Yuxarı

Tokayev ilin sonunadək Nazarbayevi devirmək istəyir - ŞƏRH

Tokayev ilin sonunadək Nazarbayevi devirmək istəyir - ŞƏRH


Alma-Atıda "Nazarbayev hakimiyyətinə qarşı” aksiya keçirilib. "Respublika" meydanında ölkənin müstəqillik günündə başlayan aksiyanı "Oyan, Qazaxıstan" Hərəkatı təşkil edib.

Cebhe.info-ya açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Qazaxıstan dərin siyasi islahatlara getmək istəmir:

"Nazarbayev rəsmi şəkildə prezident vəzifəsindən getsə də, lider statusunda ölkəyə nəzarətini davam etdirir və prezident onunla hesablaşmalıdır. Ola bilsin ki, mitinqə çıxanlar da bununla razılaşmırlar və dəyişikliklərin sona çatdırılmasını tələb edirlər. Bu da önəmli məsələlərdən biridir. Amma Qazaxıstan çox həssas bir ölkədir. Çünki ölkənin 40% əhalisi rus və ya rusdillidir. Ona görə də Qazaxıstanı idarə edənlər bu amili hər zaman diqqətdə saxlayırlar.

Oxşar vəziyyət Ukraynada da var. Yəni biz Ukrayna nümunəsində gördük ki, Ukrayna-Rusiya münasibətlərində gərginlik yaşanan kimi Ukraynada parçalanma baş verdi və Krımın ilhaqı ilə nəticələndi. Qazaxıstan bunu təkrarlamaq istəmir. Ona görə də Qazaxıstan dərin siyasi islahatlara getməkdə bir qədər ehtiyat edir. Çünki buna gedərsə və söz azadlığı tam olsa, problemlər yaşana bilər. Bu baxımdan idarəetmədə bir dəyişiklik yoxdur. Amma idarəetmədə dəyişiklik olmadıqca, müəyyən narazı insanlar var ki, onlar küçə yürüşlərinə və mitinqlərə çıxırlar. Hesab etmirəm ki, bu yürüşlər və mitinqlər genişlənə bilər. Nazarbayevin hakimiyyətinə o zaman problemlər yaranacaq ki, mitinqə çıxanların sayı artıb 10 minlərlə olacaq. Hələlik bunu nəzarətdə saxlayırlar”.

Politoloq prezident Kasım-Comart Tokayevin də aksiyalara münasibətindən danışıb:

"Prezident vəzifəsi ən ali kürsü hesab edildiyinə görə hər prezident istəyər ki, müstəqil qərarlar qəbul etsin və onun üzərində başqa birinin təsiri olmasın. Ona görə də mümkündür ki, Tokayev Nazarbayevi uzaqlaşdıraraq müstəqil qərarlar qəbul etmək istəsin. Amma bunu birbaşa həyata keçirə bilməz. Tokayevin bu mitinqlərdən öz xeyrinə yararlanmaq istəyi çox təhlükəli oyun ola bilər. Çünki bu dərhal üzə çıxacaq və Nazarbayevin qəzəbinə səbəb olacaq. Ona görə də Tokayev bu məsələlərə son dərəcə ehtiyatla yanaşır”.

Əli Bədir





Həftənin ən çox oxunanları