Yuxarı

Trampa istefa yolu açılır

Trampa istefa yolu açılır

ABŞ prezidentinin Rusiya ilə əlaqələri araşdırılır. Bu məsələnin araşdırılması xüsusi statusa malik prokuror Robert Müllerə həvalə olunub. Ekspertlər hesab edir ki, əgər Müller Senata Trampın Rusiya ilə əlqələrini sübut edəcək material təqdim edərsə, bu prezidentin impiçmenti nəticələnəcək. Qeyd edək ki, Tramp prezident bir müddət öncə  Mülleri vəzifəsindən kənarlaşdırdı və bununla da şübhələri üzərinə çəkdi. "The New York Times" öz mənbələrinə istinadən yazırdı ki, son bir neçə həftə ərzində Müller  Ağ Evə 13 istiqamət üzrə müraciət ünvanlayıb. 

Müraciətlərə əsasən, istintaqçılara əlavə məlumat lazımdır. Bir müddət sonra istintaq üçün faydalı ola biləcək sənədlərə dair daha bir neçə müraciət ünvanlanıb. Müraciətlərdən biri Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Kominin istefasının ertəsi günü oval kabinetdə Donald Tramp ilə rusiyalı nümayəndə arasında keçirilən görüş barədədir. Həmin gün Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrovla, Rusiyanın ABŞ-da o zamankı səfiri Sergey Kislyak və diqər rəsmi şəxslərlə görüşüb. Xüsusi prokuror ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinin istefasının təfərrüatları barədə də sənədlər üçün müraciət edib. Maraqlıdır, Trampın Rusiya ilə əlaqələri üzə çıxarsa, nə baş verəcək?

Siyasi şərhçi Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə açıqlamasında dyeib ki,  Trampa qarşı proses davamlı olacaq. Onun sözlərinə görə, Konqres üzvlərinin və  rəqiblərinin əsas məqsədi Trampı ləkələməkdir:

"Bu prosesin nəticəsində Trampı yıxmaq hədəflənib. Seçki ərəfəsində, seçkidən öncə Rusiya ilə əlaqələri, rus hakerlərinin Trapmın rəqiblərinin saytlarına hücum etməsi və s.  bəhanələrdən istifadə edirlər. Düşünürəm ki, bu proses hələ davam edəcək. Ancaq Trampın Rusiya ilə əlqələrinin olduğunu hesab etmirəm. Tramp hətta seçki kampaniyasında da partiyaya arxalanmadığını, özünün seçiləcəyini deyirdi. Bu da respublikaçılarda Trampa qarşı əks mövqe yaratdı. İndi də respublikaçılar Trampa qarşı demokratlarla birləşib. Əlbəttə ki, bu proses davam olunsa və konkret faktlar üzə çıxsa, Trampın taleyi çox acınacaqlı olacaq. Amma bu özü-özlüyündə mürəkkəb məsələdir. Trampın istefasına nail olmaq üçün konkter faktlar və rəqəmlər lazımdır. Ondan sonra komissiya yaradılmalı və üzvləri Konqresdə dinlənilməli, bundan sonra impiçment məsələsi gündəmə gəlməlidir. Yəni, bu çoxmərhələli prosesdir. Düşünmürəm ki, yaxın zamanlarda Trampın rəqibləri nəyəsə nail ola biləcəklər. Digər tərəfdən, səslənən ittihamlar sübut olunmalıdır. Kimsə telefonla danışırsa, görüşürsə bu hələ sübut deyil. Bunu sübut kimi qəbul etmək çətindir. ABŞ-da hüquqi sistem elədir ki, konkret faktlara arxalanmalısan”. 

Vilayət Muxtar






Həftənin ən çox oxunanları