Yuxarı

Qazaxıstan 3 ölkənin torpaqlarını özünə birləşdirdi - Xəritədə

Qazaxıstan 3 ölkənin torpaqlarını özünə birləşdirdi - Xəritədə

Qazaxıstanla Rusiya arasında ərazi qalmaqalı yaşanır.

Cebhe.info xəəbr verir ki, Qazaxıstan hökumətinin rəsmi orqanı olan "Qazaxıstan həqiqətləri" adlı qəzetdə ölkənin xəritəsi dərc olunub. Xəritədə Çin, Rusiya və Özbəkistanın bəzi əraziləri Qazaxıstana birləşdirilib. Qazaxıstanda latın qrafikalı əlifbaya keçidlə bağlı yazı 12 oktyabrda nəşrin saytında da yerləşdirilib.

Xəritədə Qazaxıstanın sərhədlərinə Rusiyanın Omsk və Orenburq vilayətləri birləşdirilib. Çinin Uyğurustan əyaləti və Özbəkistanın Daşkənd vilayəti də Qazaxıstan sərhədləri daxilində görünür.

Çox keçmədən saytdan sözügedən xəritə silinib, ancaq "Google”un yaddaşınd yazının əvvəlki variantı qalıb. 

Qeyd edək ki, oxşar xəritəni bu ilin sentyabrında dövlət informasiya agentliyi olan "Kazinform" da yaymışdı. Qazax dilinin modernləşdirilməsinə həsr olunan yazıdakı xəritə narazılıq yaratmışdı.

Cebhe.info bildirir ki, sözügedən xəritə ilk dəfə 2014-cü ildə Səməndər Tsogtbayar ləqəbli monqol blogger tərəfindən yayılıb. Sonralar bəzi mənbələr və müəlliflər öz yazılarında bu xəritədən istifadə edib.

Xəzər





Həftənin ən çox oxunanları