Yuxarı

İranda məhbusları zorlamaq olar

İranda məhbusları zorlamaq olar

Tural İrfan: "Bu cür fitvalar siyasi xarakter daşıyır, yolverilməzdir”

İran rejiminin baş ideoloqlarından, Xamneyinin ən qatı müdafiəçisi Ayətullah Misbah Yezdi səs-küy yaradacaq fətva ilə çıxış edib. O, bildirib: "Məhbusu zorlamaq Həcc ziyarətinə getmək qədər savabdır. Yaxşı olar ki , müstəntiq öncə dəstəmaz alsın və zikr söyləsin. Qadın məhbusu təklikdə, kişi məhbusu isə başqalarının gözü önündə zorlamaq məsləhətdir”.

Məlumdur ki, məhbusun azadlığı əlindən alınır, amma onun izzəti, nəfsi əlindən alınmır. Bu cür mövqedən çıxış etmək insan hüquqlarına sığmır. Özünü din xadimi adlandıran bir şəxsin isə bu cür fitva verməsi, ümumiyyətlə başadüşülən deyil.

İlahiyyatçı Tural İrfan "Cümhuriyət” qəzetinə açıqlamasında sözügedən fətva ilə tanış olmadığını deyib: "Digər qanunlarda olduğu kimi İslam dini də zorlama, insanları nikahdan kənar istismara məruz qoymağın əleyhinədir. Nə Qurani Kərimdə, nə də İslam dinində bu cür fitvaların heç bir əsası yoxdur. Hesab edirəm ki, bu cür fitvalar siyasi xarakter daşıyır. Bu hallar yolverilməzdir. Məsələyə birmənalı şəkildə cavabım belə ola bilər ki, bu, İslamı təhqir deməkdir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları