Yuxarı

ABŞ İranda inqilab hazırlayır

ABŞ  İranda  inqilab hazırlayır

"ABŞ İranda Liviya modelinə bənzər inqilab hazırlayır”.

Cebhe.info-nun məlumatına görə, bu açıqlamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hava Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə verib. 

ABŞ-ı ittiham edən SEPAH generalı  Atom Enerjisi Üzrə Beynəlxalq Agentiliyin İran ərazisindəki  şübhəli hərbi obyektləri  yoxlamaq planları barədə məlumatı şərh edərkən belə deyib.  
"Fars” agentliyinin yazdığına görə, general  Hacızadə bildirib ki, ABŞ  yeni sanksiyalar tətbiqi  kimi  manipulyasiyalar etməklə, təzyiq və psixoloji müharibə yolu ilə iranlılara qarşı  Liviya modelini  işə salmaqla  İranı dağıtmağa cəhd göstərir. 

Bir müddət öncə, "Associated Press” agentliyi  Amerika administrasiyasındakı mənbəyə istinadən prezident Tramın İranın hərbi və nüvə obyektləri üzərində nəzarəti artırmaq niyyətində olduğunu  yazmışdı. 

"MAQATE-nin   əlavə  müfəttişliklərin köməyi ilə Amerika Tehranın zənginləşdirilmiş urandan və nüvə başlıqlarından imtinasına dair daha sanballı şəhadətnamə almaq  istəyir”-AP belə qeyd edir. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları