Haqqımızda

Loqo 2“Cumhuriyyet.biz” saytı “Cümhuriyət” qəzetinin veb səhifəsidir.  Səhifə 2015-ci ilin 30 sentyabr tarixindən fəaliyyətdədir və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytda qəzetin çap varinatında dərc olunan müxtəlif sahələrdən bəhs edən araşdırma, müsahibə, təhlil, reportaj və müəllif yazıları yayınlanır. Eləcə də gündəlik informasiyalar yerləşdirilir.

“Cümhuriyyet.biz” siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil xəbər yayır. Müstəqil media qurumu olan “Cümhuriyət” qəzeti ölkə və dünya gündəmini izləyir, təhlil edir və oxuculara çatdırır. “Cümhuriyət”in redaksiyası bütün dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, hüquq-mühafizə orqanları və ayrı-ayrı şəxslərlə əməkdaşlığa açıqdır.

“Cümhuriyət” qəzeti 1993-cü ildən nəşr olunur. Qəzetin ilk təsisçisi Azərbaycan Xalq Cəbhəsi olub. Daha sonra Azərbaycan Xalq Cəbhəsi partiyaya çevrildikdən sonra qəzetə təsisçilik AXCP-yə keçib.  “Cümhuriyət” qəzetinin əsas təməl prinsipləri müstəqil dövlətçilik, Azərbaycanın bütövlüyü və milli məfkurənin inkişafıdır. “Cümhuriyət” qəzeti Əbülfəz Elçibəyin siyasi-ideoloji xəttinin təbliğini aparıb.Cümhuriyet 24-25 seentybar 2015

1998-ci ildə müstəqil medianın inkişafı üçün Əbülfəz Elçibəyin təşəbbüsü ilə AXCP qəzetin təsisçiliyindən imtina etmiş, təsisçilik qəzetin baş redaktoru olaraq Yadigar Məmmədliyə və qəzetin kollektivinə həvalə edilmişdir. Daha sonra qəzetin kollektivi Yadigar Məmmədlinin xeyrinə təsisçilikdən imtina etmişdir.

1993-cü ildən nəşr edilən “Cümhuriyət” qəzeti 1994-cü ildə nəşrini dayandırmağa məcbur olmuşdur. Daha sonra 1995-ci ildə nəşrini bərpa etmiş, yenidən dayanmışdır. 1996-ci ilin sonunda nəşrini bərpa edən “Cümhuriyət” qəzeti 1999-cu ildən yenidən fəaliyyətini dayandırmağa məcbur olub. 2002-ci ildə qısa müddətdə nəşrə başlayan qəzet 2003-cü ilin oktyabrında yenidən fəaliyyətini dayandırıb.

Uzun müddətdən sonra “Cümhuriyət” qəzeti 2015-ci ilin sentyabrın 12-də Razi Nurullayevin təsisçiliyi, Rəfail Becanovun baş redaktorluğu ilə nəşrini bərpa edib. Gündəlik ictimai-siyasi qəzetdir.

 

Haqqımızda | Bizimlə Əlaqə