Yuxarı

İraqda İŞİD-dən sonra "Ağbayraqlılar” terror qruplaşması

İraqda İŞİD-dən sonra

İraqda İŞİD-ə qarşı döyüşən Xalq Səfərbər Qüvvələri (Haşdu-Şabi) ölkənin Kərkük və Diyala əyalətində özlərini "Ağbayraqlılar” kimi təqdim edən terror birləşməsinə qarşı əməliyyata hazırlayır.

"Ağbayraqlılar” İŞİD-in İraqda məğlub olmasından sonra xüsusilə də Kərkükün kürd birləşmələrindən geri alınmasından sonra baş qaldırıblar.

 Hazırda Haşdu-Şabi Kərkükün Tuz-Xurmatu rayonu ərazisində fəal olan bu terror birləşməsinə qarşı əməliyyata hazırlaşır.

 Qeyri-rəsmi məlumata görə onların əsas canlı qüvvəsini vaxtilə Peşmərgəyə əsir düşmüş İŞİD üzvləri və bir qismini də PKK qüvvələri təşkil edir.

Bu terror qruplaşması son ayda Kərkükün Daquq qəzasında bir neçə dəfə terror aktı törədib. Sonuncuda Daquq qəzasında 4 sürücünü edam edib.

Bu terror qruplaşmasının liderinin kürd əsilli Asi Quvali adlı biri olduğu deyilir. O vaxtilə Peşmərgə sıralarında İŞİD-lə də döyüşüb. Bu terror qruplaşması son aylarda istiqlaliyyət ümidlərini itirmiş Kürdüstan Regional Hökumətinin İraq daxilində təxribat yaradan maşınlarında biri hesab edilir. (İslaminsesi)






Həftənin ən çox oxunanları