Yuxarı

FETÖ kürdlərlə birləşə bilər

FETÖ kürdlərlə birləşə bilər

Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət daha da gərginləşib.Ən kəskin etirazlar isə Türkiyədən gəldi.Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürdlərin müstəqillik elan edəcəyi tədqirdə Şimali İraqa hərbi müdaxiləni istisna etməyib. Maraqlıdır, Türkiyə Mosul və Kərkükə hərbi müdaxilə edərsə, Türkiyə əleyhdarları: kürdlər və FETÖ  birləşə bilərmi? 

"Hədəf İrandır”

"Cümhuriyət” qəzetinə şərhində siyasi-şərhçi Seymur Süleymanov deyib ki, Türkiyənin Kərkük və Mosula ordu yeritmək və yeni  müharibəyə başlamaq ehtimalı azdır:

"Çünki Kürdüstanın rəhbəri olan Məsud Bərzani illərdir Ankaranın ən yaxın dostudur. Ola bilsin, rəsmi Ankara Şimali İraqla bağlı savaşa eyham vursun, ancaq bu o qədər də real görünmür. Yeni qurulan Kürdüstan dövləti, indiki şəraitdə  Türkiyəyə qarşı güc dilində danışmayacaq. Çünki "Kürdüstan planı”nın məqsədi başqadır. Burada hədəf İrandır.25 sentyabr axşamı qələbə sevinci ilə coşan millət, İsrail bayraqları ilə küçələrə axışmışdı.İranın burnunun dibində İsrail dövlətinin bayraqları dalğalanırsa, artıq məsələ məlumdur.Türkiyənin Mosula və Kərkükə girməsinin qəti əleyhinəyəm.Bir problem varsa, bunu diplomatik yolla da həll etmək olar. Onsuz da Yaxın Şərq bataqlığa çevrilib, ikinci bir yandan yeni çıxacaq savaşda iki tərəf də məğlub olacaq.Türkiyə  bu günə qədər Şimali İraqdakı kürd silahlılarına hərbi təlimlər keçir, yardımlar edirdi. Türk ordusu təlim keçdiyi  orduyla  vuruşacaq? Axı bu çox absurd fikirdir.Bir şeyi də nəzərə çatdırım, Türkiyə Kürdüstanla fikir mübadiləsi aparmaqdadır.Bunu Türkiyədəki xəbər agentliklərindən sızan məlumatlardan bilmək mümkündür.Rəsmi Ankara hələ Ərbil baş konsulluğunu bağlamayıb. Buradan da anlaşılır ki,  Kürdüstan yanlış bir hərəkət etməyəcəyi təqdirdə, Ankara heç bir riskli addım atmayacaq”.

"Diyarbəkirdə vəziyyət qarışa bilər”

Ekspert hesab edir ki, Türkiyə əgər müharibəyə girsə, daxildə kürdlər və FETÖ-çülər  birləşəcək:

"FETÖ zatən neçə illərdir türk düşmənləri ilə birləşib. Türkiyə ən çox Yaxın Şərqin döyünən ürəyi Diyarbəkirdən narahatdır. Kürdüstana qarşı hər hansı  addım atılarsa Diyarbəkrdə vəziyyət qarışacaq. Bu qığılcım daha sonra digər bölgələrə keçə bilər.Və beləcə Türkiyəni fəlakət bürüyə bilər. O üzdən Türkiyə-Kürdüstan əlaqələri diplomatik müstəvidə həll olunmalıdır. Bərzanini əldə saxlamaq həm Türkiyə üçün, həm də İraq üçün əlverişli plandır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları