Yuxarı

"Böyük yeddilər”dən öldürücü zərbə planı

"Böyük yeddilər”in (G7) təhlükəsizlik və xarici işlər nazirlərinin Kanadanın Toronto şəhərində keçirilmiş toplantısında Rusiyaya qarşı ittihamlar səslənib.Rusiyanın Suriyada və Ukraynadakı fəaliyyəti qəbuledilməz adlandırılıb.Birgə bəyanatda Rusiyanın fəaliyyətinin Suriyada, Ukraynada və digər ölkələrdə sabitliyə təhlükə yaratdığını deyib.Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, "Böyük yeddilər”in sanksiyaları Rusiyanı narahat etmir.Siyasi müşahidəçilərin fikrincə, "G7”-lərin sözügedən bəyanatı Rusiyaya qarşı daha sərt sanksiyaları gündəmə gətirə bilər.Bu isə Qərbin qadağalarından sonra iqtisadiyyatı ciddi problemlər yaşayan Rusiyanı böhran həddinə çatdıra bilər.

AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, "Böyük yeddilər”in konfransında Rusiyaya qarşı kəskin ittihamların irəli sürülməsi gözlənilən idi. Çünki, Rusiyanın siyasəti dünya təhlükəsizliyini ciddi şəkildə təhdid edir və yeni müharibələrin alovlanmasına səbəb olur:

"Biz bunu Ukrayna və Suriyada görürük, həmçinin Balkanlarda da şahidi ola bilərik. Bu gün Moskva kiberhücumları ilə, informasiya siyasəti ilə Avropanın ümumi siyasətini parçalamaq və ittifaq tərkibində qeyri-müəyyən bir situasiya yaratmaqdadır.Təbii ki, "Böyük yeddilər”in Putin Rusiyasının bu siyasətinin qarşısını almaq üçün sanksiyalar tətbiq etməsi gözlənilir.ABŞ və Avropa dövlətlərinin tətbiq etdiyi sanksiyalar Rusiyanı iqtisadi cəhətdən xeyli zəiflədib.Rusiya rəsmisinin bunu təkzib etməsinə baxmayaraq, ölkə əhalisinin sosial vəziyyəti ağırlaşır.Vladimir Putinin ətrafında olan məmurlara və oliqarxlara sanksiyalar tətbiq edildiyindən prezidentə qarşı narazılıqların baş qaldırması mütləq şəkildə qaçılmazdır.

Göründüyü kimi, Moskva Suriya və Ukrayna siyasətindən geri çəkilmir.Bunun qarşısının alınması üçün hesab edirəm ki, ABŞ sanksiyaları öldürücü səviyyəyə gətirəcək.ABŞ bu istiqamətdə Fransa ilə anlaşıb.ABŞ-ın məqsədi Rusiyanı Yaxın Şərqdən və aqressiv siyasətindən çəkindirmək, daxili siyasətlə məşğul olan regional bir ölkəyə çevirməkdir.Rusiyaya növbəti dəfə 1990-cı illər ssenarisi hazirlanır”.

M. Abdulla





Həftənin ən çox oxunanları