Yuxarı

Amerikalılar "inqilab kralı”na qarşı kampaniyaya başlayıb

Amerikalılar

Daim adı üçüncü dünya ölkələrindəki məxməri inqilablarda, "ərəb baharı”nda  hallanan amerikalı milyarder Corc Soros terrorçu elan oluna bilər. Belə ki, bir neçə gün əvvəl 70 min  amerikalı ABŞ prezidenti Donald Trampa müraciət edərək Corc Sorosu terrorçi kimi tanımaq xahişi ilə petisiya imzalayıb. Həmin müraciətin mətnində deyilir ki, Corc Soros ABŞ-da durumu dəfələrlə sabitsizləşdirməyə cəhd edib və anti-Amerika siyasəti aparıb.Hətta petisiya müəllifləri bununla bağlı federal hökumət və Ədliyyə Nazirliyindən Corc Sorosu və bütün təşkilatlarının üzvlərini yubanmadan terrorçu elan etməyi və onun bütün şəxsi mülkü və aktivlərinin müsadirə olunmasını istəyiblər.Maraqlıdır, səslənən bu iddialara əsasən amerikalı milyarder terrorçu elan oluna bilərmi?

İnqilab "kralı”nın adının hallandığı "ərəb bahar”na qurban gedən ölkələrdə bu gün sabitlik bərpa oluna bilmir. Hakimiyyətlərin dəyişməsinə baxmayaraq, hələ də həmin ölkələrdə terrorçu qruplar fəaliyyət göstərirlər.Ölkələrdə hələ də vətəndaş müharibələri davam edir.Soros isə bütün bu inqilabların ssenaristi və maliyyə qaynağı hesab olunur.Bütün bu deyilənlər həqiqətdirsə, amerikalı milyarderin terrorçu kimi tanınması ehtmalı artırır.

"O, artıq arzuolunmaz şəxsə çevrilib”

Politoloq Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Corc Soros bütün dövrlərdə dələduzluqla məşğul olub. F.Sadıqovun sözlərinə görə, ABŞ siyasi dairələri Sorosdan birdəfəlik qurtulmaq istəyir:

"Corc Soros milyardları da məhz bu cür qanunsuz yollarla qazanıb. Hətta bir sıra ölkələrdə maliyyə böhranına səbəb olan ssenarilər hazırlayıb və onları həyata keçirib.Digər tərəfdən Corc Soros bir sıra narıncı inqilabların müəllifi və rejissorudur.Onun maliyyə dəstəyi ilə ölkələrdə inqilablar baş verib, insanlar hakimiyyətlərə qarşı çıxıblar.Onun tapşırıqlarını həyata keçirən insanlara yüksək miqdarda maliyyələr ayrılıb.Əlbəttə ki, Sorosun bu fəaliyyəti Amerikanın özünü də qıcıqlandırmaya bilməz.İlk dəfə deyil ki, amerikalılar Corc Sorosun fəaliyyətinə qarşı çıxırlar. Tam əminliklə demək olmaz ki, ameriakalılar Corc Sorosun terrorçu elan olunmasına nail ola biləcək. Amma bir reallıq var ki, amerikalılar uzun zamandır Sorosu ölkədən çıxarmaq istəyirlər.Hətta Corc Sorosun Amerika vətəndaşlığından məhrum edilməsi məsələsi də gündəmdə idi.Bu kampaniya çoxdan başlanıb.Çünki Soros fəaliyyəti, hərəkətləri, bəyanatları ilə artıq bir sıra ABŞ-ın dövlət dairələrini də qıcıqlandırır.Görünür ki, Sorosun dələduz fəaliyyəti bir sıra siyasi dairələri bezdirib.Ona görə də bütün vasitələrdən istifadə edərək, Sorosu ölkədən uzaqlaşdırmaq istəyirlər.Əgər belə bir genişmiqyaslı kampaniya davam etsə, əminəm ki, Corc Soros həm vətəndaşlığını, həm qalmış nüfuzunu, həm də maliyyə imkanlarını itirəcək.Çünki bu şəxs artıq bir sıra ölkələrdə neqativ, arzuolunmaz şəxsə çevrilib, mənfi persona elan olunub”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları