Yuxarı

Ermənistanda qullar üsyanı yetişir

Ermənistanda qullar üsyanı yetişir

Ermənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər. "Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar. Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər. 

Etirazçılar ekoloqlar, parlamentdəki müxalifət təmsilçiləri, Ermənistan Ekologiya Nazirliyinin əməkdaşlarının qızıl yatağı olan Ardvi kəndinə daxil olmasına imkan verməyiblər. Etiraçılar yolun açılması ilə bağlı polisin tələblərinə də əməl etməyiblər. Nümayişçilər iddia ediblər ki, qızıl yataqları Serj Sarkisyan və hakimiyyətdə təmsil olunan bır sıra oliqarxlar tərəfindən öz şəxsi mənfəətləri üçün istismar olunur. Bölgəyə gəlmiş hakimiyyət nümayəndələrinə çatdırılıb ki, yalnız insanların sosial və iqtisadi haqlarının təmin olunmasından sonra araşdırmaçıların bölgəyə girməsinə icazə verəcəklər. 

İşğalçı ölkə çöküşün bir addımlığında

Dünyanın bir sıra güc dövlətlərində və Ermənistanın 97% iqtisadi və hərbi cəhətdən asılı olduğu Rusiyada baş verən maliyyə böhranı bu ölkə ictimaiyyəti tərəfindən narahatlıqla izlənilir. Xüsusilə də Rusiya və ABŞ-dan son zamanlarda Ermənistana ayrılan maliyyə vəsaitlərinin kəskin formada aşağı düşməsi ölkənin siyasi kəsimi tərəfindən ciddi şəkildə müzakirə olunur. Erməni iqtisadçıların hazırladıqları hesabatlara görə, qlobal maliyyə böhranı keçmiş Sovet respublikaları arasında daha çox Ermənistana təsir etdiyinə görə, ölkə iqtisadiyyatı sürətlə çöküşə gedir. 
İqtisadi və maliyyə böhranı Ermənistanda sosial vəziyyəti iflic edib. Kənardan maliyyə ala bilməyən Sarkisyan hökumətinin böhranın sürətlə dərinləşməsinin qarşısına keçəcək hazır önləyici plana sahib olmadığı da müzakirə mövzusudur. Son hesabatlara görə, Ermənistanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 16%-dək, valyuta ehtiyatları isə 3 milyard dollaradək azalıb. Ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmi 40%-dən 31%-ə enib. Qeyd olunur ki, qiymətlər hər keçən gün bahalaşır və valyuta ehtiyatları iki rəqəmli infilyasiyanı aradan qaldıracaq qədər deyil. İqtisadçılar böhranın qorxulu hal aldığı Ermənistanda iqtisadiyyatın kağız üzərində, yaxud qeyri-rəsmi formada olduğunu bildirirlər.

Dalana dirənmiş hökumət

Ölkə müxalifəti və cəmiyyəti Ermənistanı çöküşə Sarkisyan hökumətinin yanlış siyasətinin sürüklədiyini düşünür. Ekspertlər iqtisadi sektordakı ağır vəziyyətin ölkənin sonunu sürətləndirdiyini deyirlər. İqtidar sosial və iqtisadi problemlərin aradan qaldırılmasını nəzərdə tutan layihələrlə bağlı parlament seçkilərindən əvvəl verdiyi vədlərin heç birini yerinə yetirməyib. Artıq hökumətə etiraz olaraq bir sıra bölgələrdə pərakəndə etiraz aksiyaları başlayıb. Çıxış yolunun dalana dirəndiyini görən hökumət əsas yükü kiçik və orta sahibkarların, iş adamlarının üzərinə qoymağa çalışır. Lakin boşalmış dövlət büdcəsini doldurmaq asan məsələ deyil, erməni iqtisadçılar bunu kiçik və orta sahibkarlıq sektorunun tamamilə sıradan çıxmasıyla əlaqələndirirlər.

Boşalan büdcə

Nüfuzlu erməni nəşrləri yazırlar ki, kəskin şəkildə azalan büdcə ölkə iqtisadiyyatında inkişaf prosesinin dayanmasına işarədir. Bir tərəfdən də ticarətdə vergilərin qiymətlərini qaldıran hökumət bununla bu sektoru da sıradan çıxarmağa başlayıb. Dövlətin gəlirlərinin əsas hissəsini təşkil edən sənaye, kənd təsərrüfatı və nəqliyyat sektorlarından da büdcəyə daxilolmalar 47% aşağı düşüb. Halbuki bu sahələrdən gələn gəlirlər dövlət büdcəsinin 80%-ni təşkil edirdi. Ermənistanın müstəqil araşdırma mərkəzlərinin hesabatlarına əsasən, maaşların azaldılması müqabilində təqaüd yaşının və vətəndaşların vergi yüklərinin artırılmasına adekvat olaraq,yoxsulluğun səviyyəsi yüksəlib. Ermənistanda iflic olan sosial həyat erməniləri Rusiya və qonşu Avropa ölkələrində həyat axtarmağa məcbur edir. Üstəgəl, hökumətin sürətlə borclanmasına cavab olaraq, ölkənin strateji iqtisadi müəssisələri Rusiya və bir sıra xarici təşkilatlara satılıb.

Xaricdə həyat axtaran ermənilər

Demoqrafik vəziyyət gərgindir, bütün cəhdlərə baxmayaraq, ölkə əhalisinin sayı sürətlə azalır. Sosioloqlar hazırkı vəziyyətdə Ermənistanda problemlərin həlli perspektivi yoxdur. Ermənistanda bu sahədə araşdırma aparan mütəxəssislər və təşkilatlar da qəbul edirlər ki, ölkənin insan resursları sürətlə azalır. Hesabata görə, ölkədə yoxsulluğun səviyyəsi keçən illə müqayisədə artaraq 38% olub. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, xaricdən maliyyə daxilolmalarının azalması yaxın gələcəkdə yoxsulluğun səviyyəsini 55%-ə qaldıra bilər. İqtisadçılar qeyd edirlər ki, Rusiya və ABŞ-da başlayan böhran vaxtında aradan qaldırılmasa, Ermənistan daha ciddi iqtisadi və sosial kataklizmlər qarşısında qalacaq.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları