Yuxarı

Seçki üçün inanılmaz plan

Seçki üçün inanılmaz plan

Rusiyada seçki yaxınlaşdıqca, yeni prezidentin kim olacağı ətrafında müzakirələr qızışır. Əslində bir çoxlarında ortaq fikir var-Putin yenidən prezident olacaq.

Cebhe.info xəbər verir ki, Lundsk  Universitetinin fəxri professoru Kristian Qerner hesab edir ki, bütün digər variantlar ölkədə qarma-qarışıqlığa səbəb olacaq ki, bunun da müəllifi əslində Putin özü olacaq.

Yeltsinin komandasındakı bu sakit, təhlükəsizlik xidmətindən gələn oğlan öz sadiqliyi ilə vəzifəsini qoruyub saxlaya bimişdi. Yeltsin hakimiyyəti müddətində 4 dəfə hökuməti istefaya göndərməyə macal tapmışdı, ancaq KQB agenti olduğu deyilən  Putin təhlükədən kənarda qalmışdı.

Artıq o zaman onun "boz kardinal" ləqəbi vardı. 

Kölgədə qalan adam olsa da, Yeltsinin diqqətini cəlb edə bilmişdi. O, Rusiya tarixində qısa müddətdə baş nazirin  müavini oldu.

Tədricən hakimiyyətə olan yolunu açdı və artıq 17 ildir ki, adı Rusiyanın sinonimi kimi çəkilir. 

"Putin güclü, xarizmatik lider imici formalaşdırmaq üçün mətbuatdan istifadə edir”,- deyən professorun fikrincə, seçki ərəfəsində Putin 3 alternativ plan irəli sürə bilər. 

Birinci planda o, əvvəlki vəzifəsində qalır. İkinci planda öz namizədini irəli buraxaraq kölgədə qalır və  ölkəni idarə etməkdə davam edir. Üçüncü plan isə ən zəif ehtimaldır. Putin ümumiyyətlə, seçkiyə qatılmır:

"Əgər o, namizədliyini irəli sürsə, hər şey əvvəlki kimi olacaq. Əgər Putin namizədliyini irəli sürərsə, o zaman bu, hər şeyin davamı olacaq. Ancaq onun namizədliyini irəli sürməməsi müəyyən dinamikaya səbəb olacaq, dialoq mühiti yaranacaq”. 

Ekspert şəxsən hesab edir ki, Putin bu ssenariya üstünlük verəcək: "Putin səhnəyə onun xəttini davam etdirəcək adamı buraxacaq. Bu adam rus cəmiyyətinin istədiyi adam olacaq".

Xəzər





Həftənin ən çox oxunanları