Yuxarı

Ərdoğan: "Afrindən geri çəkilməyəcəyik”

Ərdoğan:

"Terror qruplaşmalarına ilk zərbəni ”Fərat qalxanı” ilə vurmuşduq”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizim kürd qardaşlarımızla problemimiz yoxdur. Məsələ kürd dəhlizində də deyil. Biz terrorçuların istifadə etdikləri dəhlizə qarşıyıq. Kürd dəhlizi ilə terrorçuların ixtiyarında olan dəhlizin fərqini mən burada izah etməyə borclu deyiləm. Hatayada Elektrik stansiyasına atılan raket nəticəsində bir vətəndaşımız şəhid olub. Şəhidimizin qanı yerdə qalmayacaq. Afrindən geri çəkilməyəcəyik”, - deyə o vurğulayıb.






Həftənin ən çox oxunanları