin də yenə BinLaden ailəsinin adı ilə bağlanmasıdır. Digər tərəfdən, başqa ölkələrdən olan müsəlmanlar kimi bu il həcc ziyarətində yaşanan hadisələrdə azərbaycanlı zəvvarlar da çətinliklə üzləşdilər və hazırda normal olmayan təşkilatçılığa görə, Ciddədə çətin durumdadırlar. Bundan əlavə, azərbaycanlı zəvvarların hələ həccə getməmişdən üzləşdiyi bəzi çətinliklər var ki, bu da diqqətdən kənarda qala bilməz. Belə ki, qonşu ölkələrlə müqayisədə ən bahalı həcc ziyarəti Azərbaycanda təşkil olunur. Bu və digər məsələlərlə bağlı “Cumhuriyət”in suallarını ilahiyyatçı Elşad Miri cavablandırır... - Təbii ki, Məkkədə və Mina dağında baş verən hadisələrdə təxribat mümkündür və bunu istisna etmək olmaz. Amma hər halda, bunu nəzərə almaq lazımdır ki, Səduiyyə Ərəbistanı Amerika ilə müttəfiq bir ölkədir. Hətta bir sıra məsələlərdə bir birinə dəstək də veririlər. Suriya məsələsində Səudiyyə Ərəbistanı maliyyələşməni belə öz üzərinə götürüb. Sadəcə həmin gündə bu hadisənin baş verməsi maraqlıdır. Həmin gün cümə günü idi. Hadisənin cümə günü baş verməsi daha çox ölüm hallarının baş verməsinə gətirib çıxara bilərdi. Amma bu cümə namazı zamanı baş vermədi. Cümədən sonrakı zamana təsadüf etdi. Burada insanda qaranlıq məqam yaranır ki, əgər onlar təxribat törətmək istəyən qüvvələr idisə niyə məhz cümə namazı zamanında bunu etmədilər? Bin Laden ailəsinə gəldikdə isə, bu ad çəkiləndə təkcə Üsamə Bin Laden başa düşülmür. Bu böyük bir şirkətdir və Üüsamə Bin Laden olanda da, ondan sonra da fəaliyyət göstərib. Üsamə Bin Ladenin bu şirkətlə faktiki olaraq heç bir əlaqəsi yox idi. Hər halda təxribat tərəfinin olması istisna deyil.   - Peyqəmbərimizin dönəmində həcc ziyarəti necə olub və bu gün üçün fərqli tərəflər nədən ibarətdir. O zaman Məkkə həcdən qazanc götürürdümü? - Bu məsələ indiyə qədər soruşulmayan bir sualdır. Birincisi Peyqəmbərimizin dönəminə həcc  ziyarətindən heç bir qazanc götürülmürdü. Niyə?  Peyqəmbərimizdən  əvvəl orada yaşayan ərəblər həcci əməlli-başlı gəlir mənmbəyinə, biznesə çevirmişdilər. Bəzən həcc gələnlərə yalnız su verirdilər və bunu həyata keçirənlər istəmirdilər ki, bu başqa bir qüvvənin əlinə keçsin. Yəni orada tayfa mübarizəsi gedirdi. Bəziləri də yemək işinə baxırdı. Amma digər tərəfdən ora gələn insanlar qurban kəsir, ləl-cəvahiratlar gətirib orada bütlərə atırdılar. Amma Peyğəmbərimiz yalnız bir dəfə həccə gedib və o zaman bu ziyarətdən heç bir zaman biznes məqsədilə istifadə edilməyib. Deyək ki,  həmin zaman viza anlayışı yox idi ki, hansısa dövlətə pul köçürülsün. İldə bir dəfə Həccdə yarmarkalar qurulurdu. Bu yarmarkalardan alış-veriş məqsədilə istifadə olunurdu. Və belə bir həyat tərzi var idi. Böyük bir coğrafiyanı əhatə edən bölgələrədn, şəhərlərdən gətirilən mallar burada satılırdı. Quldurlar da Kəbəni müqəddəs bildiklərinə görə, həmin karvanlara hücum etmirdilər. Sonrakı dövrlərdə, Ərəbistan yarımadasının özündə müxtəlif dövlətlərin formlaşması, sonra sərhəd, viza sisteminin yaranması dünyada gedən bir proses idi. Yəni bu gün Səudiyyə Ərəbistanına gələn hacılardan onlar faktiki olaraq gəlir götürürlər. Hətta bu məbləğ 30 milyard dollardan çox rəqəmlə ölçülür. Səudiyyə Ərəbistanı hər həcc ziyarətindən Azərbaycanın büdcəsindən 2 dəfə çox qazanc əldə  edir. Bir şeyi də nəzərə alaq ki, bu gün dünyada ən böyük neft yataqlarına, ehtiyatına sahib olan ölkə də Səudiyyə Ərəbistanıdır. Yəni istəsələr vizadan  pul almaya bilərlər. Onlar isə iddia edirlər ki, götürdükləri həmin o büdcə ilə bu gün Kəbənin və ya Mədinəni ətrafının genişləndirilməsi ilə məşğuldurlar. Amma faktiki olaraq, bu da əsas sayılmır. Niyə görə? Çünki onun ətrafında o qədər brend otellər var ki, bəzən həcc və ya ramazan zamanı həmin o otellərdə bir gün qalmaq 500 dollara başa gəlir.  Özü də orada minlərlə bahalı otellər, yerlər, otaqlar var. Həcc zamanı heç oradan otaq da əldə etmək olmur, çünki hamısı dolu olur. Amma Peyqəmbərimizin dönəmində və ikinci xəlifə Ömərin zamanında müsəlman dünyasının müxtəlif ölkələrindən gələn insanlar öz həccini yerinə yetirirdi. Bundan başqa həmin zaman xəlifə də orada olurdu, etirazı və ya narazılığı olanlar birbaşa xəlifəyə şikayətlərini bildirirdilər. Xəlifə də həmin ölkənin rəhbər, vəzifəli şəxslərini, belə deyək merləri, icra başçılarını ayağa qaldırırdı. Kimin nə problemi var idisə, məsələ orada öz həllini tapırdı. Yəni bu iş ümumbəşəri konqres halına gətirilirdi. Amma əfsuslar olsun ki, bu gün həcc ziyarəti gördüyümüz şəkildə həyata keçirilir və fərqli bir şəkildə həyata keçirildiyinə görə də belə problemlər meydana çıxır. Amma Peyqəmbərimizn və ilk xəlifələrin zamanında yuxarıda dediyim formada həyata keçirilirdi. İndi isə viza pulu, torpaqbasdı, otellər və sairdən böyük məbləğdə pul qazanırlar. Amma ən gözəl onda olardı ki, Məkkə təkcə Səudiyyə Ərəbistanında yaşayan insanlara məxsus olmadığına görə, başqa müsəlman ölkəlkələri də oradan istifadə etsin və ya təşkilatçılığı hayata keçirsinlər. Məsələn Türkiyə bu məsələdə çox ümid bəsləniləcək ölkələrdən biridir. Əvvəlcə qeyd edək ki, orada qurbanlar kəsilir. Bilrisiniz ki, Səudiyyə Ərəbistanı kontinental iqlimi olan, isti bir ölkədir. Orada kəsilən qoyun, dəvə, keçi və ya inək ətləri tez xarab ola bilər. Bəzən də həqiqətən xarab olurdu. Ona görə də xarab olmuş ətin üstünü torpaqla  basdırırdılar və bu problem “həll olunmuş” sayılırdı. Amma sonrakı illərdə Türkiyənin təklifi əsasında orada yeraltı soyuducu anbarlar inşa edildi. Bundan sonra kəsilən heyvanların dərisi soyulduqdan sonra dərhal həmin yerlərə aparıldı və orada saxlanıldı. Ondan sonra Azərbaycan da daxil olmaqla islam ölkələrinə həmin qurban ətlərindən yardım göndərilridi. Bu gün Afrika ölkələrində yaşayan islam ölkələrinə də həmin qurban ətlərindən göndərilir.   - Mediada Məkkədə çəkildiyi iddia olunan müxtəlif fotoşəkillər yayılır ki, bu da birmənalı qarşılanmır... - Bu gün təəssüflə bir şeyi qeyd etmək istəyirəm. Sosial mediada görürsən ki, guya insanlar maşının lükunu açaraq oradan şeytana daş atır. Bunlar hamısı uydurma şeylərdir, orada bir neçə dəfə olan insan kimi deyə bilərəm ki, orada avtomobil yolu yoxdur ki, kimsə maşınla bu cür hərəkət etsin. Daha bir uydurma ora atılan daşların pulla satılması ilə bağlı idi.  Ora atılan daşlar aşağıda üyüdülərək qum şəklinə salınır.   - Bəzi müsəlman ölkələrində aclıq, su problemləri, xəstəlikilər, məktəblərin, xəstəxanalarının olmaması və sair problemlər mövcuddur. Müsəlman ölkələri Səudiyyə Ərəbistanına tələb irəli sürə bilərmi ki, gələn gəlirin məsələn yarısı islam ölkələrində olan problemlərin həllinə sərf edilsin, kimsəsizlərə, xəstələrə yardım olıunsun. Səudiyyəni buna məcbur etmək üçün həcc ziyarətini müəyyən müddətə qədər dondurmaq olarmı və ya bu addım atılarsa burada günah hesab edilən əməl varmı? - Axı bu gün İslam dünyasında birlik, bərabərılik anlayışı yoxdur. Bu gün İslam dünyasını məzhəb anlayışları ilə elə bölüblər ki, bu istiqamətdə atılan addımlar əks effekt verəcək. Bir ölkə deyəcək ki, məzhəb qarşıdurması yaratmaq istəyirlər, o buna, bu ona qarşı çıxacaq və beləliklə də heç nə alınmayacaq. İslam dünyasını “məharət”lə elə hala gətiriblər ki, ümumi bir fikir yoxdur. Əgər belə bir şey mümkün olardısa o zaman bu gün bizim Qarabağ kimi problemimiz olmazdı. Bundan başqa İslam dünyası Fələstin kimi problemi yaşamazdı. Qeyd elədiyiniz kimi Somali, Mavritaniya, Əfqanıstan, Pakistan və digər ölkələrdə problemlər qalmazdı. Bu gün dünyada ən bahalı həcc ziyarətinin təşkili Azərbaycanın üzərinə düşür. Azərbaycanda kim səni məcbur edir ki, bu qiymətə həccə gedəsən? Yəni təşkilatçı daha çox pul qazanmaq istəyir. Bu iş bir qurumun (QMİ-C) inhisarına verilib, bu inhisardan da bu formada istifadə olunur. Başqa şirkətə güvənilmir, rəqabət yoxdur bu səbəbən də bahalıqdır.   - Başqa ölkələrdə bu proses necə həyata keçirilir? - Təsəvvür edin Ameriakdan müsəlmanlar da həcc ziyarətinə gəlir. Onların həc ziyarətini təşkilatçılğının yüksək səviyyədə olmasına baxmayaraq, Azərbaycandan qat-qat aşağı məblğdə pul ödəyirlər. Türkiyə kimi bir ölkədə ən bahalı həcc ziyarəti 3600 dollardır. Hətta onlar 5 il əvvəl qedyiyyata düşürlər və sonra püşkatma keçirilir ki, onlar həcc ziyarətinə gedə bilsinlər. Amma bizdə olan vəziyyətə baxın, həccə gedən 6000 manat ödəməlidir.   - 6 min manatın nə qədəri Səudiyyə dövlətinə qalır və digər hissəsi necə xərclənir? - Çox az hissəsi Səudiyyə Ərəbistanına qalır. Heç 500-600 dollar Səudiyyə dövlətinə getmir. Amma bunlar  orada yerlər, otellər icarəyə götürürlər. Mina və sair yerlərdə çadırlar kirayəyə götürülür. O çadırların da ən sadəsi, ucuzu Azərbaycan tərəfindən istifadə olunur. Ona görə də Səudiyyəyə ödənilən məbləğ çox ciddi rəqəmlər deyil. Mən ümrə ziyarətinə getmək istədim, həmin qurum (QMİ-C) bunun üçün 3500-4000 manat arasında bir məbləğ dedi. Buna görə də, özüm işçi vizası alaraq tək getdim, ən yüksək səviyyədə qarşılanma həyata keçirildi, buna baxmayaraq, onların dediyi rəqəmlərdən iki dəfə ucuz  qiymətə ümrə ziyarətini etdim. Hətta bizim zəvvarların getdiyi yerlər Məkkə və Mədinədən ibarət olur. Amma mən başqa şəhərlərdə də oldum. Həmin yerlərdə də müyyən araşdırmalar aparırdım. Onları həyata keçirərək Azərbaycana qayıtdım. Bütün bunlar çox ucuz başa gəldi. Halbuki həmin məscidin ən yaxınında qaldığım halda...   Cavad





Həftənin ən çox oxunanları