Yuxarı

Pulla Avropa pasportu alan oliqarx və milyarderlər: Siyahı bəllidir

Pulla Avropa pasportu alan oliqarx və milyarderlər: Siyahı bəllidir

2013-cü ildən Kipr hakimiyyəti Avropa Birliyi pasportlarının satışından 4 milyard avro gəlir əldə edib.

Cebhe.info xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan "The Guardian" nəşri yazıb. 

Qəzetin yazdığına görə, Avropa Birliyinin pasportunu bu ölkə vasitəsilə əldə edən şəxslər əsasən rusiyalı və ukraynalılar olub.  "Qızıl viza” da adlandırılan Avropa pasportu daşımaq istəyənlər əsasən Rusiyanın tanınmış oliqarxları, milyarderlər, Ukrayna elitasının tanınmış nümayəndələri, adları korrupsiyada hallandırılan şəxslərdir. 

Belə ki, bu şəxslər müəyyən məbləğ qarşılığında Avropa Birliyi məkanında yaşamaq və işləmək imkanı əldə ediblər. Təkcə 2016-cı ildə Avropa Birliyinin 400 pasportu bu sxemə uygun əldə edilib. 

Qəzet həmin şəxslərin siyahısına malik olduğunu bildirsə də, hələlik adları açıqlamayıb.

Xatırladaq ki, Kiprə "qızıl viza" 2009-cu ildən işləkdir. Proqrama əsasən, ölkədə 300 min avro dəyərində daşınmaz əmlaka sahib olan əcnəbilər viza almaq üçün bunu imtiyaz kimi istifadə haqqına malikdir.

Xəzər





Həftənin ən çox oxunanları