Yuxarı

Rusiya dünyanı bu silahla qorxudur

Rusiya dünyanı bu silahla qorxudur

"Rusiyanın zenit-raket kompleksi olan "Pansir-S" pilotsuz aparatların iştirakı ilə kütləvi hücumları dəf etmək üçün ideal silahdır. Belə silah Amerikada yoxdur”. 

Cebhe.info xəbər verir ki, bu barədə Amerikadakı "National Interest” nəşri yazıb.

Nəşrin yazdığına görə, Suriyada hərbi əməliyyatlar zamanı bu silah pilotsuz aparatları və raketləri dəfələrlə vurub. 2017-ci ilin dekabrında Xmeymim hərbi bazasından buraxılan 2 raketi dərhal məhv edib.

Silahın həm də təyyarə və helikopterləri məhv etmək kimi üstünlüyü də var.

Yük maşınında yerləşdirilən raketin hərəkəti tezləşdirmək imkanı verir. Bu raket kompleksində 30 millimetrlik iki top var ki, hər biri saniyədə 40 atəş və 12 zenit raketi buraxa bilir. 

Xəzər





Həftənin ən çox oxunanları