Yuxarı

Avropa Qarabağdan üz çevirər?

Avropa Qarabağdan üz çevirər?

Son zamanlar Azərbaycan Avropa Şurası (AŞ) arasında münasibətlər soyuyub.Hökumətin Avropa Şursının tələblərinə etinaszılığı qədər də Avropa Şurası hər zaman Azərbaycana ikili standartlardan yanaşıb. Bu daha çox  Dağlıq Qarabağ məsələsində özünü büruzə verib. Bəzi fikirlərə görə, münasibətlərin kəskinləşməsi və Azərbaycanla bağlı AŞ-da qəbul ediləcək mənfi qərarların acı nəticələri ola bilər. Yəni, Avropa Şurası Azərbaycana qarşı addım atmaqla, Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınmasını gündəmə gətirə bilər.

Təbii ki, AŞ bu məsələni gündəmə gətirmək istəsə, bu, Azərbaycana qarşı növbəti ikili standarla yanaşma və ya nifrətin təzahürü olar.Digər tərəfdən, Avropa Şurası Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Ermənistana yönəlik öhdəliyi yerinə yetirmir və bu amilin özü AŞ-nın verəcəyi hər hansı bir qərarın əhəmiyyətsiz olacağı anlamına gəlir.

Siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında Avropa Şurasının belə bir qərar verəcəyinin mümkünsüz olduğunu deyib:

"Hesab edirəm ki, Azərbaycanın Avropa Şurasından çıxarılması, formalaşdırılan ictmai rəyə rəğmən o qədər də yaxşı hal deyil. Belə bir fikir yaradılıb ki, Azərbaycan Avropa Şurasında çıxarılarsa, heç nə itirməyəcək.Avropa Şurası kimi bir tribunadan imtina Azərbaycan üçün böyük itki olar.Ona görə də bunu sıradan bir hadisə kimi cəmiyyətə təqdim etmək doğru deyil.Dağlıq Qarabağa gəldikcə isə Avropa Şurasının çıxardığı qərarlar yalnız tövsiyyə xarakterlidir.Bunun da açığı nə hüquqi, nə də siyasi anlamda ciddiliyi yoxdur.Bu baxımdan Avropa Şurasının Dağlıq Qarabağla bağlı hər hansı bir qərarı Azərbaycan üçün elə də ciddi təhlükə yaratmayacaq.Ancaq beynəlxalq təşkilat kimi çıxardığı qərarlar presedent yarada, bundan da Ermənistan gələcəkdə Azərbaycanın əleyhinə istifadə edə bilər.Avropa Şurasının Dağlıq Qarabağı müstəqil subyekt kimi tanıyacağına isə inanmıram.Ona görə ki, BMT səviyyəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan dünyanın bir müstəqil subyekti olaraq tanınıb. Belə olduğu tədqirdə Avropa Şurası  hökm çıxara bilməz. Ayrıca, Avropa Şurasının üzvü olan, nizamnaməsini qəbul edən ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar.Bu ölkələrlə Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətləri var.Ona görə də bu ölkələrin, bütövlükdə Avropa Şurası Parlament Assambleyasının belə bir qərar verməsi mümkün deyil.Əgər mümkün olarsa, bu beynəlxalq hüquq və normalarla çox ciddi ziddiyyət təşkil edər”.

Avropa Şurasının öhdəliklərini yerinə yetirməməsi məsələsinə də toxunan Natiq Miri hesab edir ki, Ermənistana qarşı sanksiya tətbiq etməyin qarşısını ikili standartlar alır:

  "Avropa Şurası təbii ki, verdiyi qərarın icrası üçün Ermənistana sanksiya tətbiq edə bilər. 

Sadəcə olaraq söhbət ondan gedir ki, Avropa Şurasının tətbiq edə biləcəyi sanksiya Ermənistanın səsvermə hüququnun əlindən alınması, ölkənin qurumdan birdəfəlik çıxarılması ola bilər. Ancaq düşünmürəm ki, bu,  baş verəcək. Ancaq  Avropa Komissiyası, Parlamenti kimi çox ciddi strukturlar var ki, Ermənistana qarşı sanksiya tətbiq edə bilərlər və hətta etməlidirlər. Çünki Avropa Məhkəməsinin çıxardığı qərarlar müzakirə olunmur.

Ermənistanın üzərinə götürdüyü öhdəliklərdə də qeyd olunub ki, Avropa Məhkəməsi bütün yerli məhkəmələrdən üstündür.Belə olduğu təqdirdə Avropa Məhkəməsinin qəbul etdiyi hər hansı bir sənədin mütləq qayda da keçərliliyi var.

Əgər Ermənistan bunu icra etmirsə, Avropa strukturlarının borcudur ki, ən azından qərarın icrası üçün sanksiya tətbiq etsin.Bu iqtisadi, hüquqi, siyasi sanksiyaları çox təəssüf ki, ikili standartlara görə Avropa Şurası Ermənistana qarşı tətbiq etmir.Bu prosesi hələ də ləngidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları